BAKI, Azərbaycan

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimə başlayıb. Təlim ölkələrarası hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

İki qardaş ölkə arasında həayata keçirilən bu tədbirləri regionda sabitliyi istəməyən qüvvələrə bir mesaj kimi də qəbul etmək olar.

Bir müddət əvvəl Tehran rejiminin Araz sahili boyunca 2 əsr əvvələ aid hərbi texnika ilə keçirdiyi təlimlər, Ermənistanla sərhədləri “qırmızı xətt” adlandırması, sonra Əkbər Vilayətinin çıxıb “mən də Türkəm” deməsi bir daha sübut edirdi ki, İran ikiüzlü siyasət yürüdür.

Azərbaycan və Türkiyə arasında həyata keçirilən bu təlimlər, Azərbaycanı özünə düşmən elan edən qüvvələr üçün bir növ gözdağıdır.

Yəni, biz birik. Azərbaycana qarşı təxribat edən, qarşısında Türkiyəni də görmüş olacaq...

Bu, açıq bir mesajdır.

Onu da xüsusilə vurğulayaq ki, bu həm də “Şuşa” bəyannaəməsinin müddəalarından irəli gəlir.

Yəni Türkiyə ilə biz eyni zamanda rəsmi və hüquqi tərəfdaşıq...

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri iştirak edir.

-Ramil Məmmədli-

“Bu gün Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başlayıb. Təlimin özəlliyi və fərqliliyi ondan ibarətdir ki, bu təlimlər həm İranla sərhəddə, həm də Qarabağ bölgəsində keçirilir.

Təlimlər irimiqyaslı hesab edilə bilər. Təlimdə istifadə olunan silahlar hücum silahlarıdır. Bu, böyük əhəmiyyət daşıyır” - deyən ekspert bildirib ki, təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyi şübhə altına salan ölkələr üçün bir ismarıcdır.

Onun sözlərinə görə, bu təlimlər Azərbaycan və Türkiyə ordularının gələcəkdə də birgə fəaliyyəti baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Politoloq Tural İsmayılov da bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir.

“Şuşa” bəyannaməsi ilə əməkdaşlığımız daha da dərinləşib. Yəni bundan sonra belə hərbi təlimlərə tez-tez şahidlik edəcəyik.

Politoloq qeyd edib ki, Ermənistan, İran və onların havadarlarının narahatlığı başadüşüləndir. Çünki iki qardaş ölkənin siyasi-hərbi gücə çevrilməsi də bu qüvvələr üçün bir mesjdır.

-Tural İsmayılov-

Tural İsmayılov hesab edir ki, təlimlər üçüncü qüvvələrə yönəlməyib.

P.S. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti ADA Universitetində çıxışı zamanı bildirmişdi ki, Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, Türkiyə ordusu tək deyil, orada həmçinin bizim ordu da var, bizim ordu da tək deyil, o cümlədən orada Türkiyə ordusu da var.

Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.

Bu gün keçirilən təlimlər isə, prezidentin sözlərinin əyani sübutudur.

İradə Cəlil, dikGAZETE.com