Sevilən birinin itkisinin öhdəsindən necə gəlmək olar?

BAKI, Azərbaycan

Ölüm, sevilən birinin itkisi insan üçün çox ağırdır. Lakin itki təkcə yaxınlarının ölümü ilə məhdudlaşmır; boşanma, münasibətin sonu, işdən çıxma və sağlamlıq problemləri də bu kateqoriyaya daxildir. Bu vəziyyətlər tez-tez depressiya, apatiya, psixosomatik problemlər və digər xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Buna baxmayaraq, sevilən birinin ölümü ilə qarşılaşmaq, digər itkilərlə müqayisədə ən çətinidir. Bizim mədəniyyətimizdə ölüm mövzusunda danışılmayan bir tabu mövcuddur; bu barədə düşünməməyə və danışmamağa çalışırıq. Sevilən bir insanın ölümü ilə qarşılaşdığımızda itkinin acılığından sağ çıxmaq və onunla barışmaq inanılmaz dərəcədə çətin ola bilər və bəzən qeyri-mümkün görünür.

Hər kədər özünəməxsusdur və onun öhdəsindən gəlmək üçün universal bir yol yoxdur. Bu, mərhumla münasibətlərdən, onun həyat və ölüm şəraitindən, yas tutanın mənsub olduğu din və mədəniyyətdən, həmçinin onun psixikasının fərdi xüsusiyyətlərindən asılıdır. Bununla belə, itki ilə başa çıxma prosesində müəyyən qanuna uyğunluqlar və mərhələlər mövcuddur.

İtkinin mərhələləri

Mərhələ 1 – Şok və inkar.

İlk mərhələdə beyin hadisənin reallığını qəbul etməkdə çətinlik çəkir. Şok və inkar vəziyyəti yaşanır; “bu bir növ səhvdir” düşüncəsi ilə qarşılaşılır. Bu mərhələdə itkiyə alışmaq üçün özünüzə vaxt ayırmalısınız. Duyğuların ağlı başında olmaq, bu dövrdə özünüzü sakitləşdirmək çox əhəmiyyətlidir.

Mərhələ 2 – Qəzəb və günahkarlıq.

Bu mərhələdə, baş verənlərin ədalətsizliyi kəskin şəkildə hiss edilir: “Belə olmamalıdır.” İnsan baş verənlərə görə günahkar axtarır – həkimlər, başqaları, şərait, özü, hətta uca Allaha asi olur. Bəzən, səni tərk edən insana qarşı qəzəb hissini qəbul etmək çətin ola bilər. Bu mərhələdə duyğularınızı anlamaq və onları ifadə etmək vacibdir.

Mərhələ 3 – Sövdələşmə

Sövdələşmə mərhələsində, kədərlənən adam beyinində davamlı olaraq “Nə olardı, əgər… Bu olmazdı, əgər…” kaş ki,’- kimi düşüncələrdə boğulur. Bu mərhələdə keçmişdəki qərarların təsirini və mövcud vəziyyəti dəyişdirmək arzusu ilə mübarizə aparılır.

Mərhələ 4 – Depressiya

Qəbul etmək, kədərlənmək və yaşamaq vacib olan kəskin ağrı bu mərhələdə baş verir. Depressiya, apatiya, dağıntı və gücsüzlük kimi hisslər meydana çıxır. Psixosomatik ağrılar ilə bu etapda Bu başlayır. Fərqli orqanlarda ağrılar bu psixiloji hal ilə əlaqəli olur. Bu mərhələdə duyğularınızla barışmaq və kədəri yaşamaq çox əhəmiyyətlidir.

Mərhələ 5 – Qəbul

Son mərhələdə insan vəziyyətdən çıxmağa hazır olur, artıq vəziyyəti günahlandırmır və çaxnaşmaya təslim olmur. Bu, yeni bir fəslin başlanğıcıdır. Kəskin ağrı arxada qalır, özünüz, məqsədləriniz və həyatınız haqqında yenidən düşünmə zamanı gəlir. Yeni bir mənəvi dəyər və həyatın yeni mənası əldə edilir. Əhəmiyyətli olan əvvəlki mərhələlərdən keçmək və heç bir mərhələdə ilişib qalmamaqdır. Tez rahatlama gözləmək olmaz; normal qəm ömrü, kədərini yaşama müddəti təxminən bir il və ya il yarım çəkə bilər.

Dəstək və yenidən qurulma.

Yas dövründə, dostlar və qohumlar bəzən itki ilə üzləşən şəxsə necə kömək edəcəklərini bilmir. Bu dövrdə hisslərinizi dərk etmək və onları sizə rəğbət bəsləyən, bütün duyğularınızı qəbul edə bilən, dinləməyi bacaran biri ilə bölüşmək çox vacibdir. Əgər belə bir insan yoxdursa psixoterapevt də kömək edə bilər, zəruri hallarda mütəxəssislərlə əlaqə saxlayın.

Yaxınını itirmiş insan öz həyatını və həyat tərzini yenidən qurmalıdır. Yeni bacarıqlar öyrənmək, əvvəllər etmədiyiniz işləri yerinə yetirmək və başqalarından kömək istəməkdən çəkinməməlidir. Bağlılığın güclü olması kədəri artırdığına dair stereotipləri dəyişdirmək lazımdır. Sevgimizi və dostluğumuzu xatirələr vasitəsii ilə ifadə edə bilərik; yaddaşımızdakı parlaq xatirələrə qayıtmağımıza heç kim mane olmur. Mərhuma qarşı yeni münasibət qurmaq lazımdır ki, bu da unudulma demək deyil, onun sizin həyatınizda və yaddaşınizda xüsusi bir yer müəyyənləşdirmək deməkdir.

Və ən əsası, sevdiyi insan itkisini yaşamış insanın hələ də yaşamağa davam edə biləcəyini başa salmaq vacibdir. Bəli, həyat əvvəlki kimi olmayacaq, amma davam etmək və hətta xoşbəxt olmaq mümkündür. Özünüzə və yaxınlarınıza diqqətli olun, sevdiklərinizlə çox zaman keçirin və onlar həyatda var ikən “NƏ YAXŞI KI, VARIMSAN” deməkdən çəkinməyin.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktörü-

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə bilərlər və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər.)

Həmçinin Instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.