Analiz/Röportaj/Dizi/Tefrika

Böyük şair və dəyərli el ağsaqqalı, Soltan Abbas! -Namiq Hacıheydərli yazdı-

Azerbaycanlı şair ve araştırmacı Namiq Hacıheydərli, Azerbaycan edebiyat portalında “Dəyərli şairimiz, əziz ağsaqqalımız, Soltan Abbas!” diyerek şairin 90’ıncı yaşını tebrik ederek bir değerlendirmede bulundu

Böyük şair və dəyərli el ağsaqqalı, Soltan Abbas! -Namiq Hacıheydərli yazdı-
09-01-2023 18:34

Namiq Hacıheydərli’nin şair Soltan Abbas hakkında yazısı...

BAKI, Azərbaycan

Sizi 90 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Uca Tanrının izni ilə sağlam şəkildə 100 yaşı adlayıb keçmənizi diləyirəm.

Siz çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus sözü, yeri və nəfəsi olan şairlərimizdən birisiz. Özümü xoşbəxt sayıram ki, Sizi şəxsən tanımaq, dəfələrlə həmsöhbət olmaq, həyata və dünyaya müdrik baxışlarınızın ifadəsi olan dərin məzmunlu söhbətlərinizi dinləmək səadətini yaşamışam.

Muğan bölgəsində sözün daha çox dəyər qazanmasında, poeziyanın, ümumilikdə ədəbi dəyərlərin xalq arasında sevilməsində Sizin böyük əməyiniz danılmazdır. 

Siz 1971-ci ildə Salyanda yaranan “Kürün töhfəsi” Ədəbi Birliyinin ilk sədri olmusuz. Bir neçə il bu ədəbi quruma rəhbərlik etdikdən sonra Neftçalada yaranan “Xəzər nəğmələri” Ədəbi Birliyinə sədr seçilmisiz. 

Nə mutlu mənə ki, ilk sədri Siz olduğunuz “Kürün töhfəsi” Ədəbi Birliyinə 8 il – 2000-ci ildən 2008-ci ilə qədər rəhbərlik etdim. 

O zamanlar mənə ilk xeyir-dua verən ağsaqqallardan biri Siz oldunuz. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin Salyanda keçirilən təsis konfransında Xalq yazıçısı Anarın təklifi ilə Bölmənin sədri seçildim. 

Bölməyə rəhbərlik etdiyim bu 7 ildə də hər zaman Sizin mənəvi dəstəyinizi hiss etdim. Son 40-50 ildə Muğan bölgəsində doğulub boya-başa çatan qələm adamlarının çoxu Sizi özünə ustad, müəllim hesab edir, Sizdən öyrənir, bəhrələnirlər. 

Siz bu gün də ömrünüzün müdrik çağında yazıb-yaradırsız, Neftçalada “Xəzər nəğmələri” Ədəbi Birliyinə rəhbərlik edirsiz, onlarla yaradıcı gəncə yön verirsiz.

Siz zəngin həyat yolu keçmisiz. Ləyaqətli ömür yaşamısız.

Millətimiz və dövlətimiz adına alqışa layiq əməllərə imza atmısız.  Böyük şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi saniyənizi qızıl kimi xərcləmisiz. Bu nədənlə 90 yaşınızda Muğan elinin ağsaqqalı kimi qutsal bir titulu haqq etmisiz. 

Belə ömür və belə ağsaqqallıq hər Tanrı bəndəsinə nəsib olmur.

Dəyərli şairimiz, əziz ağsaqqalımız, Soltan Abbas!

Sizi bir daha 90 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Canınız hər zaman  sağlam, başınız uca olsun.

Tanrının izni ilə 100 yaşınızda görüşənədək.

Sayğılarımla;

.

Namiq Hacıheydərli, dikGAZETE.com

-Prezident Mükafatçısı, Şair, araşdırmaçı-

SİZİN DÜŞÜNCELERİNİZ?
TÜRKİYE GÜNDEMİ
BUNLAR DA İLGİNİZİ ÇEKEBİLİR
ÇOK OKUNAN HABERLER