Ermənistan Qazaxıstanda görüş üçün niyə razılıq vermir?

BAKI, Azərbaycan

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.

Bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev danışıb. "Bu ölkələr - Ermənistan və Azərbaycan mənim yurisdiksiyam altında deyil, lakin bildiyimə görə, iştirakçılardan cavab verilmədiyi üçün görüşün tarixi hələ müəyyən edilməyib. Ermənistan hələlik razılıq verməyib. Ümid edirik ki, bu danışıqlar baş tutacaq", - Bakaev deyib.

- Ermənistan Qazaxıstanda görüş üçün niyə razılıq vermir?

“Ağ Partiya”-nın sədr müavini Əhəd Məmmədli bildirib ki, bu danışıqlarda iştirak etmək üçün Ermənistan Qərb hamilərindən icazə almalıdır. Çünki Qazaxıstan platformasını Qərb dairələri istər Ermənistanda, istər Ukraynada, istərsə elə Qərbin özündə də rus platforması hesab edirlər. Görünür ki, Paşinyan burada iştirak etmək üçün tərəddüd edir.

-Əhəd Məmmədli

“Ola bilsin ki, Ermənistan istiqamətini dəyişdiyi milli dövlət maraqlarına görə bu qərarı verməkdə çəkinir. Həmçinin başda Fransa və Amerika olmaqla, Qərbdən icazə almaq istəyir.

İrəvanın icazə aldığı dairələr kifayət qədər var. Ona görə hamısından icazə almalıdır ki, bu oyuncaq dövlət Qazaxıstanda Azərbaycan ilə danışıqlarda iştirak etsin.

Eyni zamanda Qazaxıstan Türk ölkəsi olduğu üçün, Türk dünyasının önəmli bir hissəsi olduğu üçün, Türk birliyinə daxil olduğu üçün əleyhinə çıxırlar.

Ermənistan daxilində erməni millətçiləri Paşinyanın müxalifətdə “Daşnaklar”, Qarabağ klanı və digər tərəflərindən də bir mənalı qarşılanmır, əleyhinə çıxırlar. Belə bir mənzərə yaranır. Bu, mənim subyektiv yanaşmamdır.

Qazaxıstan tərəfinə hələ cavab verilməyib. Bu cavab verilməyə də bilər. Verilsə belə, bu da oradakı danışıqlarda Ermənistanın hansısa məsələnin həlli üzrə razılıq verəcəyi mənasına gəlmir”-deyə politoloq bildirib.

İradə Cəlil, dikGAZETE.com