BAKI, Azərbaycan

Azərbaycanla sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması üçün üç əsas prinsip razılaşdırıldı.

Ölkələr bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zaman danışıb. O, etiraf edib ki, Azərbaycanla sülhün və münasibətlərin tənzimlənməsinin üç əsas prinsipi razılaşdırılıb.

“Əgər tərəflər razılaşdırılmış bu prinsiplərə sadiq qalacaqlarsa, o zaman sülh və münasibətlərin nizamlanması haqqında sazişin imzalanması reallaşacaq”, - deyə o bildirib.

Paşinyan bu prinsipləri təqdim edib.

Politoloq Elşad Həsənov bildirib ki, Ermənistanın baş naziri Paşinyan Ermənistanın nazirlər kabinetinin iclasında çıxışı zamanı Ermənistanın 3 prinsip əsasında sülh müqaviləsinin bağlamağa hazır olduğunu bildirib.

-Elşad Həsənov

“Paşinyanın qeyd etdiyi 3 prinsip, bizim irəli sürdüyümüz 5 prinsipin daxilindədir. Yəni Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona hörmətlə yanaşır. Azərbaycan Ermənistanın 29,8min² kilometrini tanıdığını Azərbaycan prezidenti şifahi olaraq qeyd edib.

Bizim sözümüz də imzamız qədər qüvvətlidir. Azərbaycanın ərazi bütövlüyünü 86,6m² km olması Ermənistanın baş naziri bir neçə dəfə qeyd etmişdi.

Qranada da yekun bəyanatında orda bunun yazılı olaraq təsdiq edərək, imza atdı. Yəni bu prinsip artıq hazırdır, Azərbaycan da onu qəbul edir”-deyə Elşad Həsənov əlavə edib.

Politoloq qeyd edib ki, Paşinyanın irəli sürdüyü prinsip sərhədlərin delimitasiyanın 1991-ci il Alma-Ata deklariyası üzrə aparılması təklifidir.

Azərbaycan bu prinsiplə bağlı hələ tam qərarını ortaya qoymayıb.

Sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiya var.

Rusiyanın, Ermənistanın və Azərbaycanın baş nazir müavinlərinin birgə apardıqları görüşlər nəticəsində bir çox irəliləyişlər əldə olunub.

“Yəni bu da demək olar ki, razlaşdırılıb. Üçüncü prinsip kimi Paşinyan kommunikasiyaların açılmasını irəli sürüb.

Biz də bununla bağlı müzakirələr aparmışıq. Paşinyan 3 əsas bu prinsipləri irəli sürüb. Əvvəl başqa cür idi.

Əvvəl Ermənistan bir neçə dəfə bizim irəli sürdüyümüz 5 maddəyə Qarabağda yaşayan Ermənilərin müqəddəratının təyin edilməsi prinsipini salmaq istəyirdi.

Bununla bağlı mübahisələr olmuşdu. Rusiya isə təklif edirdi ki, bu məsələ sonraya saxlanılsın. Sentyabrın 20-dən 1 günlük lokal antiterror tədbirindən sonra yeni reallıq yaranıb.

Artıq erməni məsələsi və ermənilərin müqəddaratının təyin edilməsi məsələsi yoxdur, həll edilib”-deyən politoloq qeyd edib ki, yaxın zamanlarda irəli sürülən prinsiplər əsasında sülh müqaviləsinin imzalanması gözləmək olar.

Elşad Həsənov vurğulayıb ki, yenə Azərbaycan tərəfinin müəyyən şərtləri nəzərə alınmalıdır. Çünki Azərbaycanın anklavda qalan kəndləri - Qazaxın 7 və Naxçıvanın 1 kəndi var.

Bu məsələlər komissiyalar arasında razılaşdırıldıqdan sonra sülh müqaviləsi bağlanacaq.

Politoloqun fikrincə, Paşinyan dərk edir ki, sülh müqaviləsi bağlanmasa, onun üçün böyük problemlər yaranacaq.

“Paşinyan özünü sülh carçısı kimi göstərir. Qərbin və Amerikanın dediyi ilə oturub durur. Bu günlərdə də Amerikanın və Avropa İttifaqının tələbi odur ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh müqaviləsi bağlanılsın və kommunikasiyalar açılsın.

Biz də buna hazırıq. Görürsünüz ki, Qarabağ ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri tərksilah edildikdən sonra, artıq sərhədlərimizdə təxribat hadisələri demək olar ki, yoxdur. Silah səsləri eşidilmir”-deyə politoloq vurğulayıb.

Politoloqun fikrincə, Fransa və bir sıra ölkələr Ermənistanı sülh müqaviləsindən uzaqlaşdırmağa, bu müqavilənin ləngidilməsinə çalışırlar. Bu isə, Ermənistan üçün böyük faciələrlə nəticələnə bilər.

“Son zamanlar Fransa çalışır ki, Ermənistanda olan Avropa İttifaqının monitorinq aparan missiyasının 100 nəfərlik sayını 400-ə qaldırsın.

Bu günlərdə Ermənistanda olan Kanadanın xarici işlər naziri də həmin missiyaya özlərinin nümayəndəsinin qatılması haqqında bəyənat verdi və Kanadanın səfirliyini açdı.

Yəni bunlar çalışırlar ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasın, münaqişə yenidən qızışsın.

Bu səbəbdən də, Paşinyan çalışmalıdır ki, ilin sonuna qədər bu müqavilə imzalansın ki, onun hakimiyyəti möhkəmlənsin və xalq ona dəstək olsun”-deyə Elşad Həsənov fikrini yekunlaşdırıb.

İradə Cəlil, dikGAZETE.com