BAKI, Azərbaycan

- Paşinyan xalqı sülh sazişinə hazırlayır…

“Ermənistanın yüz illərlə yeritdiyi iyrənc, dağıdıcı terror siyasəti bu dövlətə bənzər rejimi çox çətin durumlara salıb.

Bu gün yeritdikləri siyasət onların özlərinə tərəf çevrilib. Hər keçən gün bu dövlət dünyanın gözündən düşür.

Onların iyrənc hərəkətləri, uşağa, böyüyə, qocaya baxmadan əsirlərdən, dilsiz-ağılsız heyvanlardan, ekologiyadan, təbiətdən, ağaclardan qarşısına nə çıxdısa, hətta qəbirlərdən də heyif çıxan ekosit, genosid müəllifi olan bu toplum artıq anlamalıdır ki, bu siyasət onları yalnız uçuruma aparır”.

Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. O, hesab edir ki, Ermənistanın baş naziri Paşinyan deyəsən bunu anlamağa başlayıb.

Belə görünür ki, o, həm siyasiləri, həm də xalqı yeni mərhələyə hazırlamağa start verib.

-Vüqar İskəndərov

“Paşinyan parlamentin iclasında bununla bağlı bir neçə fikirlər söyləyib. O, Gürcüstan və İranla əmakdaşlığın daha da dərinləşdirilməsini, Türkiyə və Azərbaycanla isə əlaqələrin normallaşdırılmasını vacib sayır. Bu da o deməkdir ki, “bölgədə sülh istəyiriksə, mütləq Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmalıyıq. Əks halda Ermənistanın bir dövlət olaraq gələcəyi sual altına düşür”.

Paşinyan digər bir maraqlı məqama da toxundu. O, qeyd etdi ki, bu gün müasir dünyada Azərbaycanın önəmi durmadan artmaqdadır.

Azərbaycan həm Avropa həm Rusiya üçün artıq çox önəmli dövlətə, ölkəyə çevrilib.

Azərbaycan dayanıqlı enerji dövlətidir. O, sözünün sublimativ tərəfində bunu söyləyir ki, Azərbaycan durmadan nüfüzu və hörməti artır.

Azərbaycan prezdentinin qətiyyəti, uğurlu siyasəti, dünya siyasətini yaxşı mükəmməl bilməsi onun liderliyinin artıq dünyada qəbul edilməsini şərtləndirir. Bununla həm də ölkə prezdenti Azərbaycanı öz uğurlu siyasətiylə daha irəliyə aparır.

Ermənistan isə onu açıq söyləyir ki, bu siyasətlə yalnız yerində sayacaq və gələcək iqtisadi imkanlar, gələcək inkişaf yalnız bölgədə dayanıqlı və daimi sülhün bərqarar olması və qeyd etdiyimiz ölkələrlə münasibətləri yaxşılaşdırılmasından keçir.

Paşinyan qeyd edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünü tanınması o deməkdir ki, Artıq Paşinyan Ermənistanın Qarabağla bağlı heç bir ərazi iddası olmadığını və artıq sülhə hazır olduqlarını bildirir”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov ölkə başçısı İlham Əliyevin Salyan rayonunda TV müsahibəsindən də sitat gətirib:

“Cənab Prezident bildirdi ki, artıq Paşinyan dövlət səviyyəsində “Qarabağ Azərbaycandır!” söyləməlidir. Qarabağdakı tör-töküntülər ordakı vətandaşlarımızı girovluqdan çıxartmalı, azad etməlidirlər. Biz öz vətandaşlarımızla normal danışıb, onların reinteqrasiya məsələlərini də həll edəcəyik. Əsas odur ki, bu yuva dağıdılmalıdır və onlar ordan rədd olub getməlirdilər. Bu da Azərbaycan Prezidentinin fikirləridir”.

Deputatın fikrincə, bu, onu deməyə əsas verir ki, artıq Ermənistanın baş naziri xalqı sülh sazişinin imzalanmasına hazırlamağa çalışır.

Vüqar İskəndərov vurğulayıb ki, sülh sazişini Azərbaycanın təklif etdiyi prinsiplər əsasında olacaq.

“Artıq Ermənistan anlayır ki, “Qarabağ” söyləməklə onlar yalnız uçuruma yuvarlanıblar, təkləniblər. Beynəlxalq hüququn onlarla prinsipləri Azərbaycanın tərəfindədir. Bu səbəbdən də, Ermənistanın gələcək siyasətində bütün bunları nəzərə almalıdır”-deyə deputat bildirib.

İradə Cəlil, dikGAZETE.com