-Ermənistanda etirazlar Rusiyaya...

BAKI, Azərbaycan

Növbəti missiya bütün Ermənistanı monitorinq edəcək…

Erməni KİV-lərinin məlumatına görə, Avropa İttifaqının növbəti missiyası yaxın zamanlarda Ermənistana göndəriləcək.

Qeyd edək ki, keçən ilin oktyabr ayında bölgəyə 40 nəfərlik missiya yollanmışdı. Amma nə əmmadırsa, bu missiyanın fəliyyəti göz önündə olmadı.

Yəni onların əraziyə niyə gəldiklərini, nə etdiklərini heç kim bilmədi. Əksinə onların bölgədə varlığı Ermənistan və Azərbaycan arasında danışıqlara problemlər yaratdı.

Yenə missiya ayrılıb, bu dəfə isə 200 nəfərlik nümayəndə heyətidir. Həm də iki ay deyil, iki illiyinə.

Bu missiyanın fəaliyyəti nədən ibarət olacaq, Avropa İttifaqının növbəti missiyası iki ölkə arasındakı münasibətlərə nə kimi təsir edəcək?

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bu missiya Azərbaycan və Ermənistan sərhədləri delimitasiya və demarkasiya edilmədiyi üçün sərhəd ərazilərinə yaxın yerlərlə yanaşı, bütün Ermənistanda fəaliyyət göstərəcək.

Yeni missiyanın tərkibi keçmişdəkindən fərqli olaraq daha çox təşkil edilib.

-Arzu Nağıyev

“Məlumdur ki, onların hamısı xüsusi xidmət orqanlarının nümayəndələridir. Təhlükəsziliklərinə təminat Ermənistanın üzərinə düşür”-deyən deputat hesab edir ki, bu missiyanın tərkibində Gürcüstanda olan missiyadan da nümayəndələr qatıla bilər.

Eyni zamanda Ermənistan dövləti onların işləyə bilməsi üçün də şərait yaratmalıdır.

Deputat Nağıyev hesab edir ki, əvvəlki missiya öz vəzifəsini tam yerinə yetirə bilməyib. Hər-hansı bir ciddi qərarın qəbulunda onların rolu görünmədi.

Nağıyev qeyd edib ki, Avropa İttifaqının yeni missiyasının olmasını Ermənistan rəhbərliyi istəyir.

“Ermənistan rəhbərliyi istəyir ki, bölgədə Rusiya sülhməramlıları ilə yanaşı, Avropa İttifaqı nümayəndələri də olsun. Ermənistan bununla Rusiyadan aralanmaq üçün proseslərə start vermiş olur. Fransa bu missiya ilə nəyin bahasına olursa olsun regiona daxil olmaq istəyir.

Avropa Şurasının Siyasət və Təhlükəsizlik komitəsi artıq qərarını verib. Belə ki, müşahidə missiyasında iştirak edən əsas qurum “Antiböhran idarə etməsinin mülki məsələlər komitəsi” adlanır. Gələcək nümayəndə heyəti bütün Ermənistan ərazisini silahsız şəkildə patrul edəcək".

Əvvəlki missiyanın da silahsız olduğunu vurğulayan parlamentari hesab edir ki, bu Ermənistan Azərbaycan danışıqlarına ciddi şəkildə mane olur.

Arzu Nağıyevin fikrincə, burada Rusiya və Avropa nüfuz müharibəsi aparır. Ermənistan isə bölgədə Avropa missiyasının olmasına çalışır.

Xatırladaq ki, növbəti Avropa İttifaqı missiyanın fəaliyyət müddəti iki il olaraq nəzərdə tutulub. Bu isə Rusiya sülhməramlı kontingentinin bölgədə fəaliyyət müddətinin bitməsi ilə üst-üstə düşür.

İradə Cəlil, dikGAZETE.com