USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Numeroloq Xəyal Məmmədov: Bəzi ölkələrin xəritələri dəyişəcək… 13, 666... Bu rəqəmlər...

Numeroloq Xəyal Məmmədov: Bəzi ölkələrin xəritələri dəyişəcək… 13, 666... Bu rəqəmlər...
25-08-2023

BAKI, Azərbaycan

"2029-cu ilə qədər dünyada müxtəlif kataklizmlər gözlənilir. Bu vəziyyət daha çox ikili münasibətlərə təsir edəcək".

Bu barədə Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov danışıb.

Numeroloq deyir ki, Xəzərin o tərəfində bir zəlzələ baş versə, bizə də təsir edir. Şimalda baş verən hadisələr bizə də təsir edir. Ancaq çox ölkələrlə nisbətdə ən rahat, ən sakit yer Azərbaycandır.

Dünyada baş verən hadisələrə gəldikdə, numeroloq qeyd edib ki, 2029-cu ilə qədər rəqəm olaraq, tam yer kürəsi üçün çox ağır bir dövrdür.

2 rəqəmi, ən çox münasibətlərə təsir edir. 2029-cu il bitənə qədər münasibətlərdə çox dəyişikliklər baş verəcək. Bu, özünü ölkələrarası münasibətlərdə və dini münasibətlərdə, ümumiyyətlə münasibətlərdə qabarıq şəkildə göstərəcək.

2030-cu ildə isə, rəqəm dəyişilir. Ondan sonra nisbətən stabilliyə doğru gediləcək. Yəni 2029-cu ilə qədər hələ yer kürəsində çox dəyişikliklər baş verəcək. Çox ölkələrin arasında münasibətlər pozulacaq, gözlənilməyən ölkələrin arasında münasibətlər yaxşılaşacaq.

Bəzi ölkələrin xəritələri dəyişəcək. Xəritə dəyişikliyinin tək səbəbi olmayacaq. Bu dəyişiklik kataklizm nəticəsində də, müharibə nəticəsində də baş verə bilər. Coğrafi olaraq, lokasiyada dəyişikliklər baş verəcək”-deyə Xəyal Məmmədov əlavə edib.

"13 rəqəmindən qorxmayın, 666 şeytan rəqəmi deyil"

13, 666... Bu rəqəmlər çox zaman cəmiyyət tərəfindən tərəddüdlə qarşılanır. 13nəhs deyirik, 666-nı isə, şeytan rəqəmi adlandırırıq.

Əslində isə, heç də hər şey düşündüyümüz kimi deyil. Belə ki, 20-ci əsrin 70-ci 80-ci illərində bəzi qurumlarda tendensiya yarandı.

İnsanlarda xof yaradaraq, bəzi rəqəmlərdən uzaqlaşdırmağa başladılar. Məqsəd isə bu idi ki, insanlar o rəqəmin enerjisindən istifadə etməsinlər, əksinə uzaqlaşdırsınlar.

Bu barədə Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov danışıb.

-Numeroloq Xəyal Məmmədov

6 pul rəqəmidir, pula cavab verən 6 rəqəmidir. 666-nın mənası pul deməkdir. Düzdür, orada pulun hara getdiyi, niyə getdiyi və ya gəldiyi başa düşülmür. Ancaq pul rəqəmidir.

Yəni o rəqəmin şeytana heç bir aidiyyatı yoxdur. Şeytanın rəqəmi 370-dir. Heç 13 rəqəmi deyil, çünki çox vaxtı 13 rəqəmini də insanlar nəhs adlandırırlar”-deyə numeroloq qeyd edib.

Xəyal Məmmədov, şeytan rəqəmi olan 370-in sirini də açıqlayıb.

O, qeyd edib ki, hər kəs üçün mənfi enerji rəqəmi sıfırdır.

Sıfır rəqəm də deyil, ədəddir, boşluqdur. 370 rəqəminin yazılışında sıfır 7-dən sonra durduğuna görə 7 rəqəminin enerjisini sıfırlayır.

3 tək qalır. 3 rəqəmi də böyrək və cinsi orqanlara işarədir. 3 tək kişi və ya da tək qadın deməkdir. Məlum məsələdir ki, kişi qadınsız və qadın da kişisiz insanın artımını davam etdirə bilməz.

Digər tərəfdən insan rəhmətə gedir, insanın 3-nü verirlər sonra 7-ni verirlər, 3-dən 7 çıxanda mənfi 4 edir.

Mənfi 4 və sıfır. Yəni insanın 40 gündür bu həyatdan getməsi... Qısaca, şeytan rəqəmi 370-dir...”-deyə numeroloq əlavə edib.

 

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?