USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Zəlzələnin sosial-iqtisadi, uzunmüddətli qalıcı nəticələri olacaq

Zəlzələnin sosial-iqtisadi, uzunmüddətli qalıcı nəticələri olacaq
12-02-2023

BAKI, Azərbaycan

-Güclü zəlzələlərin böyük iqtisadi itkiləri var 

Türkiyə seysmik ərazidə yerləşdiyi üçün 16-cı əsrdən bəri bu kimi zəlzələlər mütəmadi olaraq yaşanmaqdadır. 

Sonuncu dəfə ən təhlükəlisi 1999-cu ildə qeydə alınan Mərmərə zəlzələsi idi. Mərmərə zəlzələsinin yaşandığı 7 bölgə ölkə iqtisadiyyatının 35 faizə qədərini təşkil edirdi.

Hadisədən sonra Türkiyə iqtisadiyyatında təxminən 5 faiz civarında geriləmə qeydə alınmışdı. 

Həmin zəlzələdən sonra hətta “zəlzələ vergisi” də təsis edildi. 24 il ərzində büdcəyə bu yolla 90 milyard lirə vəsait daxil oldu.

Mərmərə zəlzələsi o qədər dəhşətli idi ki, hətta 2000-2001-ci illərin böhranlarının səbəblərdən biri hesab edilirdi.

Təbii olaraq, indi də o dövrdəki kimi bütün təxliyə, fövqaladə hal tədbirləri yekunlaşdıqdan sonra, şübhəsiz ki, önəmli mövzulardan biri zəlzələnin sosial-iqtisadi, uzunmüddətli qalıcı nəticələri olacaq.

Hələ dəqiq nəsə demək olmasa da, ilkin müşahidələr zərərin olduqca böyük olduğunu göstərir.

Əsas statistik göstəricilərə görə, hadisənin baş verdiyi 10 əsas bölgə ölkə əhalisinin 15.7, iqtisadiyyatınınsa 9.3%-ni, həmçinin xarici ticarətə üstünlük verən Türkiyə kimi bir ölkənin ixracının 8.5%-ni təşkil edir. Eyni zamanda ölkədə fəaliyyət göstərən müəssisələrin 11, kənd təsərrüfatınınsa 14%-nin bu bölgədə təmərküzləşdiyini nəzərə aldıqda, təəssüflər olsun ki, nəticələrin Türkiyəyə çox ağır başa gəldiyini söyləməli oluruq.

Təəssüflər olsun ki, belə hallar həmişə birbaşa təsirlərin ardınca dolayı təsirlərlə də müşayət olunub. İctimai binalar, xəstəxanalar, fabriklər, müxtəlif təyinatlı infrastrukturun zədələnməsinin üzərinə kütləvi müflisləşmələr, işdən çıxarılmalar və problemli kreditlər induktiv effektlə daha böyük yenidənqurma, beləliklə də daha çox maliyyə yükü tələb edir. 

Bu da, büdcə üçün ya nəzərdə tutulan investisiyaların bir qisminin bu işlərə yönəlməsini, ya da əlavə maliyyə mənbələri eldə etmək tələbi deməkdir”…

Bu barədə iqtisadçı Pünhan Musayev danışıb. 

Onun sözlərinə görə, bütün bunlar isə aşağı faiz və xarici ticarət profisitinə yönəlmiş bir iqtisadiyyat üçün qeyri-müəyyənliyin daha da artması anlamına gəlir. Bu qeyri-müəyyənliklər isə gec-tez özünü aparıcı bir neçə indikatorda biruzə verir.

-Pünhan Musayev

İqtisadçı qeyd edir ki, son bir ayda statistik effektlə də olsa inflyasiya azalır, valyuta kursu inzibati yolla 18 səviyyələrdə saxlanılırdı. 

Ən azı seçkiyə qədər vəziyyətin belə davam etməsi mövcud iqtidar üçün çox olduqca önəmli tendensiya idi. 

Hələ ki, xüsusi rəsmi açıqlama olmasa da, seçkilərin də taleyi qeyri-müəyyənlik içərisindədir.

Hər şeydən əlavə, qardaş Türkiyə və onunla həmsərhəd ölkə olan Suriyada bu hadisənin yaşanması, insanlıq adına, həmin bölgələr kimi bizi də möhkəm sarsıtdı.

Tanrıdan həyatını itirənlərə rəhmət, xəsarət alanlara şəfalar diləyirəm. Ümidvaram, itkilərin sayı artmadan dağıntılar altında qalanların hər biri sağ-salamat xilas ediləcək. Dualarımızı əsirgəmirik”,- deyə iqtisadçı əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?