Türkiyə niyə BRICS-ə üzv olmaqda maraqlıdır?

BAKI, Azərbaycan

"Məlum olduğu kimi, Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir". Bu barədə Çində səfərdə olan Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bəyan edib.

“Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik”, - nazir bildirib. Bu məsələ xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.

- Türkiyə niyə BRICS-ə üzv olmaqda maraqlıdır?

BRICS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının birliyidir və bu ölkələrin adları əsasında BRICS yaranıb. Sonradan isə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir Efiopiya və İran da BRICS-ə üzv olublar.

BRICS təşkilatına üzv olan ölkələr iqtisadi cəhətdən bir-birinə yardım edir. Bank və maliyyə rıçaqları yaradılıb.

Politoloq Elşad Həsənov bildirib ki, bu ölkələr əsasən Avropa Birliyi modelinə uyğunlaşdırmaq istəyirlər.

-Elşad Həsənov

“Hazırda BRICS-ə bu il sədrliyi Rusiya idarə edir. Bu dövlətlər bir-birinə qarşı ödəmələri üçün pul vahidindən istifadə etmək istəyir və bu yöndə də işlər aparırlar. Yəni dollardan xilas olmaq üçün müəyyən valyuta yaratmaq istəyirlər.

BRICS ölkələri aralarında hələlik bəziləri rus rublundan Çin yuanından və hind rupisindən istifadə edir, dollardan qaçmaq istəyirlər. Onlar öz vahid valyuta sistemini yaradaraq, ümumi ödəniş sistemləri tətbiqi üzərində çox ciddi iş aparırlar”-deyə politoloq bildirib.

- BRICS təşkilatı Türkiyəni niyə üzv etmək istəyir?

Politoloq bildirib ki, Türkiyə uzun illərdir ki, Avropa İttifaqına üzv olmaq istəyir. Belə ki, onun 1999-cu ildən Avropa İttifaqına tam üzvlüyünə namizədliyi qəbul olunub.

“Təsəvvür edin ki, 25-26 ildir ki, Türkiyəni Avropa İttifaqına tam üzv qəbul etmirlər. Türkiyə kimi tam inkişaf eləmiş ölkəni, Avropanın ərazisində də Avropanın ölkələrində də çoxlu türklər yaşadığına baxmayaraq və Türkiyəni bu birliyə qəbul etmirlər. Niyə?

Çünki son illər Avropa İttifaqının apardığı siyasət onu göstərir ki, onlar bir xristian klubu kimi fəaliyyət göstərir və öz aralarında müsəlmanları görmək istəmirlər. Bizə qarşı olan haqsızlıqları, bizim deputatların səlahiyyətlərinin dondurulması, bizə qarşı olan münasibət bunun bariz göstəricisidir.

Artıq Türkiyə başa düşür ki, onlar Türkiyəni Avropa İttifaqına tam üzv kimi qəbul etməyəcəklər. BRICS-də də dünyanın çox böyük ölkələri var. Əhalisinin sayına görə Hindistan birinci yerdə, sonra Çin iqtisadiyyatı var. Braziliyanın çox böyük kənd təsərrüfatı ilə iqtisadiyyatı var.

Türkiyənin çox əlverişli bir iqtisadi coğrafiya zonada yerləşməsi, onu təşkilat üçün daha cəlbedici edir. Çünki Türkiyənin üstünlüyü. onun Avropa və Asiyanın qovşağında yerləşməsi və iki böyük qitəni birləşdirən bir yerdə olmasıdır”-deyə Elşad Həsənov bildirib.

- Türkiyə niyə BRICS-ə qəbul olunmaq istəyirmi?

Politoloq hesab edir ki, Türkiyə BRICS-ə qoşulmaqda maraqlı ola bilər.

“Türkiyə həm NATO ölkəsidir, həm Avropa İttifaqına namizəddir. Ancaq onu qəbul etmirlər, etmələri də yaxın gələcəkdə real görünmür. Türkiyə mallarına həm Rusiyada, həm BRICS-in üzvü olan digər ölkələrdə də böyük təlabat var. Həm kəndtəsərrüfat mallarına, həm geyim mallarına böyük tələbat var. Bu səbəbdən Türkiyənin BRICS-ə üzv olmasına Rusiya da dəstək olacaq.

Çünki hələ də davam edən Rusiya-Ukrayna müharibəsində Türkiyə müəyyən mənada dəstək oldu. Putin də daim Rəcəb Tayyib Ərdoğanın düz, ləyaqətli bir prezident olduğunu dəfələrlə dilə gətirib və belə adamla işləməyi özünə şərəf hesab etdiyini bildirib”-deyə Elşad Həsənov vurğulayıb.

- Türkiyənin NATO-ya üzv olması BRICS-ə üzv olmasına əngəl ola bilərmi?

Politoloqun fikrincə, burada heç bir siyasi məqsəd olmadığına görə əngəl də görünmür:

"NATO-nun belə bir şərti yoxdur ki, hər hansı bir dövlət quruluşu bu təşkilata və ya birliyə qoşula bilməz. Xarici işlər nazirlərinin Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq. Eyni zamanda da Kazanda oktyabr ayında keçiriləcək samitdə bu məsələlərə baxıla bilər. Burada Türkiyənin iqtisadi maraqları öndədir".

İradə Cəlil, dikGAZETE.com