BAKI, Azərbaycan

Azərbaycan xalqının və mədəniyyətinin formalaşmasında Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsi rol oynayıb. 

Azərbaycanın işğaldan azad olunmuş torpaqları yeraltı və yerüstü sərvətləri ilə zəngindir.

Mütəxəssislərə görə, zəngin yeraltı və yerüstü su ehtiyatlarına malik Qarabağ diyarında ölkənin illik su ehtiyatının 18 faizi toplanıb.

Azərbaycanda olan 9 iqlim qurşağından 6-sı Dağlıq Qarabağdadır. Dağlıq Qarabağ zəngin və unikal kurort-turizm ehtiyatlarına - təmiz dağ havasına, meşələrə, müalicəvi mineral sulara, alp çəmənliklərinə malikdir.

Tarixçi Kamran İsmayılovun sözlərinə görə, Qarabağ təkcə relyef və iqlimi ilə deyil, eləcə də torpaq tiplərinin zənginliyi və müxtəlifliyi ilə fərqlənir. 

Bölgənin şərq hissəsində, düzən ərazilərdə boz-qəhvəyi, şimal-qərbdə və cənub-şərqdə dağ-qəhvəyi, yüksək dağlarda isə qəhvəyi dağ-meşə və dağ-qaratorpaq torpaqlar var: 

"Bitki örtüyü də müxtəlifdir. 114 min hektar ərazini meşələr, 57 min hektarını kolluqlar tutur. 

Qarabağın meşələrində palıd, fıstıq, cökə, göyrüş (vən), vələs, çinar, qoz, alma, armud, albalı, gavalı, zoğal kimi meyvələr bitir.

Bəzi ağacların yaşı 150-200 ilə, hündürlüyü 25-30 metrə, gövdəsinin diametri 2.5 metrə çatır”.

Ekspert qeyd edib ki, Dağlıq Qarabağda böyük əhəmiyyətə malik faydalı qazıntı yataqları mövcuddur. 

Belə ki, MezozoyKaynozoy geoloji eralarına aid əhəngdaşı, gil yataqları geniş yayılıb.

Onun sözlərinə görə, TərtərXançay çayları arasında Mehman Dərə yatağında qalay, mis, sink, gips, əhəng çıxarılırdı.

"Hadrut rayonunda mərmər yataqları mövcuddur. Dağlarda xromit, qurğuşun, polimetal filiz, tikinti materiallarının, xüsusən sement, odadavamlı kərpic, təbaşir istehsalı üçün zəruri olan digər təbii materiallar mövcuddur. 

Ağdərə rayonunun Dovşanlı kəndi yaxınlığında oyma və üyüdücü daş yatağı yerləşir. 

Şuşa şəhərində yerləşən Turşsu mineral hidrokarbonat mənbəyi bir çox xəstəliklərin müalicəsində istifadə olunduğundan çox populyar idi. 

Burada həmçinin müxtəlif tərkibli 11 bulaq növünə aid 120 mineral su mənbəyi kəşf edilmişdir".

Ekspert vurğulayır ki, Ermənistan tərəfindən işğal edilən ərazilərdə törədilən ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir: 

"Belə ki, silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub".

.

İradə Cəlil, dikGAZETE.com

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Her türlü yorum, editör onayı gerekmeden anında yayınlanır. Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlâka ve dini değerlere aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk, yorum sahibine ya da içeriği gönderen Üye/Üyeler’e aittir. Talep edildiğinde "IP no" ilgili mercilerle paylaşılır.


sanalbasin.com üyesidir