?>

Valideyn-uşaq əlaqəsində iş və sevgi arasındakı incə balans

Psixoloq M. Almara Ağaqızı

3 ay önce

Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;

Valideyn-uşaq əlaqəsində iş və sevgi arasındakı incə balans

BAKI, Azərbaycan

Hazırkı dövrdə çoxsaylı ailələr, həm həyat şəraitinin tələbləri, həm də işləmək məcburiyyətinin gətirdiyi çətinliklər nəticəsində ailə üzvlərinin hər ikisinin işləməli olduğu vəziyyətlə qarşılaşırlar. Bu, həm maddi tərəfdən, həm də gələcək üçün təminatlı bir həyat qurmaq məqsədilə qaçınılmaz hala gəlir. Belə vəziyyətlərdə isə valideynlərin qarşısında ən vacib sual ortaya çıxır: “Uşağımıza bu çətin dövr ərzində kim daha yaxşı baxacaq?
Əlbəttə, ailələr üçün təbii olaraq ən yaxşı seçim, körpənin 3 yaşına qədər birinci dərəcədən qohumlarının yanında qalmasıdır. Bu, təkcə uşağın fiziki baxımını deyil, həm də onun emosional və psixoloji ehtiyaclarını qarşılayan ən uyğun həll yolu ola bilər. Lakin yalnız qohumların yanında qalmaqla hər şey bitmir. Uşağın psixologiyasına təsir edən digər vacib bir məsələ də valideynlərin onun həyatında davamlı mövcudluğu, fiziki və emosional əlaqələridir. Qohumların yanında olsa belə, uşağın valideynləri ilə gündəlik təmasda olması son dərəcə önəmlidir. Uşaqlar, xüsusilə 3 yaşına qədər, hər gün və ya ən azı həftəlik olaraq valideynləri ilə əlaqə qurmalıdırlar.
Daha sonra, 3 yaşından sonra uşaqlar bağçaya gedə bilər, amma bu, valideynlərin onlarla əlaqəsini azaldır və ya kəsmir. Bir çox valideyn, uşaqlarını yalnız bir neçə saatdan bir neçə günə qədər başqa bir məkanda saxlamağa qərar versə də, əslində bu müddət uşaqların sosial və psixoloji inkişafı üçün kifayət etməz. Uşaqlar, ən azı həftədə bir dəfə, valideynlərinin yanına gedərək onların sevgisini, qayğısını və diqqətini hiss etməlidirlər.

Uşaqlarla ayrı qalmanın riskləri

Bəzi hallarda, şəraitin çətinliyi və iş tələbləri səbəbindən valideynlər uşaqlarından uzun müddət, hətta bir neçə ay ayrı qalmaq məcburiyyətində qalırlar. Bu, hər halda, ən arzuolunmaz vəziyyətlərdən biridir. Uşaqların uzun müddət valideynlərindən uzaq qalması, onların daxili dünyasında müəyyən problemlərə yol aça bilər. Məsələn, bir müddət sonra uşaq öz valideynlərinə olan ehtiyacını itirə bilər. Bu zaman, uşağın psixologiyasında müxtəlif əks-reaksiyalar ortaya çıxmağa başlayır: aqressivlik, narahatlıq, qorxu, hətta bəzi hallarda fiziki emosional travmalar. Bu tip psixoloji problemlər, uşağın inkişafını ciddi şəkildə poza bilər və gələcəkdə emosional problemlər yaşamasına səbəb ola bilər.

Valideynlər uşaqları ilə necə əlaqə saxlamalıdır?

Əgər valideynlər səbəbindən uşaqlarından ayrı qalmaq məcburiyyətindədirsə, bir neçə əsas prinsipə əməl etməlidirlər ki, bu vəziyyət uşağın psixologiyasına və inkişafına mənfi təsir etməsin:

1) Uşağa şəraitin izah edilməsi

Hər şeydən əvvəl, valideynlər uşaqlarına vəziyyəti səmimi şəkildə izah etməlidirlər. Uşaqlar, hətta çox kiçik yaşda olsa belə, onların əlləri tutularaq, şərait izah edilməlidir. Uşağa nə baş verdiyini anlaması, ona emosional dəstək verilməsi son dərəcə vacibdir.

2) Tez-tez görüşlər

Valideynlər mümkün qədər tez-tez uşaqları ilə görüşməyə çalışmalıdırlar. Uzaq məsafələr olsa belə, bu əlaqənin davamlı olması çox önəmlidir. Məsələn, hər həftə uşağınızla görüşmək əvəzinə, daha tez-tez əlaqə qurmaq faydalı ola bilər.

3) Telefonla ünsiyyət

Gün ərzində bir neçə dəfə telefonla danışmaq, hətta uşağın çox kiçik olduğu yaşlarda belə, onu səsinizi eşitməyə alışdırmaq əhəmiyyətlidir. Bu, uşağın, valideynləri ilə əlaqə saxlayarkən hiss etdiyi təcrid olunma hissini azaldar.

4) Hədiyyələr və məktublar

Valideynlər, uşaqlarına hədiyyələr və ya məktublar göndərərək onlarla emosional bağlarını qorumağa çalışmalıdırlar. Bu hədiyyələr və məktublar, uşağın qaldığı yerdə ona verilə bilər, və ya valideynləri tərəfindən şəxsi görüşlərdə təqdim edilə bilər. Bu, uşağa, valideynlərinin onu düşündüyünü və ona qayğı göstərdiklərini hiss etdirməyə kömək edər.

5) Fiziki və mənəvi təmas

Uşaqlar, valideynləri ilə hər görüşdə həssaslıqla yanaşılmalı, onlara daha çox fiziki təmas və mənəvi dəstək verilməlidir. Bu zaman uşağa lazımsız güzəştlər və ya imtiyazlar vermək əvəzinə, onunla daha dərin əlaqə qurmaq, ehtiyaclarına cavab vermək vacibdir.

Uşaqların istək və ehtiyaclarına hörmət

Çox kiçik yaşlarda olsa belə, bəzi uşaqlar tətillərdə və ya digər müddətlərdə qohumlarının yanına getmək istəyə bilərlər. Bu halda, valideynlər uşaqlarının bu istəyinə hörmət etməli, onları zorla saxlamağa çalışmamalıdırlar. Bu, yalnız valideynlərin deyil, uşağın öz istəyinə əsaslanan bir qərar olmalıdır. Lakin, bu cür hallarda belə, uşağın valideynləri ilə tez-tez əlaqə saxlamaq və ehtiyac duyduğu anlarda ona yaxın olmaq vacibdir.
İş və ailə balansını qorumaq, xüsusilə valideynlər üçün çox çətin olsa da, uşaqlarının psixoloji və emosional inkişafını unutmamalıdırlar. Uşaqların ehtiyaclarını dinləmək, onların sevgi diqqətə olan tələblərini qarşılamaq, həmçinin onlarla əlaqəni kəsməmək, ailə dinamikası və uşağın inkişafı üçün çox önəmlidir. Uşaq, valideynlərinə olan bağlılığınıetibarını itirməməli, bu əlaqə sağlam şəkildə inkişaf etməlidir.

.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-
-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-

YAZARIN DİĞER YAZILARI