USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Novruzun tarixi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr var

Novruzun tarixi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr var
21-03-2023

BAKI, Azərbaycan

Novruz bayramının tarixi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr var. Məsələn bunun şifahi ənənə şəklində daşındığı bəllidir. 

Əsrlər boyu bu haqda yazı mədəniyyətimiz əmələ gələnə qədər şifahi şəkildə bu ənənə olub. 

Biz şumerləri türklərin əcdadı hesab ediriksə, qədim şumer mədəniyyətində bunun izlərini göstərən faktlar var. Məsələn mifoloq, alim Mirəziz Seyidov yazırdı ki, “qədim şumerlər təbiətin ölüb və dirilməsinin şəninə ayinlər keçirərdilər.

Bu törənlərdə onlar tapınaqda yəni törənin vacib məqamında bitki və heyvan qurbanları verərdilər. İnsan qurbanından söhbət gedə bilməzdi. Çünki şumer mədəniyyətində artıq bunun izləri yox idi.”

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli danışıb.

-Atəş Əhmədli

Onun sözlərinə görə, qızların qurban verilməsi bizim nağıllarımızda da var. Mifaloji şüurda, yaddaşda, müxtəlif xalqların mədəniyyətində var. 

Belə ki, ərəblər qız uşaqlarının doğulmasına qarşı idilər. Körpə ikən o uşaqlar dəfn olunurdu.

Ərəb mədəniyyətində belə şeylər var idi. Oğlan uşaqlarına daha çox üstünlük verirdilər. Daha çox müəyyən mərhələlər də belə qurbanlar, aktlar olub. Amma bu şumer mədəniyyətində təbiətin ölməsi və dirilməsinin şərəfinə bitki və heyvan qurbanları verilərdi.

Təbiətin ölüb dirilməsi bizim bildiyimiz qışyaz dövrüdür. Qədim mədəniyyətdə fəsillər iki dövrə yay dövrüqış dövrünə bölünürdü. 

6 ay qış dövrü, 6 ay yay dövrü sayılırdı.

XI əsrdən sonra Səlcuq hökmdarı Məlik şahın dövründə komissiya yaradıldı. Ömər Xəyyam, Məlik Şahın vəziri “Siyasətnamə” əsərinin müəllifi Nizami Mülk və digər dövrün mötəbər adamları bu komissiyada iştirak edirlər. O zamandan artıq ilin iki fəsil yox, dörd fəsil olması göstərilir”-deyə folklorşünas izah edir.

Yer günəş ətrafında hərəkət edir. 

Bu hərəkət il ərzində 365 gün ərzində başa çatır və başa çatdığı gün yeni ilin başlanğıcı hesab edilir. XI əsrdə Məlik şah göstəriş verir ki, Yeni ilin başlanğıcı Novruz bayramı kimi göstərilsin. Tarix martın 21-nə düşsün. Hesablamalar gətirib o yerə çatdırır ki, mart ayının 21-i yeni ilin başlanğıcı kimi götürülür.

Məsələn baxın görün nə qədər uyğun gələn məsələlərdir. Bu il də Novruz bayramı martın 21-nə düşür. Martın 20-dən 21-nə keçən gecə bir radələrində 24 dəqiqə 24 saniyədə artıq il təhvil olur.

Şamaxı astrofizika rəsədxanası bu haqda açıqlama verib. Yəni bu, o qədər dəqiq cədvəl idi ki, həmin dövrdə hazırlanmış cədvəl XI əsrə qədər olan cədvəllərin hamısından mükəmməl və əhatəli idi.”

Folklorşünas bildirib ki, bundan öncə ay təqvimi olub. Ayda 29 gün olur, orada günlər yığılırdı, qeyri-dəqiqlik əmələ gəlirdi. Qədim misirlilərdə Günəş-Ay təqvimi olub. 

Misirlilər qədim dövrün mədəni xalqlarından idilər. İllk təqvimlərin yaradıcıları da məhz onlar idi. Hətta günəş təqvimlərinin yaradılmasının ilk dəfə Misir mədəniyyətinə aid olması ilə bağlı tarixdə qeydlər var. Bu da türk təfəkkürünün, türk dünya görüşünün, türk hökmdarının təklif etdiyi bir məsələ idi. Ömər XəyyamınNovruznamə” əsəri var.

Atəş Əhmədli qeyd edir ki, bu günün Novruz adlanması da, XI əsrə dayanır. XI əsrdən artıq Novruz bayramı tarixdə bilinir. Çünki rəsmi yazılı mənbə kimi həmin dövr nəzərdə tutulub. 

Həmin vaxta kimi təbiətin “ölüb dirilməsitürk xalqlarında müxtəlif şəkildə adlandırılıb.

Məsələn, Ergenekon – bu mifdir. Dəqiq tarix deyil. Türklərin Altaydan yayılaraq, dünyaya çıxması genişlənməsi ergenekonla bağlıdır. Bu da yeni il kimi yazın, Novruzun gəlişi ilə bağlı insanların artması, çoxalması halı kimi səciyyələndirilir. 

Ergenekon məhz həmin dövr üçün, yaz dövrü üçün sanki elə bil münasib vaxt idi. 

Türklərin dünyaya çıxması, boz qurdun yol göstərməsi və sair məsələlər var”-deyən folklorşünas bildirib ki, Novruzun yaranması heç bir dinə bağlı deyil. Bu, sırf astronomik bir hadisədir. 

Bildiyiniz kimi yerin günəş ətrafında dövriyyəsindən sonra 365 gün, martın 20-dən 21-nə keçən gecə, günəş ekvator xəttini keçib, şimal yarımkürəsinə girəcək və şimal yarımkürəsində artıq yaz bərabərliyi deyilən bir yer. 

Buna astronomik dildə yaz bərabərliyi nöqtəsi deyirlər. 

Dəqiq işarələnməsi 23 dərəcə 27 dəqiqə deyilən bir yerdir. Orada günəş müşahidə olunanda nəinki Azərbaycanda, nəinki türk düyasında bütün şimal yarımkürəsində yaşayan xalqların həyatında artıq yaz fəsli başlayır.

Bu, xristianlarda da var. Aydın məsələdir ki, onlarda Novruz şəklində deyil. 

Fransızlar bunu katolik kilsənin ilk ziyarət günü kimi öz yaddaşlarında saxlayıblar. 

İspanlar mart ayında əkin sahələrinə gedib, əkinçilik həyatının başlaması münasibəti ilə tonqal yandırırlar. 

Əkin sahələrinin qırağında, gəlincik - müqəvva düzəldib köhnə ilin pislikləri kimi gəlinciyi oda atıb yandırarlar. Onlarda təsəvvür belədir…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?