SUMQAYIT, Azərbaycan

Futbol üzrə Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsindəki PortuqaliyaSerbiya ilə müvafiq olaraq səfər və “ev” oyunları yaxınlaşdıqca ölkənin əsas millisi futbol ictimaiyyətinin gündəmindəki yerini möhkəmləndirir, ancaq bu dəfə də əvvəlki kimi yığma komandamızın italiyalı çalışdırııcısı Canni de Byazinin sərəncamına dəvət etdiyi futbolçuların siyahısı müzakirə mövzusudur.

Fərq orasındadır ki, italiyalı müütəxəssis əvvəlki matçlar ərəfəsində seçmə komandamızdan kənarda qalan oyunçulara görə tənqid olunurdusa, indiki halda ölkənin bir nömrəli komandasının düşərgəsinə cəlb olunan bəzi futbolçuların da adları ətrafında qızğın müzakirələr gedir.

Ümumiyyətlə, qarşıdakı oyunlar üçün çempionluq mübarizəsi aparan “Neftçi”dən üç, ölkə Premyer Liqasının “zirzəmisindəki” “Sabah”dan isə altı futbolçunun cəlb olunması və UkraynaMinay”ının milli komandamızın debutantı olan üzvü Anatoli Nuriyev istisna olmaqla xaricdə top qovan heç bir futbolçumuzun millinin toplanışına dəvət olunmaması diqqət çəir. 

Yadınızdadırsa, Millətlər Liqasının oyunları zamanı Dmitri Nazarov Azərbaycandan qayıtdıqdan sonra Almaniyada karantində qalacağını və klubunun oyunlarını buraxacağını əsas gətirərək yığmanıın düşərgəsinə gəlmək istəməmişdi. 

Görünür, bu dəfə də həm “Aue”nin yarımmüdafiəçisi, həm də digər legionerlərimiz üçün klub karyeraları millidən üstün olub ki, bu da millimizə cəlb olunan əcnəbilərin yığmamıza sadəcə yaxşı qazanc yeri kimi baxdığını bir daha ortaya qoyur.

Bəs görəsən, Canni de Byazinin siyahısında daha hansı yanlışlıqlar var? 

İtaliyalı çalışdırıcının 30 futbolçudan ibarət olan siyahısındakı futbolçuları mövqelər üzrə dəyərləndirdikdə “Qarabağ”da meydan üzü görməyən qapıçı Emil Balayevin millinin düşərgəsində olmasının birmənalı qarşılanmadığını qeyd edə bilərik. 

Əvəzində ölkə çempionatının lideri olan “Neftçi”nin bütün matçlarda meydana çıxan qolkiperi Aqil Məmmədovun diqqətdən kənarda qalmasını qeyd edə bilərik.

Müdafiə xəttində yer alan oyunçuların millidə yer almasını qanunauyğunluq kimi qiymətləndirə bilərik. 

Düzdü, “Neftçi”də forma geyən Ömər Buludovun düşərgədə olmamsını vurğulamaq olar, ancaq bunu De Byazi üçün “bağışlanmaz səhv” adlandırmaq olmaz. 

Həmçinin “Qarabağ”dan Emin Cəfərquliyev, “Zirə”dən Sərtan Taşkın kimi müdafiıçilərin yığmaya cəlb olunması da normal qarşılana biləcək haldır.

Canni de Byazinin yarımmüdafiəçi seçimlərində də mübahisəli məqamlar kifayət qədərdir. 

Məsələn, “Qəbələ”dən Rövlan Muradov, “Zirə”dən Qismət Alıyev və klubsuz olduğu dönəmdə milliyə dəvət olunan Araz Abdullayevin özünü TürkiyəBoluspor”unda nisbətən yaxşı tərəfdən göstərdiyi dövrdə milliyə cəlb olunmamsı təəccüb doğurur. 

Əvəzində ölkə çempionatının sonuncusu olan “Sabah”da az şans qazanan Coşqun Diniyevin De Byazidən dəvət alması qəribədir.

Hərçənd Diniyevin adının ilkin siyahıda olmaması da istisna deyil, çünki həmin mövqedə son vaxtlar Elvin Camalov çıxış edir.

Sadəcə, “Zirə”nin futbolçusunda son anda koronavirus testi müsbət çıxandan sonra vakant yer yaranıb ki, belədə Coşqunun heç alternativi də yoxdur.

Hücum xəttindəki seçimlərdə isə qaranlıq məqamlar yetərincədir.

Ən əsas müzakirə mövzsu yalnız son çempionat matçında Sabah”ın əsas komandasına qaytarılan Ramil Şeydayevin əsas milliyə dəvət edilməsi və yığmanın qapılarının “Zirə”nin əsas oyunçusu olan Ağabala Ramazanovun üzünə bağlanmasıdır ki, qaranlıq məqam da məhz Ramazanovla bağlıdır.

“Riad Rəfiyev Ağabalanı “Şerif”ə aparmaq istəyirdi. Agent kimi onun da bu transferdə qazancı olacaqdı. Ancaq moldovanların təklif etdiyi şərtlər Ağabalaya sərf etmədiyindən keçid baş tutmadı. 

Həmin gündən “Sumqayıt”in menecer-prezidentinin onunla arası dəydi. Bu gün də Rəfiyev qardaşımdan həmin heyfi çıxır. De Byazi ilə yaxınlıqdan istifadə edib, Ağabalanın yığmaya yolunu bağlayır” – bu sözləri Ağabala Ramazanovun qardaşı Zaur Ramazanov ötən ilin noyabrında demişdi. 

Göründüyü kimi, prinsip davam edir. 

Ağabala Ramazanov yenə də millinin heyətinə dəvət almayıb. 

.

Tural Məmmədov, dikGAZETE.com

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Her türlü yorum, editör onayı gerekmeden anında yayınlanır. Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlâka ve dini değerlere aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk, yorum sahibine ya da içeriği gönderen Üye/Üyeler’e aittir. Talep edildiğinde "IP no" ilgili mercilerle paylaşılır. Kısa yorumlarınızı, sayfa yenilenme süresi dolmadan “yorum gönder” butonuna tıklayıp kaydetmelisiniz; uzun yorumların, farklı sayfada yazılıp, kopyala-yapıştır şeklinde eklenmesi sayfa yenilenmesi halinde oluşan kayıpları önleyecektir.


sanalbasin.com üyesidir