- Ermənistan və Azərbaycan xarici işlər nazirləri, 10 may 2024, Almatı

Ermənistan və Azərbaycan arasında konkret olaraq payız ayına kimi müəyyən bir saziş imzalana bilər

- Zəngəzur dəhlizinin açılması məsələləri, nəqliyyat və kommunikasiya məsələsində müəyyən fikir ayrılıqları var.

BAKI, Azərbaycan

Ötən həftə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda iki günlük yeni danışıqlar prosesi həyata keçirilib. Nazirlər sərhədin demarkasiyası prosesində irəliləyişi və bu istiqamətdə əldə olunan razılaşmaları alqışlayıblar.

Eyni zamanda nazirlər və onların nümayəndə heyətləri “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” ikitərəfli saziş layihəsinin müzakirəsini davam etdiriblər.

Tərəflər hələ də fikir ayrılığı olan məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Almatıda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə hərhansı bir sənədin imzalanması gözlənilmirdi.

Müəyyən açıq qalan məsələlər var idi. Bu görüşdə onların müzakirəsi və baza prinsipləri kontekstində çərçivə sazişinin hazırlanması müzakirə edildi.

-Məhəmməd Əsədullazadə

Politoloq hesab edir ki, Zəngəzur dəhlizinin açılması məsələləri, nəqliyyat və kommunikasiya məsələsində müəyyən fikir ayrılıqları var.

“Düşünürəm ki, növbəti görüşlərdə bu məsələlər də həllini tapacaq. Ümumilikdə, delimitasiya-demarkasiya prosesi gedir. Bu, hər iki tərəfin siyasi iradəsi ortada var. Danışıqlar prosesi aparılır və bu da razılaşdırılıb. İkitərəfli danışıqlar özündə müsbət bir prosesdir”-deyən politoloq hesb edir ki, yekun sülh müqaviləsinin bağlanması üçün növbəti mərhələdə danışıqlar aparılacaq.

Məhəmməd Əsədullzadənin fikrincə, ümumilikdə Almatı görüşü müsbət qiymətləndirilir. Politoloq hesab edir ki, konfedensial razılaşmalar əldə olunub. Sadəcə bu məsələlər ictimaiyyətə elan edilməyib.

“Həm Ermənistanda, həm Azərbaycan siyasi rəhbərliyində danışıqlar aparmaq və yekun çərçivə sazişinin imzalanması üçün siyasi istək var və bu kontekstdə işlər həyata keçirilir”-deyən politoloq xəritələr məsələsi ilə bağlı bildirib ki, tərəflər bir çox məsələləri razılaşdırıblar.

Məhəmməd Əsədullazadənin fikrincə, konkret olaraq payız ayına kimi müəyyən bir saziş imzalana bilər.

İradə Cəlil, dikGAZETE.com