BAKI, Azərbaycan

Son zamanlar İsrailin baş naziri İncil və Tövratdan sitatlar gətirir. Bunun müxtəlif səbəbləri var.

Politoloq Turab Rzayev deyir ki, İsrail rəsmi şəkildə bu müharibəni davam etməkdə qərarlıdır. Çünki Qəzzada yerüstü əməliyyatlarını davam etdirəcəklərini, heç bir halda hücumları dayandırmayacaqlarını bildirirlər.

Eyni zamanda Qəzzanın şimalının boşaldılması məsələsində israrlı olduqlarını vurğulayırlar.

“Bu isə, onu deməyə əsas verir ki, bir müddət sonra “Həmas”ın müttəfiqləri və ya “Hizbullah” Livandan və yaxud İran hansısa şəkildə Suriyadan müdaxilə etməlidir. Əks halda, “HƏMAS” çox müdafiəsiz duruma düşəcək.

Müharibənin arealının genişləndirilməsinin əsas göstəricilərindən biri Suriyadakı hava limanlarının vurulmasıdır.

Həm Dəməşq, həm də Hələb hava limanları vuruldu. Faktiki olaraq İsrail deyir ki, bununla İrandan gələn silahların qarşısını alır.

Digər tərəfdən Rusiya buna qarşı olaraq, öz müdafiəsində olan Suriya üçün öz hava limanını açıb”-deyən Turab Rzayev əlavə edib ki, indi İsrail göz yummalıdır ki, İran daxil olmaqla, bir çox dövlətlər Latakiadakı Rusiya hərbi bazasından istifadə edəcək, ya da həmin əraziyə raket zərbələri endirib bununla da Rusiyanı da qlobal müharibəyə qoşmalıdır.

-Turab Rzayev

Politoloqun sözlərinə görə, hətta Rusiya belə bir ehtimalı təxmin edərək, artıq Qara Dəniz üzərindən öz təyyarələri ilə, kinjal raketləri ilə ABŞ-ın bölgədəki təyarə daşıyan gəmilərini və İsrailin fərqli məntəqələrini vurmağı planlaşdırır.

Bunun qarşısını almaq üçün, ABŞ bölgəyə daha bir raket əleyhinə gəmi gətirir. Bütün bunlar vəziyyəti çox qarmaşıq hala gətirir.

Politoloqun fikrincə, ABŞ çalışır ki, İsrail Qəzzada yerüstü əməliyatlar başlamasın, yerli əhalini köçürməsin. ABŞ eyni zamanda da İranla müharibənin əleyhinədir.

“Ancaq bütün gedişat göstərir ki, bəlli bir müddətdən sonra ABŞ indiki kimi İsrailin yanında olsa, digər tərəfdə də “Həmas”, Livan, İran, Rusiya "ittifaqı" formalaşa bilər”-deyə politoloq vurğulayıb.

Turab Rzayev əlavə edib ki, bu məsələlərdə “İncil” və “Tövrat”-dan sitatlar paylaşmasında məqsəd ABŞ-dakı revanjelistlərin, xristian çevrənin səslərini özlərinə tərəf çəkməkdir.

“Ya Netanyahu bu vəziyyətdən istifadə edib, siyasi gücünü möhkəmləndirəcək, ya da Netanyahu hakimiyyətdən hansısa şəkildə uzaqlaşdırılmalıdır”-deyə politoloq qeyd edib.

İradə Cəlil, dikGAZETE.com