USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Türkiyə iqtisadiyyatının ehtiyac duyduğu ən önəmli şey sadələşməkdir

Türkiyə iqtisadiyyatının ehtiyac duyduğu ən önəmli şey sadələşməkdir
03-06-2023

BAKI, Azərbaycan

Türkiyədə dolların məzənnəsi son günlərdə 20,75 lirəyə qalxıb. Halhazırda Avro 22,25, funt sterlinq isə 25,5870 tl-yə satılır.

Dollar indeksi martın 17-dən bu yana ən yüksək həddi olan 104,5 səviyyəsində olarkən, avro/dollar pariteti 0,6 faiz azalaraq son 3 ayın ən aşağı göstəricisi olan 1,0670 səviyyəsində ticarət edilir.

Türkiyə Statistika Təşkilatı bu ilin birinci rübündə Türkiyə iqtisadiyyatının artım rəqəmini açıqlayıb.

Məlumatlara görə, Türkiyə iqtisadiyyatı ilin birinci rübündə 4 faiz artıb.

Birinci rübdə ixracda daralma diqqət çəkərkən, sektor baxımından da kənd təsərrüfatı və sənayedəki eniş ön plana çıxıb.

İnşaat sektoru isə yüzdə 5,1 artımla 5 ilin ən yaxşı göstəricisini göstərib.

Bazarlarda gözlər yeni kabinetə çevrildi. İqtisadiyyat idarəsinə təyin olunacaq adlar gözlənilir.

Qlobal bazarlarda isə, artan qeyri-müəyyənliklər, tənəzzül və inflyasiya dilemması ilə risk qavrayışı güclənməyə davam edir.

Digər tərəfdən ABŞ-da açıqlanan makroiqtisadi məlumatlar iqtisadiyyatın istənildiyi kimi olmadığını ortaya çıxarsa da, FED-in gələn ay pul bazarlarının qiymətlərində faiz dərəcələrini 25 bənd artıracağına dair gözləntilər yüzdə 63-ə yüksəldi.

Bankın ilin sonuna doğru faizləri aşağı sala biləcəyi ilə bağlıfikirlər ortadan qalxdı.

Türkiyə iqtisadiyyatının ehtiyac duyduğu ən önəmli şey sadələşməkdir. Çünki son illər atılan addımlar iqtisadiyyatı olduqca mürəkkəbləşdirdi.

Əvvəlcə faizi endirib real sektoru dəstəkləmək istədilər. Cəlbedici görünsə də, faiz yolu ilə likvidlik qısamüddətli və istehlak yönümlü olduğuna görə, istənilən nəticəni vermədi.

Əvəzində yüksək inflyasiya, lirənin dollara qarşı kəskin və ardıcıl devalivasiyaları bazarın dollarizasiyasını artırdı. Bunun da qarşısını almaq üçün atılan məhdudlaşdırıcı addımlar kredit kanallarını daraltdı və beləliklə ikili məzənnə və çoxlu faiz rejimi ortaya çıxmış oldu”.

Bu barədə iqtisadçı Pünhan Musayev hesab edir ki, bu kimi mürəkkəbliklər özü ilə bərabər bazarın ən böyük kabusu olan qeyri-müəyyənliyə səbəb oldu.

Seçki prosesində nirvanaya yüksələn bu qeyri-müəyyənliklər seçkidən sonra nisbətən sovuşsa da, ancaq hələ də qalmaqdadır və çox ciddi tədbirlər tələb edir.

-Pünhan Musayev

İqtisadçının firkincə, öncə güvən yaratmaq lazımdır. Çünki tərəddüdlə irəli getmək olmur.

Elə seçkidən sonra prezident də eyni fikri söylədi. Ancaq güvən elə ağızda deməklə olmur, gərək ki əməli tədbirlər görülsün.

Ən azından, mövcud komanda ilə yeni nələrsə etmək ehtimalı olduqca aşağıdır. Son söz söhbətlər də əvvəlki illərdə Türkiyə iqtisadiyyatı adına çox uğurlu olmuş Mehmet Şimşeyin ya prezident köməkçisi, ya da nazir qismində iqtisadi məsələlərə məsul şəxs kimi gətiriləcəyini vəd edir.

Baş verəcəyi halda sözsüz ki, müəyyən dönüşlər əldə ediləcək, ancaq arxasında siyasi stimul olmasa kimin gəlməsindən asılı olmayaraq, istənilən nəticə əldə olunmayacaq”-deyə Pünhan Musayev qeyd eidb.

Onun sözlərinə görə, bundan sonra iqtisadi siyasətin rasional qaydada davam etməsi isə ciddi sərmayə cəlbi və iqtisadiyyatı soyutmağa səbəb olacağını nəzərə almaq lazımdır.

Əks halda, idxal əsaslı iqtisadi böyümə cari kəsri də artırıb valyuta tələbini sürətləndirəcək və bu tələbi ödəməyə təklif (rezervlər) yetərli olmadığından lirə yenə dəyər itirməyə davam edəcək.

Bütün bunlar isə yenə də faiz artırmağı tələb edəcək.

Onsuz da faizi endirib aşağı inflyasiyaya nail olunmadığını praktiki olaraq bütün Türkiyə gördü. Elə olsa idi, faizi sıfır edərdilər.

Zatən Mərkəzi Bank faizinin də mənası qalmayıb, depozit faizlərindən 4 dəfə azdır. Ona görə də gec-tez faiz kanalına yenidən baxılması labüddür.

60 il əvvəl Mundell-Flemingin göstərdiyi kimi yəni, kapital sərbəstliyi şəraitində iqtisadiyyatda həm faiz, həm də məzənnəyə eyni anda nəzarət etmək olmur.

Seçim faizdən yana olacaqsa əgər, bu hələ bir müddət də balans rolunu oynayacaq məzənnənin devalvasiyasını davam etdirəcəkdir. Ancaq, hara qədər? Hər şeyi zaman göstərəcək”-deyə iqtisadçı əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?