USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

İsrail, Türkiyə və Azərbaycan hərbi əlaqələri gələcəkdə ‘üçlü formada’ zəruri ola bilər

İsrail, Türkiyə və Azərbaycan hərbi əlaqələri gələcəkdə ‘üçlü formada’ zəruri ola bilər
11-01-2023

BAKI, Azərbaycan

İsrail-Azərbaycan əlaqələri 30 ildir qurulub, İsrailin Bakıdakı səfirliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan parlamentinin İsraildə səfirlik açılması ilə bağlı qərarı yekdilliklə təsdiqləməsi, daha sonra isə prezidentin müvafiq qanunu imzalaması bizi sevindirdi. Səfirliyin açılmasının bir neçə müsbət nəticəsi olacaq”.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik yerli mətbuata müsahibəsində bildirib. Səfir qeyd edib ki, bugünə qədər  Azərbaycanın mövqeyini təqdim edən kimsə olmayıb. İndi isə İsraildə səsimiz və hökumət körpüsü olacaq.

-İsrailin Azərbaycandakı səfiri Corc Dik

Qeyd edək ki, hər bir dövlət öz təhlükəsizliyini və inkişafını təmin etmək məqsədi ilə özünün daxili və xarici siyasi xəttini seçərək müxtəlif dövlətlərlə ikitərəfliçoxtərəfli əlaqələr yaradır. 

Kifayət qədər mürəkkəb və strateji cəhətdən olduqca əhəmiyyətli coğrafi bölgədə yerləşən ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra digər ölkə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması sahəsində addımlar atmağa başladı. 

Eyni zamanda Azərbaycanla da əlaqələrin qurulmasında maraqlı olan ölkələr var idi ki, onlar da müstəqilliyini yeni bərpa etmiş Azərbaycanı beynəlxaq hüququn subyekti kimi rəsmən tanıyaraq, diplomatik əlaqələrin qurulmasında səy göstərirdilər. 

Bu ölkələrdən biri də İsrail dövlətidir. 

Bir müddət əvvəl Milli Məclisdə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi qəbul edildi. Daha sonra Prezident İlham Əliyev İsraildə səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiq etdi.

Ana VətənPartiyasının sədr müavini, politoloq Yalçın Hacızadə bildirib ki,  Azərbaycanİsrail münasibətləri yalnız iqtisadi-strateji faydaya deyil, həm də tarixi-mədəni köklərə əsaslanır. 

Hər iki xalq tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya göstərə biliblər.

-Yalçın Hacızadə

"Ölkəmiz daim müxtəlif din və millətlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir dövlət modelini sərgiləyib. Azərbaycanda heç zaman milli-etnik dözümsüzlük və bəzi ölkələrdə müşahidə olunan antisemitizm təzahürləri olmayıb. Bu səbəbdəndir ki, yəhudilərin ən rahat yaşadıqları ölkələrdən biri məhz Azərbaycandır.

Əsrlər boyu  ölkəmizdə yaşayan yəhudilər özünü Azərbaycan xalqının, cəmiyyətinin ayrılmaz tərkib hissəsi hesab edib, ölkə həyatının bütün sahələrində fəal iştirak ediblər. Bütün bunlar iki ölkənin əlaqələrinin inkişafında müstəsna rol oynayan amillərdi.

İki ölkə arasında münasibətlərin qurulmasının 30 illiyində əməkdaşlıq starteji müttəfiqlik səviyəsinə qədər inkişaf edib.

Bu gün İsrail Azərbaycanı ən müasir hərbi-texnika və silahlarla təmin edən ölkələrdəndir. Eyni zamanda Azərbaycan İsrailin enerji təhlükəsizliyini təmin edən, onun neft ehtiyaclarının 40%-nı verən ölkədir”-deyə politoloq Yalçın Hacızadə bildirib.

Qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsində İsrail hər zaman ölkəmizi müdafiə edib, həmçinin dünyada olan yəhudi lobbisi vasitəsilə Azərbaycana qarşı düşmən mövqedə olan erməni lobbisinin fəaliyyətinin qarşısı kifayət qədər alınır. 

Hər iki ölkənin diaspor təşkilatları arasında sıx əlaqələr mövcuddur.

Ölkəmizdə İsrailin səfirliyi fəaliyyət göstərsə də, bizim İsraildə səfirliyimiz yox idi. Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin inkişafında daha böyük nəticələrə gətirəcək.

İsrail hərbi, iqtisadi və siyasi vəziyyətinə görə regionda böyük imkanlara malik olan ölkələrdən biridir. Ona görə Azərbaycanın digər strateji müttəfiqi qardaş Türkiyəninİsraillə diplomatik münasibətlərini bərpa etməsi çox sevindirici haldır. 

Əlbəttə ki, bu münasibətlərin bərpasında Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin rolu danılmazdır”.

Politoloq deyir ki, bu imkanlar və Cənubu Qafqaz regionunda yaranmış yeni reallıqlar gələcəkdə “üçlü formadaİsrail, TürkiyəAzərbaycan hərbi əlaqələrinin qurulmasını da zəruri edə bilər.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?