USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi Azərbaycanda böyük sevinclə qarşılanıb

Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi Azərbaycanda böyük sevinclə qarşılanıb
26-05-2023

-Sinan Oğan, Rəcəb Tayyib Ərdoğan-

BAKI, Azərbaycan

Mayın 14-də Türkiyədə prezident seçkiləri keçirildi. Lakin müəyən səbəblərdən prezident seçimləri növbəti tura qaldı.

Ayın 28-də sözün əsl mənasında Türkiyənin taleyi həll olunacaq. Bu arada “Ataİttifaqında Prezidentliyə namizəd Sinan Oğanın Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi Azərbaycanda böyük sevinclə qarşılanıb.

Hər kəs sosial şəbəkələrdə Oğanı dəstəklədiyini və ona sevgilərini bildirib.

Bu da bəzi türk millətçiləri tərəfindən birməanlı qarşılanmır, əksinə Azərbaycanın Türkiyə seçkilərinə müdaxiləsi kimi qiymətləndirilir.

Əslində olan isə, bu, sadəcə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Türkiyənin, xüsusilə Rəcəb Tayyib Ərdoğanın bizim, Azərbaycan xalqının yanında olduğuna görə, ona olan sevgisindən qaynaqlanır.

Bəli, Azərbaycan xalqı Rəcəb Tayyib Ərdoğanı sevir, bunu gizlətmir. Amma qardaş ölkənin seçkilərinə, siyasətinə müdaxilə etmək haqqımız olmadığı kimi, səlahiyyətlərimiz çərçivəsində də deyil.

Biz sadəcə sevgimizi dilə gətirə bilərik. Sevgi isə azaddır və buna heç kim dil uzada bilməz!!!

Türkiyədə keçirilən prezidentparlament seçkiləri son illərin ən maraqlı seçkiləridir.

Parlament seçkilərinin nəticələri məlum olsa da, prezident seçkilərinin nəticələri hələ məlum deyil.

İkinci tur mayın 28-də keçiriləcək.

Bu proseslərdə maraqlı hadisələr yaşanır. Çünki Ərdoğanın rəqiblərinin təmsil olunduğu koalisiyalarda müəyyən fikir ayrı-seçkilikləri, narahatlıqlar geniş fürsət alır.

Kemal Kılıçdaroğlunun təmsil etdiyi “Millətittifaqında artıq bir sıra şəxslər koalisiya sıralarını tərk edirlər.

Digər tərəfdən Sinan Oğanın rəhbəri olduğu “ATA” koalisiyası arasında da çox ciddi müzakirələr keçirilir. Sinan Oğan da Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəklədi”

Bu barədə politoloq İlyas Hüseynov bildirib ki, Sinan Oğan məhz dövlətçiliyin xilas olunması, dövlət təməllərinin gücləndirilməsi, dövlət ağlının və strateji təfəkkürünün ən üst səviyyədə olması niyyəti ilə bu addımı atıb.

-İlyas Hüseynzadə

Politoloq proseslər haqqında bu fikirdə olduğunu qeyd edərək bildirib ki, Sinan Oğanın da müraciətində onun bu fikirdə olduğu öz əksini tapmışdır.

Azərbaycan Vətən müharibəsində bizə siyasi və mənəvi dəstək verən Rəcəb Tayyib Ərdoğanın xidmətlərini çox yüksək qiymətləndirir və Sinan Oğanın bu seçimi də Azərbaycanın içtimai rəyində çox müsbət qarşılanıb, təqdir olunub.

Sinan Oğanı Azərbaycanda sevirlər və ona böyük hörmət var. O, Azərbaycanda çalışıb və Dövlət İqtisad Universitetinin müəllimi olub. Azərbaycan mühtini yaxşı bilir. Iğdırda doğulan Oğanın verdiyi mesajlar da Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir”,- deyən politoloq hesab edir ki, Sinan Oğan düzgün seçim edib.

Öz təhlil və proqnozlarında bu seçimi təxmin etdiyini deyən İlyas Hüseynov qeyd edib ki, Sinan Oğanın düzgün seçim edəcəyini öncədən düşünürmüş.

Politoloqun fikrincə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda dəstəklənməsi Türkiyədə seçkilərə müdaxilə, dövlətlər arasında münasibətlərə kölgə salan amillər kimi qiymətləndirilməməlidir.

Türkiyə ilə Azərbaycan dostdur, qardaşdır, hərbi müttəfiqdir. Bizim dostluğumuz sarsılmazdır və əbədi olaraq da belə qalacaq.

Düşünürəm ki, hazırda belə manipulativ fikirlərin heç bir əsası yoxdur. Və belə fikirlər əsas yaratmamalıdır”-deyə politoloq İlyas Hüseynov əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?