USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycanda İslam bankçılığı…

Azərbaycanda İslam bankçılığı…
29-03-2023

BAKI, Azərbaycan

- İslam bankçılığı - sələmdən, faizdən uzaq…

Bir müddət əvvəl Mərkəzi Bank Azərbaycanda İslam bankçılığı kimi alternativ alətlərindən istifadənin nəzərdən keçirildiyini açıqlayıb. 

Qeyd edilib ki, əhalinin 20 faizi dini baxışları səbəbilə bank xidmətləri və bank krediti almır.

- İslam bankçılığı nədir?

Tarixi orta əsrlərə qədər gedib çıxan İslam bankçılığı, intibah dövründə ötən əsrin ortalarından meydana gəlib. O vaxtdan indiyə qədər də uzun bir təkamül yolu da keçib. 

Hətta 2008-ci ildə bütün qərb dünyasında bank sistemi iflic olanda, İslam bankçılığı öz dayanıqlılığı ilə dünyanın diqqətini cəlb edə bilmişdi. 

İslam inanclarına əsaslanan bu sistemin prinsipləri aparıcı dini mətn olan Quran-i Kərimdən götürüldüyündən əməliyyatlar İslamın qanuni kodu olan şəriət müstəvisində həyata keçirilir.

Bu barədə danışan iqtisadçı Pünhan Musayev qeyd edib ki, ənənəvi maliyyə ilə İslam maliyyəsinin əsas fərqi ikincidə sələmçilik, möhtəkirlik və hətta spekulyasiya hallarının qadağan edilməsidir. 

Eynilə şəriətdə olduğu kimi, kreditdən faiz almaq necə günah hesab olunursa, haram olan əşya və ya fəaliyyətlərə - məsələn, spirt, içki, kazino və s. istiqamətdə yatırım etmək də qadağandır. Ancaq, sistemin xidmətlərindən yalnız müsəlman kəsimin istifadə edəcəyinə dair xüsusi bir norma yoxdur, qeyri-müsəlmanlar da çox rahatlıqla prosesdə iştirak edə bilirlər. 

Faiz hesablama kimi tipik təcrübəyə malik olmayan bankçılıq, beləliklə öz fəaliyyətlərini mənfəətin bölüşdürülməsi kimi mexanizmə müvafiq olan səhmlərdə iştirak sistemindən istifadə edirlər. 

Qayda ondan ibarətdir ki, bank verdiyi krediti faiz qarşılığı olmadan geri alır və əvəzində mənfəətə şərik olur. 

Fəaliyyətdən qazanc çıxmadığı halda, beləliklə bankın da fayda görmədiyi bir yanaşmaya malikdir.

-Pünhan Musayev

İqtisadçı bildirib ki, ölkəmizdə isə İslam maliyyəsinə dair elementlər hələ 15 il öncədən görünməyə başlayıb. 

Təxminən 2007-2008-ci illərdə İslam bankları bəzi maliyyə qurumlarımıza yatırımlar edirdisə, bu gün artıq ölkədə müstəqil İslam bankı da fəaliyyət göstərir.

Bundan başqa, indiyə qədər ölkəmizdə buna dair hüquqi çərçivənin müəyyənləşməsi müzakirə olunub, beynəlxalq konfrans keçirilib, hətta kitab da işıq üzü görüb.

Son illər Azərbaycanın maliyyə sistemində ciddi irəliləyişlər əldə olunduğunu deyə bilərik. 

Dövlət xarici borcları daxili resurslarla əvəz etmək məqsədilə həm də milli maliyyə bazarına bir canlanma gətirmək üzərində ciddi işlər görür. 

Proses uğurla aparılacağı halda, əhalinin kredit əlçatanlığında rahatlığı təmin etmək üçün heç dolayı mexanizmlərə də ehtiyac qalmayacaq. 

Yenə də müsəlman ölkəsi kimi, həm də elmi əsaslandırılmış qaydada İslam dünyasının maliyyə incəliklərini öyrənmək zənnimcə faydasız olmaz. Ancaq, bu sistemi tətbiq etmək təmkin və uzaqgörənlik tələb edir. 

İstənilən ölkənin Mərkəzi Bankının əsas vəzifələrindən biri ölkənin maliyyə sistemini sabit saxlamaqdır. 

Maliyyə sabitliyi isə hislər, inanclarla əldə olunmur. Bunun üçün hansı təcrübə əlverişlidir, ondan da istifadə edilməsi məqsədəuyğundur”-deyən Pünhan Musayev Azərbaycan Mərkəzi Bankının atacağı addımların əhəmiyyətli olduğunu hesab edir.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?