USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Ərdoğanın son olaraq NATO-Avropa səfəri bir çox mətləblərə, suallara aydınlıq gətirdi

Ərdoğanın son olaraq NATO-Avropa səfəri bir çox mətləblərə, suallara aydınlıq gətirdi
13-07-2023

BAKI, Azərbaycan

Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir”. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

O, qeyd edib ki, Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır: "Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov demək istəyir ki, Türkiyənin -yə üzvlüyü sadəcə xəyaldır və bu, baş tutmayacaq.

Əslində, Peskov iddialarında müəyyən miqdarda haqlıdır. Çünki illərlə ölkələrinin Türkiyə ilə münasibətlərində bunu hiss etmişik.

Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, əslində Peskovun bu açıqlamalarını tam şəkildə yalanlamaq da doğru olmazdı.

Belə ki, bu açıqlamada kifayət qədər həqiqət payı da çoxdur və bu həqiqət payını da sübut edəcək tarixi faktlar var.

-“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

Bilirsiniz ki, Türkiyə 1959-cu ildə Avropa İqtisadi Birliyi adlanan quruma üzvlük üçün müraciət edib və indiyə qədər keçən 60 ildən çox bir zamanda, yəni 64 il ərzində Türkiyəni Avropa İttifaqının qapısı arxasında gözlədən bir Avropa dünyası var.

Bu həqiqət və bu tarixi faktla çıxış etsək, Peskovun fikirlərindəki həqiqətləri görərik. Burada da təbii ki, qeyri-səmimi olan bir ölkə qeyri-səmimi olan tərəfləri də tez görür. Bu baxımdan Peskovun da burada qabaq görməsi də bir faktdır”-deyə Cavanşir Abbaslı əlavə edib.

Onun sözlərinə görə, Ərdoğanın son olaraq NATO-nun məlum tədbirində iştirakı ilə bağlı Avropaya səfəri kifayət qədər bir çox mətləblərə, suallara aydınlıq gətirdi.

Cavanşir Abbaslı hesab edir ki, Peskovun da dediyi kimi NATO ilə bağlı Türkiyənin məlum addımlarını anlayışla qarşılayırlar.

Bundan başqa yolları da yoxdur. Qardaş Türkiyə nə qədər Avropa İttifaqı qapısı arxasında gözlədilsə də, bu gün NATO bunun ikinci əsas ölkəsi kimi Rusiya-Ukrayna savaşında əsas vasitəçi gözündə görülür.

Bütün dünya tərəfindən, AmerikaFransa da, eləcə də Almaniya da və digər Avropa ölkələri də, elə Britaniyanın özü də belə hesab edir. Bu baxımdan Ərdoğanın NATO tədbiri çərçivəsində səfəri və orada irəli sürdüyü şərtlər gözlənilən idi”- deyən Abbaslı hesab edir ki, yenə Avropa İttifaqı illərdir qeyri-səmimi davranır, bu günkü davranışlar da eyni hissi yaşadır.

Cavanşir Abbaslı, indiki reallıqda qardaş ölkənin Avropa İttifaqına üzv ediləcəyini real görmür. Çünki hazırda Rusiya-Türkiyə arasında dövlətlərarası yaxın əlaqələr mövcuddur və bu əlaqələr olduğu müddətdə bu gün onu bəhanə gətirib, Türkləri Avropa İttifaqına qəbul etməzlər.

64 il ərzində müxtəlif bəhanələrlə rəsmi Ankaranı qapı arxasında gözlədən bir dünya təbii ki, indi də yenə bəhanələr gətiəcək. Peskov deyir ki, avropalılar Türkiyənin İttifaqa üzv olunmasını istəmir.

Eyni mövcud durum Türkiyədə də yaşanır, desək yanılmarıq. Türkiyədə əhalinin Avropa İttifaqına üzvlük üçün dəstəyi təxminən 85 faizdən 20 faizə qədər enmişdi.

5-6 il öncə aparılan sorğu nəticəsində belə bir həqiqət ortaya çıxmışdı. Bu da o anlama gəlir ki, artıq Türkiyə vətəndaşı da Avropa İttifaqınınAvropa dünyasının qeyri-səmimiliyini görür və ona görə də artıq ittifaqa üzvlüyü heç də vacib saymır”-deyə partiya sözçüsü qeyd edib.

Cavanşir Abbaslının fikrincə, Avropaya inam o qədər aşağı düşüb ki, ittifaqa qəbul olunmaq istəyi də Türkiyə vətəndaşları tərəfindən faiz göstəricisində çox aşağı düşüb.

Abbaslı hesab edir ki, burada son zamanlarda Avropanın Türkiyəyə qarşı göstərdiyi ikili standartlar da mühüm rol oynayır.

Ard-arda Avropanın müxtəlif ölkələrində erməni soyqırımı ilə bağlı qəbul edilən qərarlar, Avropa parlamentləri səviyyəsində qəbul edilən qərarların davamlı olması da burada rol oynayır.

Rusiya ilə Türkiyə arasında məlum təyyarə olayı yaşanandan sonra yaxşı yadımdadır ki, Türkiyə prezidenti Ərdoğan məşhur boksçu Məhəmməd Əlinin dəfnində iştirak etmək üçün Amerikaya səfər etmişdi.

Həmin kadrlar heç də yaddan çıxmayıb. Orada özlərini dırnaqarası Avropa liderləri sayan şəxslərin Türkiyə prezidentinə qarşı münasibətləri hələ də bizim yaddaşlarımızdan silinməyib.

Sanki bunlar böyük bir ölkələrin liderləridir. Guya ki, "Türkiyə kiçik bir ölkədir" görüntüsü yaratmağa çalışmışdılar. Təbii ki, oradan geri dönən Ərdoğanın da ondan sonra daha israrla Türkiyəni Avropanın əsas ölkəsinə çevirmək istiqamətindəki cəhdləri və addımları bu gün özünü göstərdi”-deyə Cavanşir Abbaslı qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?