30 illik işğal, təcavüz və cinayətlər cavabsız qalmamalıdır

İradə Cəlil

1 yıl önce

-Fərrux kəndində kütləvi məzarlıq-

BAKI, Azərbaycan

-Cinayətkar cəzasız qalanda…

30 illik erməni vandalizmi… Azərbaycan Ermənistanın 30 ilə yaxın müddət ərzində ərazilərimizi işğal altında saxladığı dönəmdə və o cümlədən də, bu proseslə paralel olaraq, Azərbaycan dövlətinə və xalqına qarşı, törətdiyi cinayətlərlə bağlı təbii ki, haqlı olaraq beynəlxalq platformalarda məsələlər qaldırır. 

Təbii ki, 30 illik işğal, 30 illik təcavüz, 30 illik cinayətlər cavabsız qalmamalıdır. Azərbaycanın bu məsələlərə susqun yanaşması, həm beynəlxalq hüquq baxımından, həm də ədalət baxımından doğru olmazdı.

Bu barədə Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. 

Ölkə başçısı İlham Əliyevdən sitat gətirən, politoloq bildirib ki, bura həm Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayətləri, Azərbaycan dövlətinə və Azərbaycan ərazilərinə qarşı törədilmiş kultursit, ekosit, urbitsit cinayətləri və bir sıra digər məsələlərlə bağlı qanunsuz addımlar daxildir.

Politoloqun fikrincə, belə bir prosesin cavabsız qalması həm Ermənistana, həm də bir sıra digər bu istiqamətlərdə cinayətlər törətmək istəyən, planlaşdıran subyektlərə stimul verir.

-Xəyal Bəşirov

Xəyal Bəşirov qeyd edib ki, beynəlxalq hüquq da daxili hüquqda olduğu kimidir.

“Əslində daxili hüquq ölkə daxilində mövcud olan ictimai mənsubiyətləri tənzimləyən bir sahədir. Beynəlxalq hüquq isə daha geniş miqyasda, dünya səviyyəsində dövlətlər arasında mövcud münasibətləri tənzimləyən elmdir. Cinayətin, hüquqa zidd əməlin törədilməsinə görə əgər daxili hüquqda şəxsə qarşı məsuliyyət tədbirləri kimi cəza tətbiq edilirsə, beynəlxalq aləmdə də eyni olmalıdır. 

Cəzanın tətbiq edilməsində əsas məqsəd, həmin o şəxsin yəni o cinayəti və hüquqa zidd əməli törətmiş subyektin islah olunmasına və eyni zamanda həm onu, həm də digər subyektləri gələcəkdə bu kimi addımların atılmasından çəkindirən addımdır”-deyən politoloq hesab edir ki, bu gün Ermənistanın məsuliyyət cəlb edilməsi, əslində bu istiqamətdə digər dövlətlər üçün də bir nümunə olacaq.

Azərbaycanın Ermənistanla bağalı beynalxalq məhkəmələrə müraciəti mövzusunda Xəyal Bəşirov qeyd edib ki, artıq Azərbaycan bu məsələdə bir sıra addımlar atıb. 

Belə ki, Azərbaycan İkinci Qarabağ müharivbəsi dönəmində Ermənistanın Azərbaycana mülki və əhalisinin yerləşdiyi Gəncə, Tərtər, Bərdə, Mingəçevir və bir sıra digər şəhərlərimizdə insanlara qarşı terror cinayətlərinin törədilməsi, mülki vətəndaşlara qarşı tətbiq edilməsi qadağan edilmiş silahlardan, fosforlu bombalardan, “İskəndər” raketindən və bir sıra təhlükəli silahlardan istifadə edilməsinə görə və eyni zamanda Azərbaycan vətəndaşlarının öldürülməsinə, onların əmlaklarının məhv edilməsinə, şəhərlərimizə qarşı vəhşiliklərin edilməsinə görə maddi və mənəvi ziyanın ödənməsi istiqamətində Avropa İnsan Haqları məhkəməsinəBeynalxalq Cinayət məhkəməsinə müraciət edilib.

Politoloqun sözlərinə görə, müraciət Ermənistanın dövlət olaraq törətdiyi cinayətlər və o cümlədən də Ermənistanın siyasi və hərbi elitasında o cinayətkar ünsürlərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərlə bağlı məsuliyyətə cəlb edilməsi istiqamətində addımları özündə ehtiva edir.

“Bəzi fikirlər var ki, məsələn Azərbaycanın atdığı addımları Dünya Birliyi əgər Azərbaycanı dəstəkləmirsə, “bu məsələdə Azərbaycan uğur əldə edə bilməz” bunlar hamısı yanlış fikirlərdir. Əslində biz zərərçəkmiş tərəf olaraq, üzərimizə düşən addımları atmalıyıq ki, gələcəkdə bu istiqamətdə Azərbaycan dövlətinin bu hüquq pozuntularına görə, zərər çəkmiş tərəf kimi addım atmaması ilə bağlı ittihamlar səsləndirilməsin.

Azərbaycana qarşı 30 ilə yaxın bir müddət ərzində işğal dönəmində 2020-ci il İkinci Qarabağ müharibəsi reallaşana qədər Azərbaycanın həm daxilində, həm xaricdə özümüzdən olan insanlar belə Azərbaycanı bu məsələdə ittiham edirdilər ki, “Azərbaycan əgər həqiqətən də Ermənistan tərəfindən işğala, təcavüzə və cinayətlərə məruz qalıbsa, niyə bununla bağlı beynəlxalq məhkəmələrə müraciət etmir”… Təbii ki, biz o zaman da edə bilərdik. Amma o zaman həmin o cinayətlər davam edirdi.

Həmin o cinayətlərin davam etdiyi dönəmdə prosesin davam etməsinə baxmayaraq, Azərbaycan həmin o cinayətlərlə bağlı kifayət qədər sübut və dəlillərə sahib deyildi. 

Bu da işğal prosesinin davam etməsi ilə əlaqədar idi. Çünki həmin ərazilər bizim nəzarətimizdən kənarda və cinayətkarların, işğalçıların nəzarəti altında idi. Oradakı o cinayətlərin izləri ilə bağlı sübutlara, dəlillərə bizim çatmaq imkanlarımız yox idi”-deyə politoloq qeyd edib.

Xəyal Bəşirovun sözlərinə görə, bu gün beynəlxalq hüquq çərçivəsində Ermənistanın Azərbaycana qarşı attığı bütün addımlarla əlaqədər kifayət qədər sənədlər, mexanizmlər var ki, Ermənistan bu faktlar əsasında cəzalandırılsın.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI