Fransanın qərəzli siyasəti; Azərbaycana qarşı islamofob, Azərbaycanafob, Türkiyəfob, belə siyasətin sonu yoxdur

BAKI, Azərbaycan

“Xocalı faciəsinin təkrarlanmaması üçün regionda sülh üçün çalışmaq lazımdır”. Bu sözlər bu gün Ermənistana silah satan, erməniləri silahlandırıb, yeni müharibəyə hazırlayan Fransa dövlətinin ölkəmizdəki təmsilçisi olan səfirliyin açıqlamasında yer alıb.

Özü müstəmləkəçilik siyasəti ilə dünyaya səs salan Fransa, bu gün Azərbaycan torpaqlarında “sülh”dən danışır…

Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, bu gün Fransa çox sürətlə Ermənistana silah satır. Guya ki, o silahla Ermənistan nəsə edə bilər.

Təbii idi ki, bu gün müharibə metodologiyasında böyük bir dəyişikliklər olub.

Müharibə tamamilə başqa mexanizimə keçirilib və bu da Ermənistana fayda verə bilməz.

Fransa hakimiyyəti müxtəlif çağırışlar edir. Bu, onların əsl siyasətini gizlətmək, özlərini sülhməramlı bir ölkə kimi göstərməyə çalışır. Bunun da sonu yoxdur.

Deputat bildirib ki, gec-tez beynəlxalq ədalət bərpa olunur. Tarix bunu bir daha təsdiq edir.

“Fransanın qərəzli siyasətinin fransız xalqının fikri olduğuna inanmıram. Bu da təbiidir ki, Fransa rəhbərliyində oturan ermənipərəst insanların siyasətidir.

Azərbaycana qarşı islamofob, Azərbaycanafob, Türkiyəfob, bax belə siyasətin sonu yoxdur, olmayıb, ola da bilməz”-deyən deputat vurğulayıb ki, Fransanın Əlcəzairdə keçirdiyi genosid nəticəsində milyon yarım Əlcəzairli həlak oldu.

Bu günə qədər də Əlcəzairdə minalar var. Bu günə qədər də yaşayan insanlar var ki, "qanlı" xatirələri yaddaşından silinməyib...

Fransa öz sərhədlərindən kənarda tətbiq etdi vəhşi, yırtıcı fəaliyyətlərə görə hansı cəzanı aldı?

Təbii ki, Fransaya heç kim heç nə demədi, heç bir cəza verilmədi.

Genosidi edən ölkə, indi də “sülhməramlı” fikirlərlə çıxışlar edir, hətta tələblər irəli sürür”-deyə deputat əlavə edib.

“Bir neçə ölkə də çalışıb, Fransaya öz gücünü göstərərək, Fransanı çox tez bir şəkildə həmin ölkələrdən çıxardılar”

-Rüfət Quliyev

Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, məhz bu səbəbdən keçən illərdə 5 Afrika ölkəsi Fransanı qovub öz ərazisindən çıxarıb. Hətta Fransanı 70% uranla təmin edən, Fransada enerji təhlükəsizliyini təmin edən Nigerdən də Fransanın bütün silahlı qüvvələri çıxarılıb.

Hətta səfirliklərin bir çoxu bu ölkələrdən çıxıb və yaxud məhdud bir formada orada fəaliyyət göstərir.

Deputat bildirib ki, artıq 60-ci illərdə, keçən əsrdə böyük bir hərəkət başlamışdı, xalqlar qalxırdı və öz azadlıqlarını tələb edirdi.

“60, 61, 62, 63-cü illərdə 30-dan yuxarı ölkə öz müstəqilliyini qazandı. Amma siyasi tərəfdən müstəqilliyini qazanmağı ilə bir yerdə iqtisadi müstəmləkə oldular. Yəni iqtisadi müstəmləkəçilik davam edirdi.

Bir neçə ölkə də çalışıb, Fransaya öz gücünü göstərərək, Fransanı çox tez bir şəkildə həmin ölkələrdən çıxardılar. Təbiidir ki, dünyada həmişə ikili hətta deyərdim ki, üçlü standartlar var. Və düşünürəm ki, olacaq”-deyə deputat əlavə edib.

Rüfət Quliyev, Ermənistanın Azərbaycana qarşı vandallığından da söz açıb.

Deputat bildirib ki, Ermənistan bizim torpaqları 30 il istismar edib, zəbt edib, insanları qırıb, eko-genosid edib. Buna baxmayaraq, Ermənistana qarşı heç bir heç bir sanksiya tətbiq olunmadı.

“Bu, nəyi göstərir? Bu da həmin o ikili, üçlü standartların varlığını sübut edir. Sürətlə inkişaf etmiş ölkələr İraqda çevriliş etdi, hərbi müdaxilə etdi.

2011-ci ildən Liviyanı darmadağın edən və vətəndaş müharibəsinin başlanmasına nəzər yetirin. Bu Qərb ölkələri, bu da bunların siyasəti...

Yəmənin özündə indiyə qədər gedən müharibələr, çevrilişlər və təzyiqlər… Bir çox ölkələrdə bu siyasət indiyə qədər davam edir”-deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan “Qoşulmama” Hərəkatı ilə böyük bir məsələ qaldırdı.

Bu məsələ ilə əlaqədar elə birinci Fransaya qarşı iddialar var. O iddiaların hamısını bu təşkilat tam qəbul edib.

Bu və başqa formada müstəqil ölkələri iqtisadi maliyyə istismarının qarşısının alınması siyasəti davam edir.

Deputat hesab edir ki, Fransa bu siyasəti davam etdirmək istəyir və ikiüzlülük göstərir.

İradə Cəlil, dikGAZETE.com