?>

Təlim: Yaşla sərhədlənməyən bir səyahət

Psixoloq M. Almara Ağaqızı

1 ay önce

Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;

Təlim: Yaşla sərhədlənməyən bir səyahət

BAKI, Azərbaycan

Təlimin yaşı yoxdur. Öyrənmək insanın həyat boyunca davam edən, dayanmadan dəyişən və dərinləşən bir inkişaf yoludur. İnsan beyni doğulduğu andan etibarən öyrənməyə meyillidir və bu qabiliyyət həyatın bütün mərhələlərində aktiv şəkildə qalır. Beynin yeni bilikləri qavramayadda saxlama bacarığı yalnız uşaqlıq illəri ilə məhdudlaşmır. Əksinə, yaş artdıqca insan beynində baş verən dəyişikliklərə baxmayaraq, öyrənmə prosesi davam edir. Neyron əlaqələrdə müəyyən zəifləmələr müşahidə olunsa da, bu heç də öyrənmənin dayanması demək deyil. Əksinə, yaşlılıqda öyrənmə daha zəngin, daha təcrübəyə əsaslanan və mənalı şəkildə baş verir.
Yaşlı insanlarda öyrənmə prosesi gənclərlə müqayisədə fərqli mexanizmlərlə işləyir. Bu yaş qrupunda bəzən psixoloji baryerlər, özünə inamın azalması və keçmiş təcrübələrdən doğan ehtiyatlılıq öyrənməyə mane ola bilər. Ancaq bu əngəllər öyrənmənin mümkünsüzlüyü anlamına gəlmir. Sadəcə, fərqli yanaşmalara ehtiyac var. Praktik təlimlər, real həyat təcrübələri ilə əlaqələndirilmiş dərslər və fərdiləşdirilmiş öyrənmə metodları yaşlıların bu prosesdən maksimum fayda götürməsinə şərait yaradır. Həyat təcrübəsi isə bu öyrənməni daha dərin və məqsədyönlü edir. Bu da bir daha sübut edir ki, öyrənmək yaşla deyil, ruhla bağlıdır.
Aparılan araşdırmalar göstərir ki, yeni bacarıqlar əldə etmək yaşlı insanların həyat keyfiyyətini yüksəldir, emosional sabitliklərini artırır və psixoloji rifahlarını gücləndirir. Öyrənmə prosesi yalnız bilik qazanmaq deyil, həm də özünü ifadə etmə bacarığını inkişaf etdirmək, həyatda yeni məqsədlər müəyyənləşdirmək və sosial əlaqələri genişləndirmək imkanları yaradır. Yaşlı insanın yeni bir sahəni mənimsəməsi onun digər insanlarla daha çox ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına və ümumilikdə həyatla daha fəal təmasda olmasına səbəb olur.
Beynin çevikliyi və yeniliyə açıq olması yaşla məhdudlaşmır. Yaşlanma bəzən fizikipsixoloji dəyişikliklərlə müşayiət olunsa da, beyin öz inkişaf potensialını qoruyur. Yeni bir şey öyrənmək – sadəcə informasiya toplamaq deyil, zehni fəallığı artırmaq, beyində yeni neyron əlaqələri yaratmaq və ümumilikdə beyin sağlamlığını qorumaq deməkdir. Bu, həm də beyin plastisitetinin – çevikliyinin – artırılması üçün mühüm bir vasitədir.
Öyrənmək, əslində, bir həyat tərzidir. İnsan öyrəndikcə daxili dünyası zənginləşir, həyatına yeni anlamlar və məqsədlər daxil olur. Bu, cəmiyyətin bütün yaş qrupları üçün əhəmiyyətlidir. Çünki təlim yalnız intellektual deyil, eyni zamanda emosional və sosial inkişafı da dəstəkləyən güclü bir prosesdir.
Unutmamalıyıq ki, öyrənmənin başlanğıcı var, ancaq sonu yoxdur. Hər yeni bilik yeni suallar doğurur, yeni ehtiyaclar yaradır. Bu ehtiyacları qarşılamaq və bu prosesdə olmaq insana yaşından asılı olmayaraq daha dolğunmənalı bir həyat bəxş edir.
Bu səbəbdən, deyə bilərik ki, öyrənmək heç vaxt gec deyil. Yaş sadəcə bir rəqəmdir. Həyat boyu inkişaf etmək və dəyişmək isə bizim əsl gücümüzdür.

.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-

YAZARIN DİĞER YAZILARI