?>

Post-travmatik stress pozuntusu haqda bilmədikləriniz

Psixoloq M. Almara Ağaqızı

3 gün önce

Post-travmatik stress pozuntusu haqda bilmədikləriniz

BAKI, Azərbaycan

Post-travmatik stress pozuntusu (PTSP) insanın ağır bir travmatik hadisə yaşadıqdan sonra üzləşdiyi bir psixoloji vəziyyətdir. Müharibə, təbii fəlakətlər, cinsi zorakılıq, qəza və ya yaxın bir insanın itkisi kimi sarsıdıcı təcrübələr bu pozuntunun yaranmasına səbəb ola bilər. PTSP insan həyatında çətinliklər yaratsa da, bu vəziyyətdən çıxış yolu həmişə var.

PTSP-nin əlamətləri və təsirləri

Travmatik hadisələr insanların zehinində dərin izlər buraxa bilər. Xatirələrin təkrarlanması PTSP-nin ən yayılmış əlamətlərindən biridir. Travmanı yaşayan insanlar həmin hadisəni yenidən xatırlayır, hətta bu xatirələr o qədər güclü ola bilər ki, sanki o anlar bir daha baş verir. Məsələn, müəyyən səslər, yerlər və ya qoxular bu xatirələri tetikleyərək şəxsi travmaya yenidən yaxınlaşdıra bilər.

Digər əlamət olan hiperaktivlik, şəxsin daim həyəcanlı və diqqətli olmasına səbəb olur. Onlar ətraf mühitdə təhlükə axtarır, kiçik dəyişikliklərə belə həddindən artıq reaksiya verirlər. Bu vəziyyət yuxusuzluq və diqqət problemləri ilə nəticələnə bilər.

Qorxu narahatlıq isə şəxsin özünü daimi təhlükə altında hiss etməsinə səbəb olur. İnsanlar bəzən heç bir real təhlükə olmadığı halda belə narahatlıq keçirir, sosial münasibətlərdən uzaqlaşır və özünə olan güvənini itirir.

Ümid və müalicə yolları

Travmatik hadisələrdən sonra bərpa olunmaq bəzən çətin görünə bilər, amma bu yolun keçilə bilən olduğunu unutmayın. PTSP, yalnız şiddətli travmalar deyil, kiçik görünən hadisələrin də təsiri ilə yarana bilər. Buna görə də hər bir insanın fərdi ehtiyaclarına uyğun şəkildə yanaşmaq lazımdır.

Psixoterapiya bu pozuntunun müalicəsində ən təsirli vasitədir. Koqnitiv-davranışçı terapiya (KDT) travmanın təsirini azaldaraq insanlara həyatlarına yenidən nəzarət etməyi öyrədir. Eyni zamanda, EMDR (Göz Hərəkətləri ilə Həssaslaşdırma və Yenidən Emal) terapiyası travmatik xatirələrin emosional yükünü yüngülləşdirərək daha dinc bir ruh halına nail olmağa kömək edir.

PTSP-nin təsirindən qurtulmaq bir səbir və dəstək prosesidir. Əgər siz və ya yaxınlarınız bu pozuntu ilə mübarizə aparırsınızsa, bilin ki, dəstək istəmək zəiflik deyil, əksinə, güc göstəricisidir. Bu mübarizədə tək deyilsiniz, və düzgün psixoloji dəstək vasitəsilə həyatınızı yenidən formalaşdırmaq tamamilə mümkündür.

.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-

Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİMPsixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə bilərlər və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər)

 

YAZARIN DİĞER YAZILARI