USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Hər bir ayda keçirilən rituallar, mərasimlər bir-birinə zəncir kimi bağlıdır

Hər bir ayda keçirilən rituallar, mərasimlər bir-birinə zəncir kimi bağlıdır
23-03-2023

BAKI, Azərbaycan

Azərbaycanın adət-ənənələri, mədəniyyəti dedikdə, ilk Novruz bayramı ilə bağlı adət-ənənələr yada düşür. Çünki bu bayram birbaşa insanların həyatını əks etdirən, insanların həyatına təsir edən bir bayram idi. 

Sovet dövründə Novruz bayramının keçirilməsinə müəyyən qadağalar qoyulur, bu milli bayramı unutdurmağa çalışırdılar. Amma bu bayram unudulmadı… 

Əksər adət-ənənələr bütün bölgələrdə xatırlanmasa da, bəzi bölgələrimizdə hələ də fərqli adətlər, rituallar var..

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli danışıb.

-Atəş Əhmədli

Sovet dövründə müəyyən basqılar var idi. Çünki Novruzun əsas xüsusiyyəti, əsas mahiyyəti, fəlsəfəsi, xalqın birliyi idi. Bu milli bayram, birlik bayramıdır. Bu bayram da xalq bir araya gəlir. Toplum böyüyür bütövləşir, güclü olur. 

Ona görə də xalqın güclü olmasını, xalqın belə birlik içində olmasını imperiya heç vaxt istəməzdi. Ona görə də daim basqılar var idi. Bu milli bayramlarda insanlar bir araya gəlir, toplanır, öz milli dəyərlərini nümayiş etdirir, özünə qayıdır, milli kimliyini dərk edir. Bu da onu ideya baxımdan silahlandırır. 

İmperiya təbii ki, onu güclü görmək istəməzdi. Bu səbəbdən də müəyyən qadağalar vardı. Amma bu qadağalara baxmayaraq, xalqlarımız bu bayramları hər zaman gizli də olsa keçirib. 

Sovet dövrü bu bayramı kəndlərdə evlərdə, gizli də olsa, qorxu içində də olsa, insanlar keçirib, unutmaq dərəcəsinə heç vaxt çatdırılmayıb. 

Müəyyən basqılar olsa da, xalq öz mədəniyyətini daim gizli şəkildə qoruya bilib. Bunun sayəsində bayrama aid adətlərin hamısı bu gün var”,- deyə Atəş Əhmədli qeyd edib. 

Onun sözlərinə görə, bir bölgədə unudulan adət digər bölgədə özünü göstərir. O, qeyd edib ki, Azərbaycanda bu məsələ öyrənildikcə, bölgələrə görə o adətləri izlədikcə, adətlərin bölgədən bölgəyə fərqlilik göstərdiyi aydın görünür. Bəzi bölgələrdə bir çərşənbə qeyd olunur, digərində başqası.

Düzdü bu sırf təbiətlə, coğrafiya ilə bağlı olan məsələdir. Amma bu adətlərin birinin bir ərazidə olmaması, onun itirilməsi demək deyil, digər yerdə axtaranda onu biz tapa bilirik. Bunlar bir-birinə zəncir kimi bağlı olan məsələlərdir. 

Düzdür, deqradasiyalar olub. Məsələn, çillə gecəsinin unudulması faktı var idi. Dekabr ayında biz bilirik ki, çilləyə daxil oluruq. Çillə türk dilində çətinlik dövrü kimi başa düşülür. 

Bax, həmin o çillə gecələri əksər bölgələrdə keçirilmirdi. Bu, Naxçıvanda qeyd olunur. “Çillə qarpızı” mərasimi var. Orada qarpız kəsərlər. Qarpızın içərisindəki rənglərlə təbiətin rəngləri uyğunlaşdırılardı. 

Təsəvvür edin, orada qışın necə keçəcəyi haqqında maraqlı məlumatlar var. Bu məlumatlar hamısı o kəsilən qarpızın içərisindəki rənglərin çalarlarına görə müəyyən edilərdi. Bunu təbii ki, dünyagörmüş, ağsaqqal, ağzı dualı, təcrübəsi olan adamlar bilirdi. 

Həmin rənglərə baxıb, qış necə keçəcəyini, soyuq yoxsa mülayim olacağını, yoxsa daha sərt, amansız keçəcəyini müəyyən edə bilirdilər. Əslində, bu da bir ritual idi”-deyən folklorşünas bildirib ki, uzun illər bu ritual əksər bölgələrdə keçirilməyib. 

Sonra araşdırmalar apardıqca “çillə qarpızı” ritualı, “çillə gecsiLənkəranda da, Tovuz rayonunda da keçirildiyi müəyəyn edilib. Bu da o deməkdir ki, xalq yavaş-yavaş öznüə qayıdır, öz unudulmuş adətlərini bərpa edir.

Müsahibimiz hesab edir ki, bu ritual Novruzun girişi, açarı, qapısıdır. Çünki həmin dövrdə biz çilləyə daxil oluruq, qış başlayır. Bu 3 ay dövrdə “Böyük çillə”, “Kiçik çillə” və “Boz ay” gəlir. “Boz Aydan” sonra biz bilirik ki, ilaxır çərşənbə gəlir, çillədən çıxırıq. Onun sözlərinə görə, çilləyə nə zaman girməyimiz unudulmuş, yaddan çıxmışdı.

Bu məsələlər üzərində biz araşdırmalar, tədqiqatlar apardıqca, bunların bir-biri ilə əlaqəsini araşdırdıqca biz başa düşürdük ki, Novruzu təkcə 4 həftə ilə öyrənmək olmaz. Daha irəli getmək lazımdır. 

Bilirsiniz ki, fevral ayında “Xıdır İlyas”, “Xıdır Nəbi” bayramı var. Bu da Naxçıvanda qeyd olunur. Fevral ayı girəndən təxminən 10 gün sonra bu qeyd edilir. Fevral ayı başlayandan “kiçik çillə” girir və bu 20 gün davam edir. Bu xalq təqvimi olduğu üçün bir gün irəli-geri sürüşə bilər. Bu tarix fevralın 20-21-22 ola bilər. 

Xıdır bayramında qovurğa qovururlar. Xəmir xörəkləri bişirilər. Qışda dövründə bişirilən yeməklərin də qışa uyğun qaydası var idi. İnsanın soyuğa davamlılığını artırmaq, enerjisini bərpa etməsi üçün isti xəmir yeməkləri hazırlanardı. Bildiyiniz kimi “Xıdır İlyasbayramı əksər bölgələrdə keçirilmir. Bizə unutdurulan adətlərdən biri də o idi”-deyə folklorşünas bildirib.

Atəş Əhmədli bildirib ki, hər bir ayda keçitilən rituallar, mərasimlər bir-birinə zəncir kimi bağlıdır. Bu bağlılıq isə, “Böyük Çillə”, “Kiçik Çillə”, “Boz ay” əlaqəsi yaradır.

Dekabrın 21-22-si qış fəsli başlayanda çilləyə giririk, ilaxır çərşənbədə isə çillədən çıxırıq. Bundan bir neçə gün sonra isə Novruz bayramını qeyd edirik. Dekabrın sonundan-qışa girdiyimiz dövrdən yaza hazırlıq dövrü başlayır. Bu xalq arasında müəyyən təsərrüfat işlərinin canlanması ilə müşayət olunur. 

Xüsusən aran bölgələrində ağacların budanması, torpağın yumşaldılması, ağacların dibinin bellənməsi başlanır. Digər dağ rayonlarında, dağlıq hissələrdə, ucqar yerlərdə bu mümkün deyil. Çünki ucqar dağlıq yerlərdə havalar sərt olur. Bu məsələr bölgələrlə bağlı məsələlərdir”-deyə folklorşünas qeyd edib.

Bu, əslində mədəniyyətin zənginliyi, çoxşaxəli olması və bölgələrə görə dəyişməsidir. 

Həm də bizim mədəniyyətimizin bölgələr üzrə ayrı-ayrı dəyişən xüsusiyyətini göstərir. Yəni xalq həyatını necə görürdüsə, onu obrazlaşdırır, onu bayatıya və rəvayətə çevirirdi. 

Bu təbiət hadisələri sonradan poetik mətnlərə çevrildi. Bu gün Novruz haqqında çoxlu mətnlər, bayatılar, atalar sözləri tapmacalar var. 

Bir çox folklor örnəklərimiz var ki, onlarda Novruzdan, Novruz adət-ənənələrindən danışılır. O ki, qaldı son illər Novruz adət-ənənələrinin zəifləməsinə, adətən bir şey itiriləndə, itirilmə təhlükəsi daha çox olanda insanlar ona qarşı daha həssas olur.

Atəş Əhmədlinin fikrincə, biz müstəqillik əldə edəndən sonra bütün adətlərimiz yenidən öyrənildi. 

Yenidən açıq şəkildə nümayiş olundu, insanlar arxayınlaşdırlar ki, “biz azadıq, adətlərimizi olduğu şəkildə icra edəcəyik”… Novruz bayramı da geniş şəkildə təbliğ olunmağa başladı. Böyük meydanlarda, böyük ərazilərdə Novruz milli bayram kimi qeyd olunmağa başladı.

Adətən BakıdaQoşaqala qapısında” insanlar yığışardı, ölkə başçısı da gələr, insanları təbrik edərdi. Bu son illərdə bir az səngidi. 

Təbii ki, pandemiya dövrünün də təsiri oldu. Son iki ildə ciddi fəsad yaratdı. Amma insanların yenidən bayramı coşğu ilə keçirəcəyinə şübhə etmirəm”-deyə Atəş Əhmədli qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?