Paşinyan Rusiyanın varlığını qəbul etmək istəmir… Bu, Ermənistan üçün ‘Ukranya sindromu’ yarada bilər

BAKI, Azərbaycan

“İstəməzdik ki, Ukraynanın başına gələnlər Ermənistanın başına gəlsin. Ermənistan özünün ən çətin tarix yolunu keçib. Bu xalq sülh içində yaşamağa layiqdir və vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir”- Mariya Zaxarova bildirib.

Mariya Zaxarovanın bu sözlərini ciddi xəbərdarlıq kimi qəbul etmək olar.

Rusiya məhz Ermənistanda olan qoşunları və Ermənistanın ona hərbi bağlılığı əsasında Qafqazda hökmranlıq edə bilirdi. Artıq Paşinyan Rusiyanın varlığını Ermənistanda qəbul etmək istəmir.

Politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan uzun müddətdir ki, Rusiya əleyhinə siyasi kurs götürüb. Bu da Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra müşahidə olunur.

-İlyas Hüseynzadə

“Xüsusilə vurğulamaq lazımdır ki, son dövrlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Ermənistan bütün uğursuzluqlarını, buraxdığı səhvləri Rusiyanın üstünə atır və bu da Qərbin ekspertləri tərəfindən diqqətlə izlənilir, öyrənilir.

Bunun nəticəsində Ermənistana həm də təzyiq edirlər. Nikol Paşinyan bu gün yürütdüyü siyasətin də qurbanına çevrilməkdədir”-deyə İlyas Hüseynzadə əlavə edib.

Politoloqun sözlərinə görə, Ermənistan istər-istəməz qarşıdakı illərdə Rusiyadan qopmaq, Rusiyanın geopolitik orbitindən azad olmaq, Rusiyadan asılılığı aradan qaldırmaq və bunu Qərb ilə əvəzləmək hədəflərini qoyacaq.

Politoloqun fikrincə, artıq bunun ilkin işarətləri vardır.

Artıq Ermənistanda Zvardnos hava limanında rus hərbçilərinin çıxarılmasına dair müraciət ünvanlanıb. Bu, artıq ilkin praktiki addım hesab oluna bilər.

Buna qədər daha çox mübahisələr, ziddiyyətlər, fikir ayrı-seçkilikləri müşahidə olunurdu. Artıq Ermənistan əməli səviyyəyə keçməkdədir.

“Bu, Ermənistan üçün "Ukranya sindromu" yarada bilər. Ermənistanın dövlətçiliyi, suverenliyi, müstəqilliyi, təhlükəsizliyi təhdid altında qala bilər.

Mənə elə gəlir ki, bunu İrəvanda anlayırlar və şüurlu şəkildə bu proseslərə qoşulurlar. Şübhəsiz ki, Ermənistan sovet məkanında böyük transformasiyaya gedir.

Moldova, Ukrayna, Gürcüstanın ardınca Ermənistan bu yolu getmək əzmindədir.

Bunu nə qədər bacaracaqlar, bu yol hara qədər uzanacaq və hansı nəticələr olacaq, bu qarşıdakı dövrün əsas mövzusuna çevriləcək. Amma artıq prosesin başlanıldığını və bilinməzliyə gedən yolda ilk "rəsmi" addımın atıldığını izləməkdəyik”-deyə politoloq bildirib.

İradə Cəlil, dikGAZETE.com