SUMQAYIT, Azərbaycan

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan “Beşiktaş” və “Qalatasaray”ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda ajiotaj yaratmış və dərhal futbolçularımızıdan bir neçəsinin adı Türkiyə klubları ilə anılmağa başlamışdı.

O vaxt Mahir Emrelinin “Beşiktaş”a, Qara Qarayevin “Yeni Malatyaspor”a, Emin Mahmudovun “Çaykur Rizespor”a keçidin bir addımlığında olması yönündə məlumatlar dolaşmağa başladı.

Bu mövsümün əvvəlində isə Araz Abdullayevin “Boluspor”da peyda olduğunu gördük. 

Amma Abdullayevin qardaş ölkədəki çıxışı Türkiyədə futbolçularımıza minimuma bərabər inamının da üstündən xətt çəkməkdədir. 

Hərçənd buna qədər də bir neçə futbolçumuz qardaş ölkədən əli ətəyindən uzun qayıtmışdı.

Vaxtilə millimizin məlum səbəblərdən Trabzonda keçirdiyi “ev” oyunları zamanı bəyənilən Vyaçeslav Lıçkinin sonradan Türkiyə milli komandası ilə yoldaşlıq qarşılaşmasında da günəş kimi parlaması sonradan onun Şenol Günəşin sərəncamına yollanmasına imkan yaratdı, ancaq yarımmüdafiəçinin “Trabzonspor" klubundakı karyerası bir oyundan ibarət oldu ki, bu da hələ də Lıçkinin komanda tarixinin ən uğursuz transferlərindən biri hesab edilməsinə yol açıb.

Növbəti dəfə oyunçumuzu Super Liqada görmək üçün baş məşqçimizin orda olması zərurəti yarandı. 

1999-cu ilin oktyabrında “Ərzurumspor”un baş məşqçisi təyin olunan Ruslan Abdullayev komandasını 1999/2000 mövsümündə Super Liqada saxlaya bildi. 

2000/01 mövsümünün əvvəlində yeni müqavilə imzalayan mütəxəssis köməkçiləri ilə yanaşı, futbolçular Vidadi Rzayev, Rafael ƏmirbəyovNadir Şükürovu da qonşu ölkəyə apardı.

Artıq 2000-ci ilin avqustunda müqaviləsinə xitam verilən baş məşqçi kimi oyunçuların da karyerası uğursuz alındı. 

Nadir Şükürovla Rafael Əmirbəyov sifariş oluna bilmədiyindən debüt imkanı qazanmadılarsa, Vidadi Rzayev iki çempionat görüşündə meydana çıxdı. 

İlk iki turda “Trabzonspor”a 1:3, “Qalatasaray”a 0:7 hesablı məğlubiyyət təmsilçilərimizin Türkiyə macəralarına son qoydu.

Bəlkə də Türkiyə Super Liqasında özünə yer tapacağına ən çox ümid etdiyimiz futbolçumuz Rəşad Sadıqov idi. 

İnsafən, hazırda “Zirə” komandasına rəhbərlik edən keçmiş müdafiəçinin "Kayserispor"dakı karyerası pis başlamamışdı və 10 matçda Kayseri təmsilçisinin formasını geyinən Rəşad Sadıqov avrokuboklarda da debüt imkanı qazandı. 

Sonradan sağ cinah müdafiəçisi kimi çıxış etməsi ilə razılaşmayan Sadıqov Azərbaycana qayıtmaqla uğurlu karyera qurmaq ehtimallarının üstündən xətt çəkdi. 

Təsadüfi deyil ki, sonradan "Kocelispor" və "Eskişehirspor"un futbolçusu kimi qardaş ölkəyə dönsə də, müxtəlif səbəblərdən Türkiyədə duruş gətirə bilmədi. 

Türkiyəyə sonuncu gedişində “Eskişehirspor”da əsas heyətdə möhkəmlənə bilməyən futbolçumuz 2008/09 mövsümünün ikinci yarısında “Kocaelispor”un aparıcı simasına çevrilsə də, sonda komandanın yüksək dəstəni tərk etməsi ilə komandadan ayrılmışdı.

Yeri gəlmişkən, həmin mövsümdə Ramal Hüseynov da Kocaeli təmsilçisində debüt etmiş və ilk oyundaca qol hesabını açmışdı.

Lakin bütün bunlar onları digər Super Liqa klubuna apara bilmədi.

Türkiyə futbolunun Azərbaycanlı yetirməsi İlqar Qurbanova da ümidlər böyük idi. 

Aşağı yaş qruplarında formasını geydiyi “Fənərbaxça”nın kapitan sarğısını da daşıyan orta xətt oyunçusu sonradan futbolçularını “yağ içində böyrək” kimi saxlayan “Xəzər Lənkəran”ın sərfəli müqavilə təklifinə razılıq verməklə Azərbaycana qayıtdı və sıradan futbolçuya çevirildi. 

Düzdü, Qurbanov sonradan yenidən Türkiyəyə üz tutdu və Superliqada "Sivasspor"da top qovdu, amma artıq yüksək səviyyəli futbolçu olmaq istəyi xəyaldan başqa bir şey deyildi.

Türkiyənin yüksək liqasında top qovan hələlik sonuncu futbolçumuz isə Ramil Şeydayev oldu.

Maraqlıdır ki, Lıçkinin başladığı Türkiyə macəralarımız eyni klubda – “Trabzonspor”da başa çatdı. 

Ramil 2016/17 mövsümündə 10 çempionat matçına çıxsa da qol hesabını aça bilmədi. 

Düzdür, forvard kubokda fərqlənmişdi. 

Amma Super Liqada uğursuz oynamaqla Türkiyəyə həmkarlarının yolunu bağlamış oldu.

Türkiyədə çıxış edən futbolçularımız çox olsa da, Super Liqada şans qazananları barmaqla saymaq olar. 

Onların göstəriciləri də öyünməyə əsas vermir. 

Türkiyə klublarının futbolçularımıza maraq göstərməməsi də məhz təmsilçilərimizin Türkiyədə sərgilədiyi xoşagəlməz performansın nəticəsidir. 

Çığıraçan Lıçkinin bir oyunluq “Trabzonspor” karyerası, onun həmin klubdakı davamçısı Şeydayevin heç nə ilə yadda qalmaması, aşağı səviyyəyə malik futbolumuzda fərqlənməsi daha güclü liqalarda oynaması üçün yetərli olmayan Rəşad Sadıqovun üç uğursuz cəhdi, yüksək səviyyəli maliyyə iddiaları ilə sıravi yerli futbolçuya çevirilən İlqar Qurbanovun Türkiyədə alınmayan oyunu indi Türkiyə klublarının bizim futbolçuların transferinə soyuq yanaşmasını şərtləndirir.

.

Tural Məmmədov, dikGAZETE.com

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Her türlü yorum, editör onayı gerekmeden anında yayınlanır. Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlâka ve dini değerlere aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk, yorum sahibine ya da içeriği gönderen Üye/Üyeler’e aittir. Talep edildiğinde "IP no" ilgili mercilerle paylaşılır. Kısa yorumlarınızı, sayfa yenilenme süresi dolmadan “yorum gönder” butonuna tıklayıp kaydetmelisiniz; uzun yorumların, farklı sayfada yazılıp, kopyala-yapıştır şeklinde eklenmesi sayfa yenilenmesi halinde oluşan kayıpları önleyecektir.


sanalbasin.com üyesidir