BAKI, Azərbaycan

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ kəşfiyyat orqanları Suriyada Rusiya və MDB ölkələrində terror aktları törətməli olan 60 silahlıya təlim keçib.

Onlar yanvarda hazırlanıb və yaxın gələcəkdə kiçik qrupların tərkibində Rusiya və MDB ərazisinə göndərməyi planlaşdırırlar.

Məlumata görə, ABŞ ordusu Rusiyada və MDB ölkələrində terror aktları həyata keçirmək üçün "İŞİD" və "Əl-Qaidə" ilə əlaqəli cihadçı qruplardan yaraqlıları fəal şəkildə cəlb edir.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, onlara əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi vərdişləri, eləcə də təxribat fəaliyyətinin aparılması üsulları öyrədilir.

Bundan başqa, yaxşı mühafizə olunan obyektlərə, o cümlədən xarici diplomatik nümayəndəliklərə hücumların planlaşdırılmasına xüsusi diqqət yetirilir.

Xarici Kəşfiyyat Xidməti hücumların diplomatlara, dövlət qulluqçularına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, eləcə də hərbçilərə qarşı həyata keçiriləcəyini proqnozlaşdırır.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, “İŞİD”, “Əl-Qaidə” və ya hər hansı bir terror təşkilatı ilə əlaqəsi olan qrupların Azərbaycanda terror törədə biləcəyi inandırıcı deyil.

Çünki Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti, xarici kəşfiyyat, hüquq mühafizə orqanları və digər aidiyyatı qurumlar bu istiqamətdə çox peşəkarcasına bir xidmət həyata keçirirlər.

-Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Zaman -zaman hansısa terror təşkilatlarına bağlı olan şəxslər dərhal zərərsizləşdirilir, həbs edilir və bu barədə də Azərbaycan ictimaiyyəyinə məlumat verilir. Bu səbəbdən Azərbaycanda hansısa terror aktının həyata keçirilə biləcəyini düşünmürəm”-deyən politoloq hesab edir ki, buna baxmayaraq, hətta dünyanın ən güclü dövlətlərinin belə, terror aktlarından sığortalanmaq və qorunmaq kimi imkanları yoxdur.

Onun sözlərinə görə, dünyada müxtəlif terror aktları həyata keçirilir.

Hətta bir kamikadze belə, özünə bombanı bağlayıb, insanların kütləvi toplaşdığı yerlərdə öz canı bahasına olsa belə, terror aktı törədə bilir.

Bu səbəbdən də Azərbaycanın da tam sığortalanmış olduğuna təminat vermək mümkün deyil. Amma digər ölkələrlə müqayisədə Azərbaycanın aidiyyatı qurumları, xüsusən də Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə öz peşəkar fəaliyyəti ilə mövcud ola biləcək təhlükələrin qarşısını alır.

Politoloq Mübariz Göyüşlü bildirib ki, bu məsələdə ictimaiyyətin də üzərinə çox böyük məsuliyyət düşür.

Cəmiyyət təhlükəli hesab edilən, şübhəli olan məqamlarla bağlı operativ şəkildə aidiyyatı qurumları məlumatlandırmalıdır.

“Cəmiyyət xüsusi xidmət orqanları ilə, polisi ilə sıx şəkildə çalışma həyata keçirilməlidir ki, biz ola biləcək dəhşətli təhlükələrin qarşısını ala bilək”-deyə politoloq əlavə edib.

İradə Cəlil, dikGAZETE.com