BAKI, Azərbaycan

İspaniyanın Qranada şəhərində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa Birliyi formatında beştərəfli görüş keçirilməli idi.

Amma Azərbaycan prezidenti bu görüşdə iştirakdan imtina edib.

İmtinanın müxtəlif səbəbləri var. Bunlardan ən əsası isə, Türkiyənin bu formata dəvət edilməməsi olub.

“Ümumiyyətlə, Avropa İttifaqının yanaşması ona hesablanıb ki, regionda açıq məsələlər qalsın. Və Avropa İttifaqının həm siyasi mənada, həm də iqtisadi mənada aparıcı ölkəsi olan Fransa Azərbaycana qarşı aşkar düşmənçilik mövqeyindədir.

Fransa Ermənistanı silahlandıracağını deyir. Fransa Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq və işğalçılıq siyasətini hər zaman dəstəkləyib.

Son illərdə də tam açıq şəkildə Azərbaycan ərazisində separatizm dəstəklənirdi. Fransa parlamentində dəfələrlə Azərbaycana qarşı qərəzli müzakirələr təşkil edilib.

Belə olan halda, Avropa siyasi birliyinin toplantısında müzakirələr təbii ki, Azərbaycanın faydasına olmayacaq. Yəni anti Azərbaycan xarakterli olacaq”.

Bu barədə Milli Məclisin deputatı Elşad Mibərşir danışıb.

Deputat xatırladıb ki, Moldovada ikinci sammit zamanı Qranadada keçiriləcək 3-cü samit çərçivəsində də Azərbaycan və Ermənistan rəhbərlərinin Fransa prezidentinin, Almaniya federal konslerinin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşün keçiriləcəyinin anonsu verilmişdi.

-Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

“Bu anons bizdə artıq təsəvvürlər formalaşdırırdı ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılmasının nöqtəsinin qoyulmasında maraqlı deyil. Xüsusi ilə də Azərbaycan ərazisindəki ermənilərin hüquqları və təhlükəsizlikləri məsələsi üzərindən manipulyasiyalar etməyə çalışır.

Bu məsələnin açıq qalmasında maraqlıdır. Çünki Şarl Mişel özü hər zaman qeyd edirdi ki, Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti beynəlxalq mexanizmlərin tətbiq olunması yolu ilə öz həllini tapmalıdır. Azərbaycan isə deyirdi ki, “bu məsələ, bizim daxili işimizdir. Biz bunu kimləsə müzakirə etmək niyyətində deyilik”. Bu yanaşmalar təbii ki, Brüssel formatının müsbət nəticə verəcəyinə şübhələr yaradırdı”-deyən deputat hesab edir ki, Qranadada keçiriləcək 5 tərəfli görüşdə yenə Fransa və Almaniya Azərbaycana qarşı aşkar qərəzli mövqe tutacaqdılar.

Ermənistanın yarıtmaz siyasəti üzündən özünün düşmüş olduğu ağır vəziyyətdən çıxarılması üçün yollar axtarılacaqdı. Azərbaycan öz haqlı mövqeyindədir.

Deputat vurğulayıb ki, Ermənistanla yekun sülh sazişinin bağlanılması üçün Azərbaycan beynəlxalq hüquq normaları ilə tam uzlaşan şərtləri bütövlükdə təmin edib.

Sadəcə olaraq, süni manelər yaratmaqla Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması prosesilən gidilməkdədir. Bu istiqamətdə Fransanın səyləri aşkar görülməkdədir.

“Xatırlatmaq yerinə düşərdi ki, Avropa siyasi birliyinin 2022-ci il oktyabr ayının 6-sında Praqada keçirilən 1-ci samiti zamanı Ermənistanın ərazinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi haqqında qərar qəbul olundu.

Bunun özü də region üçün yaxşı heç nə vəd etmirdi. Çünki mülki missiyanın Ermənistanın ərazisinə göndərilməsini şərtləndirəcək heç bir reallıq mövcud deyildi. Azərbaycan bu mülki missiyanın öz ərazisinə də göndərilməsinə qarşı çıxdı. Çünki buna ehtiyac yox idi.

Mülki missiyanın Ermənistanın ərazisində hansı missiyanı yerinə yetirəcəyi aydın idi. Yəni bu Ermənistanın Azərbaycana qarşı siyasi təxribatlar törətməsinə yardımçı bir missiya kimi də xarakterizə oluna bilərdi.

Biz həmişə müşahidə edirdik ki, ermənilər Azərbaycana qarşı hərbi təxribatlar törədən zaman mülki missiya həmişə bu təxribatların yaxınlığında olurdu.

Sanki öncədən bilirdi ki, Ermənistan Azərbaycana qarşı hansı təxribatları törədəcək. Və Azərbaycana qarşı qərəzli hesabatlar hazırlamaq üçün imkanları olacaq”-deyən deputat hesab edir ki, Avropa siyasi birliyinin sammitində, sammitin çərçivəsində müzakirələr qərəzli xarakterli olmaqla hər hansı bir nəticəyə gətirib çıxara bilməzdi.

Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan prezidenti bu görüşdən haqlı əsaslarla imtina edib və Azərbaycan tərəfinin bu müzakirələrdə Türkiyə tərəfinin iştirakını istəməsi də tam məntiqli idi.

Deputatın fikrincə, Türkiyə region dövlətidir, regionda cərəyan edən proseslərə daha sağlam məntiqlə yanaşır. Lakin Fransanın cəhdləri nəticəsində Türkiyənin müzakirələrdə, görüşdə iştirakı məsələsi müsbət həllini tapmayıb.

Elşad Mirbəşiroğlu deyir ki, bu da imtina üçün ciddi əsas yaradırdı.

“Ümumiyyətlə isə düşünmək olar ki, Avropa platforması Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində real nəticəyə gətirəcək hansısa elementlər təqdim edə bilmədi.

Xüsusilə, Fransanın indiki şəraitdə Ermənistanın silahlar alacağını bəyan etməsi, Fransanın xarici işlər nazirinin Ermənistanda səfəri çərçivəsində Azərbaycana qarşı əsassız və tam qərəzli ittihamlar səsləndirməsi, Fransa parlamentinin Azərbaycan parlamenti ilə işçi qrupunun fəaliyyətini dayandırması, bütün bunlar və digər məqamlar aydın göstərir ki, Fransanın müzakirəsi ilə heç bir konstruktiv müzakirənin aparılması mümkün deyil”-deyə Elşad Mirbəşiroğlu bildirib.

Deputat hesab edir ki, imtinanın əsasında kifayət qədər ciddi amillər dayanmaqdadır.

Və bu qərar, Azərbaycan prezidentinin qətiyyətinin və iradəsinin göstəricisidir.

İradə Cəlil, dikGAZETE.com