USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycan Silahlı Qüvvələri NATO Silahlı Qüvvələrinin təhsil sisteminə də keçəcək

Azərbaycan Silahlı Qüvvələri NATO Silahlı Qüvvələrinin təhsil sisteminə də keçəcək
19-01-2024

Azərbaycan Silahlı Qüvvələri NATO Silahlı Qüvvələrinin təhsil sisteminə də keçəcək

- Türkiyənin hərbi təhsil sistemi, NATO hərbi doktrinasının türkcəsidirsə, bizdə azərbaycancasıdır. Demək ki, Azərbaycan Silahlı Qüvvələri NATO Silahlı Qüvvələrinin təhsil sisteminə də keçəcək.

BAKI, Azərbaycan

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlığı Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edir.

1992-ci ildən Azərbaycan hərbçilərinin Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təlim mərkəzlərinə ezamiyyətləri başlamışdı.

Sonradan Birinci Qarabağ müharibəsi dövründə Türkiyədən zabitlər, müşahidəçilər və təlimatçılar Azərbaycan Silahlı Qüvvələrinə ezam olunmuşdular.

Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrinin 30 illik bir əməkdaşlıq tarixi var. Bu müddət ərzində silahlı qüvvələrin birgə təlimlərinin keçirilməsi, eyni zamanda Azərbaycanın hərbçilərinin Türkiyə təlim mərkəzlərinə və hərbi məktəblərinə ezam olunmaları, təhsillərinin və hərbi ixtisaslarının təkmilləşməsi daxildir.

Sonrakı mərhələdə Türkiyə hərbi akademiyalarına göndərilməsi və sonra da da Türkiyə zabitlərin dəstəyi ilə Azərbaycanda hərbi təhsil müəssisələrinin Türkiyə modelinə keçirilməsi, xüsusən də Heydər Əliyev liseyində Türk ordu sisteminin NATO ordu modelində təhsilin keçirilməsi 1995-ci ildən başlanmışdı.

Bir müddət sonra Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin dəstəyi ilə Azərbaycanda təlim-tədris mərkəzi və hərbi akademiya yaradıldı”.

Bu barədə hərbi ekspert Elxan Şıxəliyev danışıb.

Türkiyə Müdafiə Sənayesinin istehsalı olan hərbi texniki avadanlıqların Azərbaycan Silahlı Qüvvələrinə keçidi 2020-ci ilin 27 sentyabrında baş verdi.

Xüsusən də, “Aselsan” şirkətinin hərbi məhsullar və hərbi texniki avadanlıqlarının Azərbaycan Silahlı Qüvvələrində tətbiqi başlamışdı.

-Elxan Şıxəliyev

“Bundan sonra digər müdafiə sənaye şirkətləri ilə əməkdaşlıq davam etdi. Sonda “Bayraktar” şirkəti ilə əməkdaşlığa başlanıldı. Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına pilotsuz uçuş aparatları daxil edildi. Bundan sonra heyətlərin hazırlanması baş tutdu.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə qalibiyyətinin əsas 4 komponenti var idi. Burada ilk olaraq silahlı qüvvələrin ali baş komandanı, ardınca ordumuz - silahlı qüvvələrin bütün nümayəndələri, sonra xalq, daha sonra bizə dəstək verən müttəfiq ölkələr.

Bu ölkələrin də sırasında ilk yerdə Türkiyə gəlirdi.

Türkiyə ilə, həm siyasi, həm mənəvi, həm də hərbi əməkdaşlığın zirvəsi 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük müharibə oldu.

Müharibədə təbii ki, Azərbaycan Silahlı qüvvələrinin həm Birinci Qarabağ müharibəsindən sonrakı dönəmdə, 2016-cı il aprel döyüşlərinin, Qazaxda 2018-ci ildəki əməliyyatlarda döyüş hazırlığı görmüş silahlı qüvvələr müharibədə iştirak etdilər.

Qeyd edilən bütün bu zamanlarda Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri bizim yanımızda oldular”-deyə Elxan Şıxəliyev bildirib.

O, qeyd edib ki, nəticədə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi və köməyi ilə hazırlanan sılahlı qüvvələrimiz döyüş meydanında ali baş komandanın verdiyi əmrləri yerinə yetirdilər və hərbi hədəflərə uğurla çatdılar.

Ekspertin sözlərinə görə, pilotsuz uçuş aparatların da əməliyyatların tətbiqində və əsas hərbi hədəflərin məhv edilməsi və tapşırıqların yerinə yetirilməsində mühüm rol oldu. Bununla paralel olaraq xüsusi təyinatlarının əsas hissəsi Türkiyə ilə bərabər, xüsusən də Türkiyənin xüsusi təyinatlı təlim mərkəzlərində hazırlanan xüsusi təyinatlarımız həm 44 günlük müharibədə, eyni zamanda bütün dönəmlərdə tapşırıqlarını artıqlaması ilə yerinə yetirə bilirlər.

Ümumiyyətlə 44 günlük Vətən müharibəsində Türkiyənin rolu dedikdə, biz bütün zamanlar üçün bunu qiymətləndirməliyik.

Şuşabəyannaməsindən sonrakı mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidi yol xəritəsi olaraq müəyyən edildi.

Daha sonra yeni hərbi birləşmələr komando briqadaları yaradıldı.

Komanda briqadaları, əslində müharibədən sonrakı mərhələdəki viziona görə dağlıq ərazilərdə əsas döyüş tapşırıqlarını yerinə yetirə biləcək və döyüş hazırlığına malik olan hərbi hissələr olmalıdır.

Müharibədə nəyin əziyyətini çəkirdiksə, Türkiyə modelinə keçiddə bunların hamısı bərpa olunacaq”-deyə ekspert qeyd edib.

Elxan Şıxəliyev əlavə edib ki, ən son zirvə türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunması oldu.

Əslində Türkiyənin hərbi təhsil sistemi, NATO hərbi doktrinasının türkcəsidirsə, bizdə azərbaycancasıdır. Demək ki, Azərbaycan Silahlı Qüvvələri NATO Silahlı Qüvvələrinin təhsil sisteminə də keçəcək.

Və demək olar ki, bu sistemin Türkiyədə türkcəsi, Azərbaycanda azərbaycancası və onlarda ingiliscəsi olacaq.

Bizim bu strukturlarla əməkdaşlığımız çox faydalı olacaq.

Bu səbəbdən Azərbaycan Türkiyənin həm Cənubi Qafqazda, həm Azərbaycanda gələcək Türkdilli dövlətlər ilə arasındakı körpü rolunu öz üzərinə götürən mərkəz olacaq.

Azərbaycan mərkəzli olaraq Türkiyə, Orta Asiya türk dövlətləri ilə, yol xəritəmiz növbəti 100 ildə, “Turan yolu”, “Türk yoluTürk dövlətlərinin və təşkilatlarının yaradılması, hərbiləşmiş sistemlərin yaradılması yönündə olacaq.

Həm Türkiyə, həm azərbaycan dövlət rəhbərləri bu yöndə çox böyük viziona malikdir. Bu həm Azərbaycan silahlı qüvvələrinin, həm Türkiyə, həm Türk dövlətləri təşkilatlarının hərbi sturukturları üçün uğurlu bir mərhələ olacaq”-deyə hərbi ekspert Elxan Şıxəliyev vurğulayıb.

Hərbi ekspert vurğulayıb ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordu modelinə keçidi demək olar ki, 80 faiz tamamlanıb.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?