USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Başa düşdüm ki, Allah deyənlərin çoxu Allahsız!

10-12-2019

BAKI, Azərbaycan

Bu il həyatımda çox qarışıq il oldu… 

Allah görür ki, etmədiyim şeylərdə günahlandırıldım, incidildim, hətta ağladım…

Amma sevincli anlarım da oldu. 

İllərlə hamının arzulaya biləcəyi dost qazandım, satmayan, satılmayan…

Gözəl insanlarla tanış oldum, gözəl yerlərə getdim, maraqlı reportajlar etdim. 

Az çox özümə güvənim yarandı…

Başa düşdüm hər dost dediyin dost, hər düşmən dediyin düşmən deyil. 

Başa düşdüm ki, əlçatmaz insan yoxdu..

Başa düşdüm ki, Allah deyənlərin çoxu Allahsız, əxlaqdan dəm vuranların çoxu əxlaqsızdır..

Başa düşdüm ki, insanlar gözünün içinə baxa-baxa ayağının altını qazıyır, 

Başa düşdüm ki, istənilən bütün halallıqların altında haqqa girmək dayanır... (haqqımı halal etmirəm)… 

Başa düşdüm ki, iki tərəfli oyun oynayanlar da var….

Başa düşdüm ki, insanlar öz etdiklərini, öz adlarını sənə qoymaq üçün pul da xərcləyə bilər…

Nə isə…

Çox dərinə getmirəm… 

Mən "BU"yam əzizlərim, məni necə görürsünüzsə… 

Gecə həyatım yoxdur, içmirəm. 

İki oğul böyüdürəm onlara örnək olmaq üçün əlimdən gələni edirəm. 

Uşaqlarımdan sirrim yoxdur. 

Bir gün mən olmasam belə mənə kimin nə etdiyini onlar ad-ad bilirlər…

İşləyirəm.

Mənim üçün iş həyatında yox yoxdur. 

Mənə tapşırılan hər bir işi yerinə yetirmək üçün gecə gündüz bilmədən çalışıram…

Deyib gülənəm, həyatda bundan başqa nə qalır ki, insana?

Tanışlarım, sevənlərim (təvəzökarlıqdan uzaq) çoxdur..

Özəl günlərimdə hədiyyələr göndərirlər, təbrik edənlərim çoxdur... Bunu məni ancaq sevindirir... Hamıya minnəttaram, məni sevənləri iki qat çox sevirəm…

Hə, əsas məsələ "boşanmış qadındır, əxlaqsızlıq edər" fikri mənim haqqımda deyilirsə Allaha həvalə edirəm. 

Mən sadəcə kimisə sevə bilərəm və bu bir nəfər ola bilər… 

Əlimdən gələn yaxşıllğı etməyə çalışıram. 

İdeal deyiləm, anam həmişə danışır ki, "telefonu yere qoy mənimlə də danış"…

Ailəmə çox az vaxt ayıra bilirəm, çünki işləməliyəm!.. Belə 1 il tamam olur....

Mən BUYAM qəbul etsəniz də sağ olun, etməsəniz də…

Heç kimin heç kimi ittiham etməyə haqqı yoxdur… 

Etdiyim səhvlərim varsa, Allahıma verəcəyəm hesabını...

*

Deyirlər keçmişlə yaşama sabaha bax!..

Kasıb ailənin övladı idim, başqalarının geyimi ilə məktəbə gedirdim, uşaqlarım kimi uşaqlıq keçirməsəm də xoşbəxt idim..

Yalan dolu insanlardan, paxıllıqlardan, ikiüzlü ikitərəfli oynayan insanlardan uzaq idim… 

Bir çantanı 5 il apardım məktəbə, bir formanı illərlə geyindim, amma xoşbəxt idim..

Son zəngdə başımı anamın dizinə qoyub ağlayırdım. 

Dedi "niyə ağlayırsan?", həyatın qabaqdadı amma hiss edirdim, böyüyüb çox murdarlıqlara şahid olacağam. 

Özümü nə qədər kənara çəksəm də, güclə dartıb hadisələrin içinə cəkirlər səni.

Pislik etmək hamının əlindən gəlir, mən sadəcə bunu etmək istəmirəm!..

Sentyabrın 1-idir... Uşaqlığımla bağlı təkcə xatirələr qalıb.

Deyirlər; keçmişlə yaşama sabaha bax!.. 

Amma çirkabın yanından keçirsənsə, istər istəməz sənə də sıçrayır, bəlkə quruyacaq, qoxusu da qalmayacaq…

Amma izi qalır...

Allah sizi çirkabdan qorusun…

Sizi sevirəm, həm də çox…

Sevgilərimlə…

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?