USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycan filmləri 15-17 dekabr tarixlərində Ərzurum Kar film festivalında

Azərbaycan filmləri 15-17 dekabr tarixlərində Ərzurum Kar film festivalında
14-12-2022

BAKI, Azərbaycan

Atatürk Universitetinin İletişim Fakültəsi tərəfindən ənənəvi olaraq təşkil edilən və bu il 18-ci dəfə keçiriləcək BeynəlxalqKar Film Festivalıdekabrın 15-də sənətsevərlərlə görüşə hazırlaşır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalın bu ilki mövzusu “Azərbaycan kinosu” olacaq.

Festival 15-17 dekabr tarixlərində keçiriləcək.

18-ci Beynəlxalq Qar Filmləri Festivalı çərçivəsində dekabrın 7-dən başlayaraq, dekabrın 14-dək “İletişim” fakültəsinin nümayiş zalında Azərbaycan filmləri ödənişsiz nümayiş etdiriləcək.

Universitetin müəllimi Doç. Dr. Ayhan Doğan bildirib ki, festival artıq 18-ci dəfədir ki, həyata keçirilir və hər il keçirilən festivalın mövzusu fərqli olur.

Ayhan Doğan qeyd edib ki, “Bu il Azərbaycanın Qarabağ zəfəri ilə əlaqədar olaraq, Azərbaycan mövzulu bir film festivalı keçirilməsinə qərar verildi. Festivala çox sayda film müraciət edib.

Reklam, animasiya, sənədli və s. sahələri ilə bağlı müraciətlə olub. Bu filmlərdən 18-i nümayiş etdirilməyə layiq görülüb. Bu 18 film arasından birincilik, ikincilik və üçüncülük mükafatları alan filmlər var”.

Festivalda Azərbaycan filmlərindən Aqil M. Quliyevin “Zabit şərəfi”, rejissor Etibar Mənmədovun Qarabağ müharibəsində əsir düşən qadınların həyatından bəhs edən “Bitməyən əzablar”, Kənan MM-in “Gecə qonağı-2”, Ramiz Həsənoğlunun “Cavid ömrü”, Elxan Cəfərovun “Yarımçıq xatirələr”, Eldar Quliyevin “Babək” və rejissor Pərviz Əhmədovla, Abdülqədir Atıkın birgə işi olan “Qarabağın gözyaşları” sənədli filmləri nümayiş etdiriləcək. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan filmləri 7-14 dekabr tarixlərində nümayiş etdiriləcək.

Daha sonra “Nənəxatun” Mədəniyyət Mərkəzində üç gün davam edəcək festivalda rəngarəng qonaqlar iştirak edəcək. 

Ölkədə və xaricdə təhsil alan tələbələrin bədii, sənədli, eksperimental, animasiya, reklam, ictimai anons və ssenari janrlarında hazırladıqları əsərlərin qiymətləndirilərək, mükafatlandırıldığı festival çərçivəsində müxtəlif fəaliyyətlər də keçiriləcək.

Festivalda Azərbaycandan iki rejissor və bir musiqi qrupu iştirak edəcək. 

Festival dekabrın 15-i saat 9:30-da Mehtap Dəmir Güvənin konserti ilə başlayacaq. 

Daha sonra festivalda TürkiyəninATV” telekanalının Xəbər aparıcısı Nihan GünayınTeleviziya jurnalistikası və aparıcısı haqqında” adlı çıxışı ilə davam edəcək. 

Festivalda TRT-nin son illərə damğasını vuran “Gönül Dağı” serialının baş rol ifaçılarından aktyor Ali Düsenkalkar da dekabrın 15-də festivalda sənətsevərlərlə görüşəcək.

Festivalın ilk günü Azərbaycanın tanınmış rejissorlarından olan Kənan M.M-in “Qayıdış” filmi və Azərbaycan kinosu haqqında söhbətlə yekunlaşacaq.

Festivalın ikinci günü TRT-də prodüser və rejissor Taha Feyizlinin “İki çayın görüşü” sənədli filminin nümayişi ilə başlayacaq. Daha sonra festivalda səs aktyoru və teatr aktrisası Zeynep Özden Ayyıldız ilə “Sinemada səs” mövzusunda çıxış edəcək.

Bildirilib ki, festivalda sosial mediada tanınan “Muxdigital” şirkətinin meneceri Betül Uslu "Sosial media çağında sahibkarlıq" mövzusunda nitq söyləyəcək.

Festivalın ikinci günü televiziya və kino filmlərində rol almış məşhur aktyor Səlahəddin Taşdöğənin çıxışı ilə yekunlaşacaq. 

Festivalın son günü TRT Ərzurum radiosundan Feyza Yılmaz, İsmail Bingöl, Alev Devrim AltunÖmer Ergediğin "Yerli İctimai Yayım" mövzusunda müzakirələri ilə başlayacaq.

Daha sonra Azərbaycanın digər tanınmış rejissoru Elxan CəfərovunDolu” filmi nümayiş etdiriləcək. 

Filmdən sonra Elxan Cəfərovla Azərbaycan kinosu haqqında söhbət baş tutacaq. 

Festivalın son günü qaliblərə hədiyyələr təqdim olunacaq.

Festival azərbaycanlı müğənni Aygün Rəhimli Akbabanın ifası ilə yekunlaşacaq.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?