Putinin Kremlin saytında deyilir ki; Rəisi bütün həyatını Vətənə xidmətə həsr etmiş görkəmli siyasətçi

BAKI, Azərbaycan

İran prezidenti İbrahim Rəisi mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

İbrahim Raisi ilə birlikdə təyyarədə həmçinin xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Təbrizin cümə namazı imamı Ayətullah Məhəmməd Əli Əl-e-Haşem, Şərqi Azərbaycan vilayətinin başçısı Malek Rəhməti, helikopter heyəti və bir təhlükəsizlik əməkdaşı həlak olub. İran Konstitusiyasına uyğun olaraq, indi prezidentin səlahiyyətləri birinci müavinə keçir. 2021-ci ildən bu vəzifəni Məhəmməd Moxber tutur.

Tehranda prezident İbrahim Rəisinin helikopter qəzasında öldüyü təsdiqlənən kimi Rusiya təbliğat kanalları insidentdə ABŞ-ı və qismən də İsraili günahlandırmağa başlayıb.

Bu da onunla əsaslandırılır ki, helikopter Amerika istehsalıdır (Bell 212), eyni zamand Amerika sanksiyaları səbəbindən yeni təyyarələr və onun üçün ehtiyat hissələri İrana gəlişini dayandırıb.

Bu versiya İranın özündə də təsirsiz ötüşməyib. Belə ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif artıq açıq şəkildə ABŞ-ı “fəlakətə töhfə verməkdə” ittiham edib və “amerikalıların, sionistlərin sədaları altında rəqs etdiyi”ni vurğulayıb.

CNN-in Yaxın Şərq üzrə aparıcı analitikləri İran prezidentinin ölümünü “İsrailin Qəzzada müharibəsi fonunda regiondakı qeyri-sabitlik”lə əlaqələndirirlər.

Əlaqə belə izah edilir: "İsrailin HƏMAS-a qarşı müharibəsi səkkizinci ayına qədəm qoydu, bu, artan humanitar fəlakəti alovlandırdı və regional gərginliyin artmasına səbəb oldu. İsrail və İran arasında onilliklər boyu davam edən və son bir neçə həftədə davam edən kölgə müharibəsi, üzə çıxdı”.

Bu arada, İran və beynəlxalq mediada İbrahim Rəisinin vəfatı ilə bağlı İran hakimiyyətinə başsağlığı ifadələri ilə bağlı xəbərlər artmaqda davam edir.

Rusiya Federasiyası, Türkiyə, Suriya, Yəmən, Livan, Qətər, İraq, eləcə də Hizbullah, Həmas, Taliban və digər terror təşkilatlarının rəhbərlərinin teleqramları da analoji ifadələrlə doludur.

Putinin Kremlin saytında dərc olunan teleqramında deyilir ki, Rəisi “Rusiyanın əsl dostu”, “bütün həyatını Vətənə xidmətə həsr etmiş görkəmli siyasətçi” olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu məsələyə münasibət bildirib. O, “ölkəmizin həqiqi, etibarlı dostları” olan İran prezidentinin və xarici işlər nazirinin vəfatından dərin kədərləndiyini bildirib.

Tehran həmçinin Çin, Hindistan və Pakistan liderlərindən daha təmkinli tonlarda başsağlığı verib. Avropa diplomatiyasının rəhbəri, nüvə sazişinin ardıcıl tərəfdarlarından biri və İsraili tənqid edən Josep Borrell də qeyd edib.

İranın özündə 5 günlük matəm elan edilib, media ağlayan vətəndaşların fotoşəkillərini dərc edir, həmçinin prezidentin mayın 21-də Təbrizdə keçirilməsi planlaşdırılan dəfn mərasiminə hazırlıqla bağlı xəbərlər verir. Onunla birlikdə helikopterdə olan hər kəs Rəisi ilə birlikdə dəfn ediləcək.

Helikopter Amerika istehsalı olan Bell 212 idi və 14 nəfərə qədər adam daşıya bilirdi. O, Azərbaycanla sərhəd yaxınlığında, Tehrandan təxminən 600 kilometr şimal-qərbdə qəzaya uğrayıb.

Xatırladaq ki, İran prezidentinin axtarışlarında Türkiyə, Rusiya və Azərbaycan da daxil olmaqla bir çox ölkədən xilasetmə qrupları və təyyarələr iştirak edib.

İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, xilasedicilər bütün gecəni çox çətin hava şəraitində və sıldırım dağ yamaclarında çalışıblar. İranda baş verənlərlə bağlı versiya bir neçə dəfə dəyişdirilib. Əvvəlcə "sərt eniş", sonra qəza və sağ qalanlarla bağlı xəbərlər var idi.

İran İslam Respublikası Konstitusiyasının 131-ci maddəsinə əsasən, hazırkı prezidentin vəfat etdiyi halda onun yerini birinci müavin tutur, lakin hüququ olan ali rəhbərin təsdiqi ilə başqa namizəd seçmək mümkündür.

Bundan sonra birinci vitse-prezident, parlamentin spikeri və ədliyyə orqanının rəhbərindən ibarət şura prezidentin ölümündən sonra 50 gün ərzində keçirilməli olan növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar qəbul edir.

Prezidentin səlahiyyətlərini hazırda Məhəmməd Moxber icra edir.

İranda helikopterlər və təyyarələr çox köhnədirlər. İran sanksiyalarla əlaqədar olaraq, yeni helikopterlər və təyyarələr ala bilmir

“İranda bu hadisə ilk dəfə deyil ki, yüksək rütbəli şəxslər hava nəqliyyatı qəzası ilə ölür və ya öldürürlər. Bu, daha öncələr də yaşanmış bir hadisədir. Bir çox tanınmış istər siyasi və istər hərbi tanınmış şəxsiyyətlər, təyyarə və ya helikopterlərin problemləri nəticəsində yerə düşüb və ölüblər”.

Bu barədə araşdırmaçı jurnalist Məhəmməd Rəhmanifər danışıb.

Məhəmməd Rəhmanifər hesab edir ki, İranda helikopterlər və təyyarələr çox köhnədirlər. İran sanksiyalarla əlaqədar olaraq, yeni helikopterlər və təyyarələr ala bilmir.

-Məhəmməd Rəhmanifər

“İran təyyarələri çox köhnədir. Amma yenə də nəzərə almaq lazımdır ki, prezidenti köhnə bir helikopterə mindiriblər. Hansı ki, bu da etibarlı deyil. Əgər prezident belə bir helikopterə mindirilirsə, gərək onun təhlükəsizliyini də təmin edəydilər. Yəni onun helikopterinin ətrafında bir hərbi helikopter də olmalı idi. Amma hadisədən neçə saatlar keçdi və helikopterin hara düşdüyü belə məlum deyildi”-deyən Məhəmməd Rəhmanifərin fikrincə, bu hadisə təbii hadisə olmayıb.

Jurnalist qeyd edib ki, havada 3 helikopter olub. İkisi Təbrizə gəlib çatır, amma prezidentin olduğu təyyarə dağa çırpılır. Yəni hava şəraiti imkan verib ki, 3 helikopter havaya qalxa bilib. Amma prezidentin helikopteri qəzaya uğrayır.

“Prezidenti belə bir helikopterə mindirmək, prezidentin təhlükəsizliyini təmin etməmək, yəni hərbi təyyarələrin olmaması və hadisədən sonra yayılan yalan xəbərlər şübhəli məqamlar yaradır. Bu da ilk dəfə deyil ki, İran daxilində olan müxaliflərini təyyarəyə və ya helikopterə mindirir və "yox" edir. Bu barədə inetrnetdə istənilən qədər məlumat var”-deyə Rəhmanifər vurğulayıb.

İradə Cəlil, dikGAZETE.com