USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Rusiyada və Türkiyədə baş verən oxşar hadisənin fəlsəfəsi eyni, səbəbləri isə fərqlidir rubl və lirə ucuzlaşır

Rusiyada və Türkiyədə baş verən oxşar hadisənin fəlsəfəsi eyni, səbəbləri isə fərqlidir rubl və lirə ucuzlaşır
11-04-2023

BAKI, Azərbaycan

- Rubl və lirə ucuzlaşır: Manata təsiri olacaqmı?

Son günlər rubllirə ucuzlaşır. Bu ucuzlaşmanın manata təsiri olacaqmı?

Əslində RusiyadaTürkiyədə baş verən oxşar hadisənin fəlsəfəsi eyni, səbəbləri isə fərqlidir. Dolların dünyada dəyər itirdiyi və ya ciddi dəyər qazanmadığı vaxtda milli valyutaların ucuzlaşmasının arxasında öz resursları ilə milli iqtisadiyyat qurmaq istəyi və inflyasiya motivi dayanır.

Bu barədə danışan iqtisadçı Pünhan Musayev qeyd edib ki, Rusiya, məlum olduğu kimi, 1 ildən artıqdır ki aktiv döyüşlərdədir.

Müharibənin ilk günlərində tətbiq edilən sanksiyalarla xarici sərmayənin ölkədən sürətli qaçışı rublu iki qat ucuzlaşdırsa da, panika və qiymət artımlarına nəzarəti ələ almaq üçün hökumət müvafiq addımlar atdı. 

Mərkəzi bankın faiz dərəcələrini çox yüksək təyin etməsi və birjanın bağlanmasından əlavə, ölkədən kapital çıxışına maksimum nəzarət və eləcə də bahalaşan neft-qaz qiymətləri fonunda ixracın kəskin artması, idxalın isə azalması rublu müharibədən öncəki dəyərindən baha etdi.

-Pünhan Musayev

İqtisadçının sözlərinə görə, ancaq, bunun müvəqqəti olacağı öncədən görünürdü. Çünki, bahalı rubl ixracı məhdudlaşdırır, habelə onu saxlamaq baha başa gəlirdi. 

Hətta rus iqtisadçılar da həmin dövrlər bu siyasətin uğursuz olduğunu dilə gətirirdilər. Lakin, bahalı rubl dünyadan təcrid olunan Rusiya üçün imic aləti də demək idi. 

Zatən Rusiya Mərkəzi Bankı da bu nüansı bilirdi. Unutmaq olmaz ki, bu quruma 2015-ci ildə dünya üzrə ilin Mərkəzi Bank sədri seçilən Elvira Nabiullina rəhbərlik edir. 

Hansı ki, onun rəhbərliyi altında Mərkəzi Bankın gördüyü tədbirlər son bir ildə inflyasiyanın 18 faizdən 11, uçot dərəcəsinin isə 20 faizdən 7.5 faizədək düşməsilə nəticələndi. 

Türkiyədə isə, vəziyyət, demək olar ki, xaricdən (qərbdən) asılı olmayan iqtisadiyyat qurmaq cəhdlərinin nəticəsidir.

Son bir neçə ildə dünyada de-qloballaşma meylləri intensivləşdikcə, Türkiyə də öz daxili resursları hesabına özünəməxsus iqtisadiyyat qurmaq qərarı verdi.

Lakin, dünyada faiz dərəcələrinin artdığı dönəmdə, faizləri azaldaraq iqtisadiyyatı daxili likvidlə təmin etmək seçimi “əkiz kəsirlər” (büdcə və xarici ticarət), inflyasiya, xarici borcun rekord qırması ilə nəticələndi. 

Bir müddət də inflyasiya ilə mübarizədə lirənin məzənnəsini eyni səviyyədə saxlamaq cəhdləri bu dəfə ölkənin valyuta rezervlərinin əriməsinə, həmçinin sərt maliyyə tədbirləri ilə faiz dərəcələrinin bir növ “gizli” artmasına səbəb oldu. 

Lakin, əldə olan vasitə və alətlərin məhdudluğu məzənnədə dayanıqlılığın davam etdirilə bilməsinə imkan vermədi. Gözləniləndir ki, yaxın vaxtlarda da baş tutmalı olan seçkilərdən sonra vəziyyət tamamilə dəyişsin. Kimin seçilməsindən asılı olmayaraq, böyük ehtimalla Türkiyədə seçilən kurs normal tənzimləmə tədbirlərinə əsaslanacaqdır”-deyə iqtisadçı qeyd edib.

Ucuzlaşmaların Azərbaycan manatına təsirinə gəlincə, Pünhan Musayev qeyd edib ki, həm Rusiya, həm də Türkiyə bizə yaxın ticarət partnyorları olsa da, prosesdən manatın təsirlənəcəyinə dair ciddi bir gözlənti yoxdur. 

Bu manatın məzənnəsinin fundamental məzmunundan irəli gələn məsələdir. O, bildirib ki, əksər valyutalardan fərqli olaraq, Azərbaycan manatının məzənnəsini bazar müəyyən etmir. Bunun da çoxsaylı səbəbləri var. 

Ən başlıcası, iqtisadiyyat ona yetişməməsidir. Necə ki, ötən əsrdə ABŞ-da da maliyyə mühitinin oturuşmaması dolların dəyərinin qızılla müəyyən olunmasını təmin edirdi. 

Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında qeyri-rəsmi fəaliyyət, təmərküzləşmiş ixrac, daxili maliyyə bazarının gözlənilən səviyyədə olmaması və beləliklə effektiv bazar faizlərinin formalaşmaması kimi kök problemlər var. 

Obyektivsubyektiv səbəblərdən qaynaqlanan bu məqamlar isə, hökümətin bir növ məzənnəni “avtopilot” rejimdə saxlamasını zəruri edir

Pünhan Musayev əlavə edib ki, bununla belə, vəziyyətin olduğu yerdə ilişib qaldığını da söyləmək olmaz.

Baxsaq görərik ki, qeyri-rəsmi iqtisadiyyatla mübarizə aparılır, qeyri-neft ixracı təşviq edilir, ölkənin maliyyə bazarını təkmilləşdirmək yönündə müvafiq işlər görülür.

Məsələn, elə ötən il Mərkəzi Bankın tətbiq etdiyi yeni əməliyyat çərçivəsi bunun bariz nümunəsidir. Bazar faizlərinin texniki (Mərkəzi Bankın tətbiq etdiyi) faizlərə uyğunlaşmasını hədəfləyən bu mexanizm tam işlək olduqda, yalnız o halda biz manatın dollar qarşısında dəyərinin dəyişməsinə şahid ola biləcəyik”-deyə Pünhan Musayev qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?