BAKI, Azərbaycan

Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bu ilin mart ayından ölkədə xüsusi karantin rejimi elan edilmişdi.

Ticarət mərkəzləri, kafe-restoranlar, park və əyləncə mərkəzləri vətəndaşların üzünə bağlanmışdı.

İnfeksiyaya yoluxmamaq üçün Nazirlər Kabineti yanında operativ qərargah vətəndaşlara "evdə qal" çağırışı edir, icazəsiz evdən çıxanlar cərimə edilirdilər.

Təhsil müəssisələri, iş yerləri bağlı olduğu və küçəyə çıxmaq istisnalar olmaqla qadağan edildiyi üçün vətəndaşlar depressiya yaşayır, karantin günlərinin bitəcəyini səbirsizliklə gözləyirdilər.

Evdə qalmaq əksər vətəndaşlara psixoloji baxımdan da mənfi təsir göstərmişdi.

Bunu yollarda nəqliyyat vasitələrinin hərəkəti zamanı müşahidə edilən aqressiya, karantin günlərində baş verən ağır qəzaların çoxluğu da sübut edir.

Və tədricən xüsusi karantin rejimi yumşaldılmağa başladı.

Sanitar rejimi qəbul edildi, maska taxmaq şərt oldu.

-Bakıda uşaqlar karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda oynayırlar-

Bir neçə gün öncə isə, Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilərək, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirildi.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər.

-Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər-

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Dənizkənarı bulvarda, vətəndaşlarla karantin dövrü və yeni tətbiq edilən cərimələrlə bağlı söhbət edib.

Bakı şəhər sakini Cəmilə Abbasova deyir ki, karantin dövrü onun üçün çox ağır keçib. Hətta bir müddət öləcəyini də düşünüb:

"Bəli, martın ortalarında ağır bir vəziyyət vardı. Sanki pandemiyanı qapımızın kəndarında hiss edirdim. Sanki qapını açsam, içəri girəcək. Çörək almağa gedəndə belə, maska və əlcəkdən istifadə edirdim. Evə qayıtdıqdan sonra əllərimi bir neçə dəfə sabunla yuyur, spirtlənirdim. Yaşlı anam üçün daha çox qorxurdum. Bazarlıq etməmişdim. Heç nə gözümdə deyildi".

-Bakıda uşaqlar karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda oynayırlar-

C.Abbasova vurğulayır ki, o ağır dönəmdən sonra maska taxmaq onun üçün problem deyil. Maska taxılmadığı üçün tətbiq ediləcək cərimələri də dəstəkləyir.

Bakı sakini hesab edir ki, cərimələr tətbiq edilməsə, insanlar xəstə olsalar belə, maskadan istifadə etməzlər. Bu isə xəstəliyin sürətlə yayılması ilə nəticələnə bilər.

Digər Bakı sakini, 68 yaşlı Abdulla Əliyev üçün də karantin dönəmi ağır keçib.

Övladlarının onu həyətə belə buraxmadığını deyən A.Əliyev artıq rahat nəfəs ala bildiyini deyir:

"Mən hər zaman həyət-baca adamı olmuşam. Və birdən-birə karantin tətbiq edilir və evdən çıxmağıma icazə verilmir. Ürəyim partlaya bilərdi. Düzdür, uşaqlarım qorxurlar ki, xəstəliyə yoluxsam, ölərəm. Amma düzünü deyim, ay qızım, evdə qalmaq da ölüm kimi bir şey idi".

A.Əliyev maska taxmamaqla bağlı tətbiq ediləcək cərimələrin ölkə üçün əhəmiyyətli olduğunu hesab edir.

"İstər mart-aprel ayında tətbiq edilən cərimələr, istərsə də indi olanlar lap yerində tətbiq edilir. Yoxsa heç kim qorunmaz. Bu xəstəliyə inanmaq lazımdır. Yaşlı adamam, yanımdan yel ötəndə xəstələnirəm. Niyə kiminsə xəstəliyi mənə yoluxmalıdır ki?" - deyə o qeyd edib.

-Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər-

Bu gün Bakı sakinləri karantin dönəminin yumşaldılması zövqünü yaşayırlar.

Valideynlər uşaqları ilə dənizkənarı parka çıxır, saatlarla gəzirlər.

Bakı sakinləri karantin dönəminin əhəmiyyətli hesab edirlər.

Hətta karantin dönəminə qədər həyatın adiləşdiyini, bu dövrdən sonra verilən çərçivəli azadlığın isə zövqlü olduğunu iddia edirlər.

Uşaqlarına "biz karantin dövrü görmüş adamlarıq" deyib zarafat edənlər də var…

İradə Cəlil, dikGAZETE.com