BAKI, Azərbaycan

Azərbaycanda növbəti prezident seçkilər keçirildi. Seçicilərin əksər hissəsi İlham Əliyevə səsini verdi.

Dünən isə, andiçmə mərasimi keçirildi. Yəni bundan 7 il müddətində Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev olacaq…

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli bildirib ki, prezidentin andiçmə mərasimi keçirildi və növbəti 7 ildən böyük gözləntilər var.

Ən əhəmiyyətli gözlənti, siyasi sistemin dəyişəcəyi, Azərbaycanda sağlam siyasi rəqabətin yaranacağı və korrupsiyaya son qoyulacağıdır.

-Əhəd Məmmədli

“Görürsünüz ötən gün faciə baş verib bir ailədə. Yəni bir “dəliyə” sənəd veriblər. Amma bu hadisə ilk dəfə deyil, geniş yayılmış bir vəziyyətdir.

Mən 1 il əvvəl həbsxanada idim. Orada mənim kamera yoldaşım Maştağaya psixi xəstəxanaya gedib -gəlirdi. “Anlaqsız” vəziyyətini pul ilə ala bilirlər. Pulu verir və "anlaqsız" alır, sonra “anlaqsız” kağızı ilə nə istəyir edə bilir.

Adam da yandırsan, səni tutan deyillər. Çünki ruhi xəstə hesab edilirsən. Və yaxud da əksinə dəliyə sağlam kağızı verirlər. Bu da böyük bir problemdir. Hər yerdə belə rüşvət, pul olanda bu cəmiyyətin deqradasiyasına gətirib çıxarır. Bunlar həll olunmalıdır.

Qanun işləməlidir. Qanun şah olmalıdır. Qanun sərt olmalıdır. Mən qanunun sərtliyini tələb edirəm. Azərbaycanda polisdən şikayətlənirlər. Mən polisin sərtliyindən şikayətlənmirəm. Əksinə, polisin sərtliyi ilə öz həyatını yaşayan adamam.

Amma mən deyirəm ki, polis daha da sərt olsun. Amma bununla yanaşı ədalətli olsun.

Şəxsən mən öz adımdan danışıram. Qanun da sərt olsun, polis də sərt olsun, amma ədalətli olsun. Belə olarsa, heç bir artıq sual yaranmaz”-deyən Əhəd Məmmədli vurğulayıb ki, onun növbəti 7 ildə korrupsiyasız və rüşvətsiz ədalətli cəmiyyət, sağlam rəqabət, eyni zamanda azad iqtisadiyyat gözləntiləri var.

“Azad iqtisadiyyat olsun. İnsanlara imkan versinlər pul qazanmağa. Bu problem həll edilməlidir. İnsanlara bir nəfəslik açılmalıdır. Doğrusu inanmıram ki, bütün bunlar həyata keçirilsin.

Ən yaxşı halda Ukrayna ola bilərik, ən pis halda da Liviya, Suriya, Somali... Allah qorusun. Yəni hər şey ola bilər, gedişat hər şey göstərə bilər.

Bizə 15 il bundan qabaq deyilsəydi ki, Ukrayna bu vəziyyətə düşəcək, kim inanardı?

Elə Avropada 15 il bundan qabaq deyilsəydi ki, Ukrayna və Rusiya bir-biri ilə savaşacaq və hər ikisində yarım milyon itki olacaq. Kim inanardı?

İndi də sabit, firavan görünən Azərbaycan hər an partlayıb pis vəziyyətə düşə bilər. Allah qorusun.

Kiçik bir ölkəyik, nə var ki, burada aranı qızışdırmağa? Amma qəza olanda bir dəfə olur. O qəzanın da qarşısını almaq lazımdır”-deyə Əhəd Məmmədli əlavə edib.

İradə Cəlil, dikGAZETE.com