BAKI, Azərbaycan

Son zamanlar ailə-məişət zəminində qətllərin sayı durmadan artır.

Və əgər törədilən qətllərin statistikasına nəzər salsaq, görərik ki, bütün cinayətlərin kökündə əxlaqsızlıqəxlaqsızlıqdan doğan səbəblər durur.

Bir müddət öncə Biləsuvar rayonunda baş vermiş qeyri-adi cinayət hadisəsi yəqin ki, yadınızdadır.

Bu hadisədə zərərçəkmiş gunahkar hesab edilsə də, hadisəyə bir qədər başqa müstəvidən baxmaq lazımdır.

Düşünürəm ki, qadının razılığı olmadan heç bir kişi onunla zorla münasibətdə ola bilməz.

Hələ üstəlik, bu qadın evlidirsə…

Tez-tez kişilərin qeyrətsizliyini dilə gətirib, hamını eyni gözdə görən xanımlarımız bilməlidir ki, Azərbaycan kişisi qeyrətsiz deyil.

Kişi hər hansı bir səhv addımı atırsa, bu addıma onu qadın sürükləyir...

Nə isə, danışacağım əsas mövzu əxlaqsızlığın təbliği və bəzi jurnalistlərimizin axmaq yazıları ilə bağlıdır.

Düşünürəm ki, cəmiyyətdə artan əxlaqsızlıqların, xəyanətlərin kökündə əxlaqsızlğın təbliği durur.

Bu gün hər hansı bir xanım internetə girib, rahatlıqla məlumatlanmaq qabiliyyətinə malikdir.

Saytlarımızın isə maşallahı var.

İnformasiya savaşında qalib gəlmək, reytinq yüksəltmək, oxunaqlı olmaq üçün saytlar yataq otağından hamama qədər bütün hər şeyi xəbərə çevirə bilirlər.

Bir neçə gün öncə saytların biri Rəqsanənin otel otağında yataqda çəkilmiş fotolarını yayımlamışdı.

Başqa bir saytda isə guya şəhərin elit xanımlarının reklamı gedirdi.

Səhv etmirəmsə, yazılardan birinin başlığı belə idi: “Kişilərlə paylaşmağı sevirəm…

Nədir bu?

Belə xəbərlər nəyi təbliğ edir?

Təbii ki, bütün bu kimi xəbər materilları xalq arasında əxlaqsızlığı təbliğ edir.

Bu gün hər hansı gənc bir xanım Rəqsanənin qızını, tanımadığımız digər “elit” xanımların yataq otaqlarından tutmuş qarderobuna kimi görürsə, təbii ki, bu gəncdə də eyni istəklər baş qaldırır.

Bu gənc də gördüyü yaşıdları kimi yaxşı yaşamaq, geyinmək istəyir.

Bu dövrdə isə yaxşı yaşamağın yolları hamıya bəllidir.

Bəzi jurnalistlərimiz də 20-30 manat əlavə qazanmağa görə, verdikləri xəbərlərin nə kimi fəsadları olacağını düşünmədən nəyi bacardılar, nəyi gördülər yazırlar.

Yazılarda mentalitet, ciddilik, məsuliyyət hiss olunmur.

Hər hansı belə xəbəri oxuyanda yazının qonarar xətrinə yazıldığını hiss edirsən.

Artıq jurnalistlərin də dəyəri pulla ölçülür, “bu jurnalist filan müğənninin yatağından reportaj hazırlayıb”, “hə, bu yazıya yaxşı qonarar düşür” deyir bəzi redaktorlarımız.

Bayaqdan “jurnalistlərimiz- jurnalistlərimiz” deyirəm, az qala redaktorları unutmuşdum.

Xəbəri jurnalist yazırsa da, o, redaktorun nəzarətindən keçəndən sonra yayımlanır.

Belə çıxır ki, bu gün belə xəbərləri hazırlayan, yayan saytlarda əxlaq hissi çoxdan ölüb.

Jurnalisti-redaktoru qarışıq bu saytlar əxlaqsızlıq yuvasından başqa bir şey deyildir.

Sadəcə, bir fərq var ki, bu saytlarbədənlərini” deyil, “dillərini” satırlar.

Rəqsanənin 5 gündən bir ər dəyişməsi, Mehriban Xanlarovanın kəbinli əri tərfindən döyülməsi, hansısa teleaparıcının erotik şəkillər çəkdirməsi, ərindən boşanan kimi efirə cumub oxumağa çalışanın başına gələnlər, səsi olmadığı üçün bədənin ortaya qoyan müğənniciklərinbiznesi” axı kasıb xalqın nəyinə lazımdır?

Sizin verdiyiniz xəbərlərə baxan bir çox ağılsız qadın elə hesab edir ki, boşanıb müğənni olsa, həyatı lüks olacaq.

Bu səbəbdən dağılır ailələr.

Sizin xəbərlərə baxan qadınlar düşünür ki, “Mənim nəyim Rəqsanədən əksikdir, ağzım-burnum yerində, silikonum da yoxdur, məni niyə sevməsinlər, mən niyə qazanmayım, niyə mənim həyatımda yaxşı pullu kişi olmasın?

Sizdən acizanə bir ricam var: evdə uşağınızın çörəyini düşündüyünüz kimi, yazdığınız yazıların nəticələrini də düşünün…

Əxlaqsızlığı bəlkə özünüz də fərqinə varmadan, siz təbliğ edirsiniz.

Belə səbəblərdən dağılır ailələr, belə səbəblərdən kişilərin əli qana batır.

Heç bir kişi həyatı barmaqlıqlar arasına keçirmək həvəsində olacaq qədər axmaq deyil.

Sizin 30-40 manat qazanacağınız xəbərlərin ucbatından insanların həyatı məhv olur, fahişələrin sayı artır, cinayətlər gündən-günə çoxalır.

Sizin yazılarınız insanlarda psixoloji problemlər yaradır.

Sizə heç kəs “dur” deməyəcək.

Çünki nə vəzifəli şəxsləri söyürsünüz, nə də ciddi işlərlə məşğul olursunuz.

Vicdanınıza qulaq asın…

Axı sizin də ailəniz, ananız, bacınız var…

.

İradə Cəlil, dikGAZETE.com

Dikkat!

Yorum yapabilmek için üye girşi yapmanız gerekmektedir. Üye değilseniz hemen üye olun.

Üye Girişi Üye Ol


sanalbasin.com üyesidir