Xocalı soyqırımı bəşəriyyətin və dünyanın necə və kimlər tərəfindən idarə edildiyini ortaya qoydu

-Xocalı soyqırımı hər halda bəşəriyyətin susqunluğunun, bəşəriyyətin və dünyanın necə və kimlər tərəfindən idarə edildiyini və kimlərin buna iddialı olduğunu ortaya qoydu

BAKI, Azərbaycan

Bu gün Xocalı soyqırımının ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, Xocalı sakinlərini vəhşicəsinə qətlə yetirmişdir.

Faciə nəticəsində 613 nəfər şəhid olmuşdur. Uzun illər Azərbaycan torpaqlar işğal altında olduğu müddətdə hər bi Azərbaycan “Xocalıya ədalət” deyə hər yerdə haqqını arasa da, dünya birliyi buna göz yumurdu.

Amma 2020-ci il 44 günlük müharibə və ötən il 23 saatlıq lokal antiterror əməliyyatından sonra Azərbaycan öz sözünü dedi.

Torpaqlarını düşmən tapdağından azad etdi. Artıq Xocalıya qovuşmuşuq. Bu gün hər bir Azərbaycanlı bu faciəni xatırlayır. Unutmur, unutdurmuruq…

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, bəlkə də insan yaranandan elə ədalət axtarışında olub deyə daha çox romanlarda, povestlərdə, mahnılarda, filmlərdə ədalət göstərməyə çalışıb.

Həmişə onun axtarışında olduğunun bir növ bədii formada mesajlarını verib.

-Vüqar İskəndərov

“Azərbaycan xalqı da elə yüzillərdir ki, bu ədalətdən tamamilə məhrum olub. Həmişə, düz olduğu zaman da, həmişə insanlıq dəyərlərini bu cür uca tutduğu zaman da, heç bir xalqa kin nifrət bəsləmədiyi halda, dünyada ən çox təcavüzə, soyqırıma, torpaq itkisinə məruz qalan xalqlardan biri olub.

Xocalı soyqırımı da insanlığın, ədalətin bitdiyi bir gün idi. Bəzən mənə elə gəlir ki, həmin gün zaman dayanmışdı, dünya durmuşdu.

Çünki heç bir günahı olmayan insanlara vəhşi bir qəbilə tərəfindən, onların yanında olan muzdlu, pulla vuruşan böyük bir qoşunun köməyi ilə belə bir utanc gətirən bir soyqırım həyata keçirilmişdi.

Azərbaycan öz gücünə, Ali Baş Komandanın ağlına, qətiyyətinə, siyasi məharətinə, ordusunun əsgər və zabitlərinin şücaətinə, qəhramanlığına, eyni zamanda 10 milyonluq xalqın yumruq halında birləşməsinin hesabına o ədaləti, beynəlxalq qanunları, hüququn norma və prinsiplərini özü bərpa etdi, illərdir gözlənilən müharibədə qələbə çaldı. Bu gün dünyanın ən layiqli və qürurlu xalqına çevrildik”- deyə deputat bildirib.

Vüqar İskəndərov qeyd edib ki, Xocalı soyqırımı hər halda bəşəriyyətin susqunluğunun, bəşəriyyətin və dünyanın necə və kimlər tərəfindən idarə edildiyini və kimlərin buna iddialı olduğunu ortaya qoydu.

“Azərbaycan gördü ki, bütün bu hüquq, qanun, ədalət kimi ifadələr yalnız sözlərdən ibarətdir. Güclü olacaqsan və bu gücün qarşısında digərləri əyiləcək.

Sən bu gücünlə saydığımız o dəyərləri, normaları özün bərpa edəcəksən. Azərbaycan da həmin o hüququ özü bərpa etdi.

Biz qələbələrimizdən sonra, qürurlu xalq kimi yaşadığımız anlarda soyqırımdan sonra ilk dəfə olaraq bu tədbirləri elə Xocalıda qeyd edirik. Ali Baş Komandanın Xocalıda qaldırdığı bayraq, bizi daha əzəmətli etdi.

Və biz 1992-ci ildən çıxdığımız Xocalıya qayıtdıq. Bütün dünya bunu da gördü. Dostlar sevindi, düşmən kədərləndi.

O düşmən də ədalətin bərqərar olduğunu hiss etdi. Bax, bu məsələdə biz daha çox bu soyqırımın 32-ci ilini ağlamaq və sızlamaqla yox, qürurla qeyd edirik.

Vüqarlı xalqımızın nələrə qadir olduğunu bir daha gördük və artıq bu məsələlər bir də təkrar olunmasın deyə, bu tarixi hadisələri daha dərindən öyrənməli və təhlil etməli, eyni zamanda çəkməli, yazmalı, göstərməli, əsasən də böyüməkdə olan gənc nəsilə bunu tanıtmalıyıq.

Əsasən yeniyetmələr gənclər bilməlidirlər ki, xalqımızın başına tarixdə nələr gəlib, nələr gətirilib və biz bu olanlardan nəticə çıxartmalı, dərs götürməliyik.

Xüsusilə gənclərimiz artıq belə hadisələrin baş verməməsi üçün bunların yaxşı bilməli, öyrənməlidir. Bir daha belə soyqırım, vəhşilik görməmək üçün güclü olmalıyıq.

Ali baş komandanın, ölkə prezidentimizin bu siyasətinin hər birimiz dəstəkçisi olmalıyıq. Çünki bizi gücləndirən, qürurlandıran bu siyasət Azərbaycan xalqının minillərlə bundan sonrakı tarixinə qızıl hərflərlə yazılacaq.

O tarixi indi yazırıqsa, gələcəyimiz gənclərimizin əlində olacaq. İndiki gənclər bir müddət sonra bu ölkənin idarəçiləri olacaq, gələcəyini təmin edəcəklər və gələcək nəsillərimiz daha firavan, daha da qürurlu, ədalətli bir cəmiyyətdə və dünyada yaşamaq istəyirlərsə, elə bu gündən başlayaraq gənclərimizi bu ruhda tərbiyə etməliyik.

Vətənpərvər, əsl vətəndaş kimi və doğma Azərbaycanımızın belə soyqırımlara, müharibələrə, təhdidlərə məruz qalmaması üçün hər birimiz daha da sıx birləşməli, o dəmir yumruğun bir anda belə zəifləməsinə imkan verməməliyik. Bunun üçün düşünürük ki, bu gücümüzü bütün dünyaya göstərdik və o güc o qüdrət elə daimi qalmalı və yaşamalıdır”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, dikGAZETE.com