USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Bizim cemiyyetin özeti…

08-10-2019

-Azerbaycanlı gazeteci İrade Celil'den zehir zemberek yazı-

BAKI, Azərbaycan

Qadınsansa, hələ azacıq gözəgəlimlisənsə,çox zaman haqqında şərəfsiz, əli sənə çatmayan kişilər və sənin kimi olmaq istəyən, paxıl qadınlar arxanca danışacaq.

Özünə baxacaqsan, deyəcəklər “axtarır", baxmaycaqsan, deyəcəklər "it günündədir”.

Səliqəli, arzuladığın kimi geyinəcəksən deyəcəklər "özünü gözə soxur, axtarır", qapalı geyəcəksən deyəcəklər "geridə qalmışdır”.

Deyib gülürsən deyirlər yüngüldür, ciddi olursan deyirlər, özündən razıdır, işləyirsən, deyirlər özünü göstərir, işləmirsən, deyirlər hazır istəyir tənbəldir, həyatına kimisəmalırsan deyirlər "saxlayaı" var (sevdiyi yox aaa), heç kimlə ünsiyyət qurmursan deyirlər deyəsən xəstədir.

Ailən olur deyirlər, maket kimi saxlayıb, boşanırsan deyirlər de kişi saxlamadı onu.

Qadınsansa kimə dost deyirsən sonra ya şərəfsiz çıxır, ya da səni sevdiyini deyir, kiminləsə mehriban danışırsansa, deyir hazırdı-əlimdədir….

Qısacası qadınsansa orta yolu heç vaxt tapa bilmirsən…

Həmişə kimlərsə narazıdr.

Həmişə kimsə istəyir ki, onun çaldığına oynayasan.

Həmiçə kimsə səni əzmək, incitmək istəyir.

Həmişə kimsə istəyir ki, ondan asılı olasan.

Mən etdim, mənim sayəmdə, mən etməsəydim deyə-deyə həyatı burnundan gətirirlər…

Və qərar verdim…

3 ildir həyatım alt-üst olub.

Kimlərin nə etdiyini yazacağam bir-bir…

Bəlkə jurnalistikadan da getdim.

Amma hər şeyi adı ilə yazıb gedəcəyəm.

Yazacağam ki, “qardaş", “xanım" dediyiniz insanların əslində nə olduğunu biləsiniz.

Yazacağam ki, daha məni kimsə əzə bilməsin.

Yazacağam ki, haqqımda min söz deyənlərin haqqında əsl həqiqəti biləsiniz...

Yazacağam ki, bundan sonra 3-5 il yaşayacağamsa, rahat yaşayım….

Belə…. az qaldı….

YORULMUŞAM….

MƏNİ BU GÜNƏ QƏDƏR İNCİDƏN HAMIYADIR SÖZÜM… ARTIQ SÖZ MƏNDƏDİR, MƏN DANIŞACAĞAM…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?