USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

ABŞ 31,4 trilyon dollarlıq borc bataqlığında

ABŞ 31,4 trilyon dollarlıq borc bataqlığında
15-05-2023

BAKI, Azərbaycan

- ABŞ-da federal hökumət defolta səbəb ola biləcək 31,4 trilyon dollarlıq borc həddinə çatıb

ABŞ Maliyyə Naziri Janet Yellen çıxışında Konqres borc limitini qaldırmasa, ABŞ-ın “fakturalarını” ödəyə bilməyəcəyini vurğulayaraq, “İqtisadi fəlakətdən qaçmaq üçün borc limitini artırmalıyıq” deyib.

Yellen ABŞ-ın iyunun əvvəlində nağd pul çatışmazlığı yaşaya biləcəyinə işarə edərək, bildirib ki, son bir neçə ayda fövqəladə tədbirlər həyata keçirmələri imkanlarını tükədib və yaxın zamanlarda ölkədə nağd pul çatışmazlığı başlaya bilər.

Yellen qeyd edib ki, borc limiti qaldırılmasa, ABŞ tarixində ilk dəfə olaraq lazımi ödənişlərini edə bilməyəcək.

Qeyd edək ki, ABŞ-da federal hökumət defolta səbəb ola biləcək 31,4 trilyon dollarlıq borc həddinə çatıb.

Borc limiti və ya borc tavanı "ABŞ hökumətinin borclarını ödəmək üçün borc ala biləcəyi pul məbləğinin yuxarı həddi" deməkdir.

İqtisadçı Pünhan Musayev bildirib ki, ABŞ-ın artan borcu sadə riyazi nəticədən irəli gəlir.

Federal hökumət nəzərdə tutduğundan daha çox xərclədikdə, bu, illik kəsrlə nəticələnir və onu ödəmək üçün borc pul almağa məcbur olur.

Tarix boyu ən böyük kəsirlər isə müharibə və iqtisadi böhranla əlaqədar olduğundan, ən böyük borclanma da məhz belə fövqəladə hadisələrdən sonra müşahidə olunub.

-Pünhan Musayev

İqtisadçının sözlərinə görə, elə ilk sıçrayış da “Vətəndaş müharibəsi”ndən sonra yaşanıb, borc 5 il ərzində 4000 faizdən çox artaraq 2.7 milyarda yüksəlmişdi.

Son iyirmi illikdə artım çox ciddi sürətdə intensivləşib. Buna da səbəb Əfqanıstanİraq müharibələri, 2008-ci il tənəzzülü və Covid-19 pandemiyasdır.

Elə statistika da göstərir ki, 2001-ci ildən, məhz Əfqanıstan müharibəsindən sonra ABŞ xəzinəsi hər il orta hesabla təxminən 1 trilyon dollarlıq kəsirlə üzləşib. Başqa sözlə, hazırda mövcud olan 32 trilyon dollara qədər borc bir və ya bir neçə ilin içində formalaşmayıb, federal hökumət tərəfindən tarix boyu yığılaraq ödənilməmiş borcların ümumi məbləğini göstərir”-deyən iqtisadçı bildirib ki, həmçinin, kəsir və borclanmanın artmasında digər faktorlar kimi ABŞ hökumətinin məşğulluq və sosial tədbirlər çərçivəsində tətbiq etdiyi vergi güzəştləri və stimullaşdırıcı proqramları da qeyd etmək lazımdır ki, yəni mövcud vergi sistemi qanunvericiliklə müəyyən olunmuş xərcləri ödəmək iqtidarında deyil.

Əlbəttə ki, gəlir və xərclər arasında bu disbalansın da obyektiv səbəbləri var.

Ekspert qeyd edib ki, birincisi, bütün digər inkişaf etmiş ölkələrdəki kimi ABŞ da ciddi demoqrafik dəyişikliklərə məruz qalır, əhali qocalır və insanların orta ömür müddəti uzanmağa meyil edir.

Bunun qarşılığı isə təqaüdə çıxma xərclərinin artmasıdır.

İkincisi isə, təsadüfi deyil ki Birləşmiş Ştatlar dünyada ən bahalı səhiyyə sistemi ilə tanınır.

Hazırda ABŞ-da adambaşına düşən səhiyyə xərcləri 12 min dollar olmaqla OECD ortalamasını 2 dəfədən çox üstələyir.

Son illər sosial müdafiə sahəsində atılan addımlar da (Medicare və Medicaid) federal büdcənin yükünü artırır. Azalan vergi gəlirləri fonunda yaranan bu disbalans daha yüksək illik kəsirlərə gətirib çıxararaq, nəticədə milli borcu artırır.

Qaldı ki, borc limitinin artırılması məsələsinə gəldikdə isə, Pünhan Musayev bildirib ki, ABŞ tarixi boyu heç vaxt defolta məruz qalmayıb.

Düzdür, bu borcunu ödəyib bitirməkdən deyil, hər dəfəsində limitin artırılmasından irəli gəlib.

Limit 100 ildir tətbiq olunur, son yarım əsrdə hardasa 80 dəfə artırılıb.

Bəzi hallarda mühasibat və texniki problemlər, bəzən də kəskinləşən siyasi qütbləşmə (məsələn, 2011 və 2013-cü illər Obama administrasiyası dövrü) səbəbilə gecikmələr olsa da, lakin tezliklə həll edilib. Bunun da səbəbi dövlət borcunun əsas hissəsinin ölkənin Mərkəzi Bankı olan Federal Ehtiyat Sisteminə olmasıdır.

Xəzinədarlıq özü pul çap edə bilmir, səlahiyyət Mərkəzi Banka məxsusdur. Mərkəzi Bank da çap etdiyi pul qarşılığında xəzinədarlığa məxsus borc kağızı, yəni müəyyən faiz gəliri gətirən istiqraz alır.

Elə bu üzdən də hazırda Fed-in balansının 60%-ni ABŞ xəzinədarlığı tərəfindən buraxılan dövlət istiqrazları təşkil edir.

Maliyyə böhranına (2008) qədər nisbət 20% idi.

Bundan başqa, qeyd olunan qiymətli kağızların bir hissəsinin də alıcısı xarici ölkələrdir ki, onlar bu yolla həm də öz rezervlərinin bir hissəsini formalaşdırırlar.

Məsələn, ən çox alıcılar olan YaponiyaÇində bu kağızların ümumi dəyəri 1 trilyon dollar səviyyələrdir. Yəni, ABŞ-ın borclanması təkcə büdcə kəsirini bağlamaq deyil, mütərəqqi maliyyə sistemi deməkdir, dolların qlobal statusu deməkdir. Çünki ABŞ bu gün defolt elan etsə, dünyanın 2-ci və 3-cü iqtisadiyyatları da bundan əziyyət çəkəcək ki, bunu da heç kim istəməz.

Hətta ABŞ-ın defolta düşməməsi üçün federal hökumət nümayəndələri, senatorlardan tez digər ölkələr ayağa qalxar. Eynilə, “borclu borclunun sağlığını istəyər” tarixi məsəlimizdə deyildiyi kimi”-deyə iqtisadçı vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?