USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Luis Moreno Okampo… Bu adam o qədər həyasız və saxta ittihamlar irəli sürüb ki…

Luis Moreno Okampo… Bu adam o qədər həyasız və saxta ittihamlar irəli sürüb ki…
12-08-2023

-Luis Moreno Okampo

BAKI, Azərbaycan

Bir neçə gün əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo hesabatında Azərbaycanın Laçın dəhlizinin blokadaya alınmasının Dağlıq Qarabağın etnik ermənilərinə qarşı soyqırım olduğunu təsdiqləyib.

Okampo Azərbaycanı müharibə cinayətlərində günahlandırıb.

Luis Moreno Okampo

Bu ad ilk növbədə yaddaşlarda diktorlarla əlqəyə girərək ofşor zonalarda çirkli pulların yuyulması ilə qalıb.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsini 2012-ci ilin avqust ayında tərk edən Luis Morenanın hesablarına növbəti aydan etibarən şübhəli kampaniyadan mütəmadi pul vəsaitləri köçməyə başladı.

Bu əməliyyatlar Panama-İsveçrə-Hollandiya üçbucağı vasitəsilə həyata keçirilirdi.

Argentinalı keçmiş prokurorun beynəlxalq cinayət məhkəməsindəki fəəaliyyəti qaranlıq məqamlarla zəngindir.

Bu barədə danışan “VəhdətPartiyası sədr müavini, politoloq Vasif Əfəndi bildirib ki, Luis Morenonun Laçın keçid məntəqəsindəki vəziyyətlə bağlı hesabatı heç bir beynəlxalq normaya sığmayan ifadələrlə yazılması bu şəxsin hüquqşünas və ya ekspert dili ilə danışmadığının göstəricisidir.

- Vasif Əfəndi

Politoloqun fikrincə, onun hesabatında əksini tapan müddəalar qərəzli olması ilə yanaşı böhtan xarakterlidir.

Bu adam hesabatında o qədər həyasız və saxta ittihamlar irəli sürüb ki, bu iddiaları ciddiyə alanların özünə şübhə ilə yanaşılmalıdır.

Ermənistanın saxta "soyqırım" iddasını tanıyan bir ölkədən çıxmış şəxsin belə bir mövqedən çıxış etməsi heç də təəccüb doğurmur.

Təəccüb doğruna belə bir şəxsin hansı xidmətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinin Prokuroru təyin olunmasıdır” -deyə Vasif Əfəndi vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycan prezidentinin Laçın rayonu ərazisi vasitəsilə Ermənistanla müvəqqəti əlaqəyə razılaşaraq, keçid verməsini İlham Əliyevin de-fakto erməni muxtariyyatının tanınması kimi qələmə verməsini hesabatda qeyd etməsi əsassız iddia olmaqla yanaşı, heç bir hüquqi əsası da yoxdur.

Hazırda Laçın rayonu ərazisindən qanunsuz silah-sursatın daşınmasına qadağan qoyulması Luis Moreonun iddiasına görə, 120 min erməniyə qarşı soyqırımın gerçəkləşdirilməsidir.

Moreonun Qarabağda qalmış erməni əhalinin sayını 120 min göstərməsi əslində kələfin ucunu göstərir. Məlumdur ki, Xankəndi və ətrafında yaşayan erməni sayı 10-15 min civarındadır. Bu da Azərbaycanın kiçik bir qəsəbəsi səviyyəsində olan bir rəqəmdir.

Bu rəqəmi Moreno, şübhəsiz Ermənistan tərəfindən alıb. Ümumiyyətlə, hesabatın yazı üslübu və ruhu "erməni daşnak" propaqandası üslubunda yazılıb. Daha doğrusu, Moreno daşnaqlar tərəfindən əvvəlcədən hazırlanmış bu yazının altına imzasını atıb”-deyən politoloq bildirib ki, Azərbaycan prezidenti dəfələrlə çıxışlarında və bəyanatlarda Qarabağ iqtisadi rayonu ərazisində yaşayan bütün əhalinin hüquqlarına tam təminat verdiyini açıqlayıb.

Azərbaycanın Ağdam rayonu ərazisindən Xankəndiyə gedən yolu kəsən qanunsuz erməni silahlıları bu addımları ilə bilərəkdən bölgəni blokadaya salmağa çalışırlar.

Vasif Əfəndinin fikrincə, həm Ermənistan, həm də bölgədə münaqişənin davam etməsini istəyən qüvvələr tezliklə Xankəndiyə yolun açılacağını dərk edərək, bütün qüvvələri ilə bu işə əngəl olmağa çalışacaqlar.

Morenonun bu hesabatı da Ermənistanla Azərbaycanın davamlı sülh müqaviləsi imzalanmasına qarşı yönəlmiş provakasiyadır”-deyə Vasif Əfəndi əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?