BAKI, Azərbaycan

-İsrail İranı vurmaq üçün Azərbaycan ərazisindən istifadə edəcəkmi?

Bir neçə gün əvvəl İsrailin “Haaretz” qəzeti İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı araşdırma yazı hazırlayıb.

Yazıda qeyd edilir ki, son on ildə 90-dan çox Azərbaycan yük təyyarəsi İsrailin cənubundakı hava bazasına enib.

Təyyarələr İsrail istehsalı olan təxminən 5 milyard dollar dəyərində silah və partlayıcıları Azərbaycana daşıyıb.

Bəzi KİV-lər, xüsusən də Ermənistan mətbuatı bu xəbərə istinad edərək, qeyd edir ki, güya bunun qarşılığında İsrail Azərbaycan enerjisi və İrana çıxış əldə edir.

Yəni İsrail İranın nüvə proqramına hərbi zərbə endirmək istəsə, Azərbaycanın aerodromlarından istifadə edə bilər.

“Ümumiyyətlə, son 20 ildə İran dövlətinin müxtəlif qurumları Azərbaycanı İsraillə müəyyən əməkdaşlıqda ittiham edirlər.

Hər zaman belə bir məqam qeyd olunur ki, guya Azərbaycan öz ərazisindən İsrail hərbi strukturları, İsrail xüsusi xidmət orqanları üçün İrana qarşı istifadə olunmasına imkan yaradır”.

Bu barədə Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli danışıb.

O, qeyd edib ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da bildirib ki, Azərbaycan Respublikası heç bir halda, öz ərazisindən kənar ölkələrin yəni üçüncü ölkələrin, öz qonşu qonşularına qarşı istifadə edilməsinə imkan yaratmayıb.

Bundan sonra da belə bir hal olmayacaq.

-Ramil Məmmədli

“Azərbaycan İsrail, Amerika və yaxud da Qərbin digər ölkələri İrana qarşı Azərbaycandan istifadə etmək üçün cəhdlər ediblər. Yəqin ki, bu gün də var. Amma Azərbaycan buna imkan verməyib.

O ki, qaldı və Azərbaycana İsraildən küllü miqdarda çoxlu sayda, qeyd olunduğu kimi 90-dan artıq silah sursat daşıyan yük təyyarəsinin gəlməsinə burada qeyri-təbii heç nə yoxdur.

Azərbaycan öz ordusunun imkanlarını, döyüş texnika imkanlarını gücləndirməklə məşğuldur. Bu baxımdan da digər ölkələrlə olduğu kimi, İsraillə də əməkdaşlıq edir, yəni satınalmalarda, hərbi təyinatlı vasitələrin satılmasında əməkdaşlıq edir”,- deyən hərbi ekspert bildirib ki, eyni vəziyyət, eyni formada digər ölkələrlə Türkiyə, Rusiya və başqa Qərb ölkələrindən də hərbi təyinatlı vasitələr əldə olunur.

Ramil Məmmədlinin sözlərinə görə, bu həmin texnikaların və texnologiyaların İrana qarşı istifadə edilməsinə hazırlıq mənasını özündə əks etdirmir.

Ekspert hesab edir ki, bu İran və İranın maraqlarına xidmət edən ölkələrin Azərbaycana qarşı apardığı ittihamedici siyasətin tərkib hissəsidir.

Həm xarici ölkələr, region ölkələri, həm də İranın özü də bilir ki, Azərbaycan hələ də hərbi vəziyyətdədir.

Yəni Ermənistanla müharibə vəziyyətindədir.

Bu baxımdan silah-texnika parkının gücləndirilməsi normal bir normal məsələdir.

Enerji barterinə gəldikdə, bu uzun illərdir açıq şəkildə bildirilir.

Azərbaycan İsraildən əldə etdiyi bəzi hərbi texniki vasitələrin qarşılığında enerji məhsullarını verməklə, yəni prosesi belə formada yekunlaşdırır. Yəni barter edir.

Azərbaycan enerji resursları enerji məhsulları, İsrail hərbi texniki vasitələr verir.

İradə Cəlil, dikGAZETE.com