"...Bəzən hamımız bir filmə həbs olunmuşuq hissinə qapılıram… Rollarımızı bilirik, hara doğru gedəcəyimizi bilirik, necə oynayacağımızı bilirik, təkcə kamera yoxdur. Yenə də çıxa bilmirik filmin içindən!” (Bukovski)

...Mən kasıb br ailənin ilk övladıyam. Bakılıyıq və Bakı kəndlərindən birində qalırdıq.

Kiçik həyətimiz, baxçamız vardı. Bibilərim də qonşumuz idi. Bibimin yoldaşı qapısından evə qədər nərgiz gülləri əkmişdi.

Hər səhər yuxudan oyanan kimi nərgizlərin yanına gəlir, qoxlar, sığallayardım.

Bibim deyirdi ki, yoldaşı gülləri qoparmağa icazə vermir.

Qoxlamaq olar, sığallamaq olar, amma qoparmaq olmaz.

Yataq otağımın pəncərəsi nərgizlərə açılırdı.

Hər sabahı da nərgiz qoxusuyla oyanardım yuxudan.

Bir dəstə nərgizə yaxın ikən uzaq idim.

İllər keçdi.

Bibim də, yoldaşı da dünyasını dəyişdi. Amma nərgizlər hər il açır, qoxusu ətrafa yayılır.

Daha mən də o həyətdə yaşamıram, daha o nərgizlər də maraqlı deyil.

Həyat ətrafımızda dönür, istədiklərimizi əldə edə bilmirik, istəmədiklərimiz gözümüzün önündən çəkilmir.

Nədəndir bilmirəm, hər zaman düşünmüşəm ki, sanki bir oyununmu deyim, filiminmi deyim, içindəyik.

Yazan yazıb, biz oynayırıq, istəsək də, istəməsək də sonda yenə onun yazdığı həyata keçir.

Bəzi impovizələr etsək də, yazılandan kənara çıxa bilmirik.

Qazanırıq, itiririk və oyun davam edir.

Son zamanlar soyuq olmuşam həyata qarşı. Sanki mən onun ardınca qaçdıqca, o, məndən uzaqlaşırdı. Mən də buraxdım ipin ucunu.

Əvvəl mən taleyimin, qədərimin arxasınca sürünürdüm, indi qoy o, mənim arxamca gəlsin.

Yetişə bilsə.

Sosial şəbəkələrdən də soyumuşam.

Bir yadlıq, ögeylik hiss edirəm.

Sanki içimdə qırılan bir şeylər var. Sanki oxucu dost, həmkar dediyim insanlar da saxtadır. Sanki yalanla çərçivələnmiş bir dünyadayam.

Yox olmaq istəyi hissini heç yaşadınızmı?

Bax, eynən o hissləri yaşayıram.

Şəbəkələrdən uzaq, telefonlar qapalı.

Bir mənəm, bir uşaqlıq xatirələrim.

Hər şey gözüm önündən gəlib keçir.

Sanki heç illər keçməyib, sanki bir səhər yenə nərgiz qoxusuna ayılacağam yuxudan.

Nərgizlərə sığallaycağam, qoxlayacağam.

Mənim olsun arzusuna qapılacağam, əlimdə ikən, qoxusunu hiss etdiyim halda uzaq olduğu ağrısını yaşayacağam.

Hərşey o gün başladı...

Onunla ara-sıra danışardım facebookda. Müşfiq müəllimin zarafatları, öyüd nəsihətləri, bəzən isə acı həqiqətləri birbaşa deməsi məndə ona qarşı böyük hörmət hissi yaratmışdı.

Bilmirdim kimdir, nə işləyir, bilmirdim haralıdır, heç maraqlı da deyildi.

Hanı bəzən insanlar olur, onunla sadəcə kəlmə kəsib söhbət etmək bəs edir, kimliyi səni maraqlandırmır.

Müşfiq müəllim də elə insan idi.

O sabah zarafatla “Qubaya getmək istəyirəm” yazmışdım.

Müşfiq müəllim də, “Sən hələ Bakıdasan? Mən artıq Qaxa gedirəm” yazdı...

Bu yazışmanın son olduğunu bilsəydim...

Səhəri ağır xəbərlə açdıq: Müşfiq müəllim Ağdaş yolunda avtomobil qəzasında dünyasını dəyişmişdi. Sanki bir anda yaşam sevincim itdi.

Tanımadığım insan üçün hönkür-hönkür ağlamağa başladım.

Qəbul edə bilmirdim bu xəbəri, sanki üzərimə bir ağırlır çökmüşdü. Bütün səhifələrdə hamı ondan yazırdı.

Məətəl qalmışdım, bir insan bu qədər sevgini necə qazana bilər? Cavan idi hələ, ömrünün 40-nı yenicə haqlamışdı. Arzuları vardı, böyük insan idi.

Ölüm barəsində danışmamışdıq, amma elə enerji dolu, zarafatcıl insanın ölüm barədə düşündüyünə inana da bilməzdim.

Səhifəsində yazılan rəhmət diləklərini görəndə içim ağrıdı.

İnsanlar öləndən sonra övladları, dostları, həyat yoldaşları kimi səhifələri, onlara aid olan əşyalar da yetim qalır, iç ağrıdır.

Yenə nərgiz qoxusu hiss elədim, nərgiz fəsli olmasa da... həyatın əlimdəykən, hiss edib, toxuna bildiyim halda mənə aid olmaması hissi…

.

İradə Cəlil, dikGAZETE.com

Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete

Dikkat!

Yorum yapabilmek için üye girşi yapmanız gerekmektedir. Üye değilseniz hemen üye olun.

Üye Girişi Üye Ol

sanalbasin.com üyesidir