Qərb və müttəfiqləri, Azərbaycandan nə istəyir?

BAKI, Azərbaycan

Böyük Britaniyanın baş naziri Rişi Sunak XI Qlobal Bakı Forumunun iştirakçılarına məktub göndərib, məktubda xüsusilə qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi fürsət yaranıb. “Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var, biz ümid edirik ki, bu ilin noyabrında sülh müqaviləsi imzalanacaq”, - mesajda deyilir.

- Qərb və müttəfiqləri, Azərbaycandan nə istəyir?

Politoloq Elşad Həsənov bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında həmişə münasibətlər yaxşı olub. Böyük Britaniya həmişə Azərbaycana dəstək olub.

Böyük Britaniyanın dəstəyi və obyektiv mövqeyinə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında son dövrlər Fransanın təşkilatçılığı ilə Azərbaycana qarşı bəyanatlar qəbul olunmayıb.

Sovet dönəmində də həmişə Britaniyanın Azərbaycana xüsusi münasibəti olub. Müstəqillik dövründə də Britaniya ilə əlaqələrimiz genişlənib.

Unutmayaq ki, dünyanın ən böyük şirkətlərindən olan BP Azərbaycandan neft çıxarır. Burada çox böyük yatırımlar edib. Ona görə də Britaniya bizə dəstək olub və bu gün də o dəstəyini göstərir.

-Elşad Həsənov

Rişi Sunakın 11-ci foruma göndərdiyi məktubu təbii ki, dəstəklənməlidir. Və sülh müqaviləsinin artıq hazır olduğunu və noyabra qədər sülh müqaviləsinin bağlanacağını ümid etdiyini bildirir. Deməli, Britaniya nəsə bilir və bunu hamı real görür ki, artıq bütün məsələlər yekunlaşıb, bitib.

Azərbaycan ərazisindən o xunta rejimi, separatçı rejim rədd olub, çıxıb gediblər. Azərbaycan özünün həmin işğaldan azad olunmuş torpaqlarında quruculuq işləriylə məşğuldur. Ərazi bütövlüyünü tam təmin edib”-deyə politoloq izah edib.

Elşad Həsənov əlavə edib ki, Cənubi Qafqazda sülhün dayanıqlı sülhün olması üçün mütləq sülh müqaviləsi bağlanmalıdır. Bu haqda artıq Ermənistan rəhbərləri də bildirirlər. Sadəcə olaraq, bu məsələdə müəyyən ölkələr, o cümlədən Fransa ciddi cəhdlə maneçilik törədir və Ermənistanı yenidən silahlandırır. Burada əsas məsələ, Rusiyanı Cənubi Qafqazdan, xüsusilə Ermənistandan sıxışdırıb çıxarmaqdır.

“Qarabağdan çıxarılan qeyri-qanuni erməni silahlı dəstələrinin böyük əksəriyyəti 7 min nəfəri Fransada hərbi təlimlər keçiblər və onlar hazırda qayıdıblar, Ermənistandadırlar. Onları da müharibəyə hazırlayırlar. Ermənistanın Fransanın dəstəyi ilə Azərbaycana qarşı müharibə edəcəyini düşünmürəm. Çünki bilirlər ki, bu dəfəki müharibə Ermənistanın dövlət olaraq məhv olmasına gətirib çıxara bilər”-deyə Elşad Həsənov bildirib.

Politolqun fikrincə, etdiyimiz bütün diplomatik cəhdlərlə yeni yaranmış reallığı dərk edən siyasilər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyirlər. Amerika da sülh müqaviləsini dəstəkləyir. Bu məsələdə Fransanın öz mövqeyi var.

“Biz bu il sülh müqaviləsinin imzalanmasını görəcəyik”-deyə Elşad Həsənov qeyd edib.

İradə Cəlil, dikGAZETE.com