BAKI, Azərbaycan

Bir müddət əvvəl İmişli rayon Qızılkənd kəndində Qızıltəpə adlanan ərazidə Orta əsrlərə aid qəsr aşkar edilib. 

İmişli rayonu Qızıltəpə ərazisində araşdırma AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, İmişli ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev tərəfindən aparılıb.

Qızıltəpəyə çıxmaq o qədər də asan deyil. 

Təpəyə qalxmaq üçün torpaq qatında pilləkənlər qazılsa da, zirvəyə az qalmış pilləkənlər itir.

Təpə 4 tərəfdən su hövzələri ilə əhatə olunub. 

Hazırda ərazi baxımsız olduğu üçün hövzələri yosun və qamış basıb. 

Ərazidə qazıntı işlərinin aparılmasına və əsaslı təmirə ehtiyac var.

Foto: İrade Celil, İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr

M.Mustafayev bildirib ki, ərazidə qazıntı işləri ilk dəfə 2018-ci ildə aparılıb.

"Qazıntı işlərinin nəticəsində məlum oldu ki, bu, qəsr tipli abidədir. Öz dövründə ətrafda yaşayan sakinlər hər hansı bir təhlükə hiss etdikləri zaman həmin qəsrdə məskunlaşıblar. Bu təpələrdə olan gözətçi məntəqələri digər təpələrdə olan məntəqələrlə əlaqə yaradaraq təhlükə haqqında məlumat əldə edirdilər və təhlükə sovuşana qədər bu qəsrdə yaşayırdılar", - deyə arxeoloq bildirib.

Onun sözlərinə görə, Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin AğqoyunluQaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib.

Foto: İrade Celil, İmişli rayonu Qızıltəpə ərazisi

.

.

Mütəxəssis bildirir ki, qəsrlərdə olan gözətçi məntəqələri hücumların qarşısını almaqda böyük rola malik olub. 

Qəsrin qeyri-adi olması onun ərazisinin su hövzəsi ilə əhatə olunmasındadır: 

"Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalıb. Sonradan Əmir Teymurun səfəri zamanı yenidən müəyyən qədər bərpa edilib".

Qəsrin ərazisi 4 hektardır. 

Arxeoloq bildirir ki, araşdırmalar zamanı qəsrə girişin məhdud olduğu müəyyən edilib: 

"Bura yalnız bir girişlə daxil olmaq mümkündür. Ərazi 4 tərəfdən su hövzəsi ilə əhatə olunub. Qızıltəpə qorunan bir ərazi, qorunan bir qala olub".

Qazıntılar zamanı hörülmüş divarlar aşkarlanıb. 

Bununla yanaşı, müxtəlif ocaq izləri, təndir tikililəri, saxsı əşyalar, müxtəlif qablar aşkar edilib.

-İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr

M.Mustafayevin fikrincə, araşdırma zamanı qəsrin orta əsrləri aid olduğu müəyyən edilib.

Xatırladaq ki, arxeoloq 2008-ci ildə İmişli rayonunda Muxortəpə ərazisində qazıntı işləri də aparıb: 

İlk olaraq abidənin şərq tərəfində test məqsədilə şuft qoyuldu. Testlər zamanı abidədən 3 ədəd təsərrüfat küpləri tapıldı.

Onların ikisi taxıl saxlamaq üçün, biri isə çaxırçılıqda istifadə edilən küp idi. 

Çaxırçılıqda istifadə edilən küpün içində izlər bu günə qədər qalmışdı. 

Həmin vaxt ərazidə şüşə qablar, saxsı qablar, məzarlar və digər qədim tarixə malik əşyalar tapılmışdı. 

Növbəti illər Muxor təpənin cənub-qərb istiqamətində qazıntı işləri apardıq. 

Bu zaman çiy kərpicdən tikilmiş divar aşkarlandı. Müəyyən səbəblərdən Muxortəpə abidəsində qazıntılar dayandırıldı və Qızıltəpəni qazmağa başladıq. 

Muxor təpədə yaşayış məntəqəsi, Qızıltəpədə isə qala aşkarlandı”.

-İmişli rayonu Qızıltəpə ərazisi...

İmişlidə XII-XIV əsrlərə aid Muxortəpə, Qaratəpə, Yeddi kurqan, Dəyirman yeri, Qalaça yeri və s. kimi tarixi abidələr var. 

Bu da İmişli rayonunu gələcəkdə tarixi abidələrlə zəngin olduğu üçün turizm bölgəsinə çevirməyə imkan verir.

İmişli yaşıllığı az olan bir ərazi olsa da, turistlərin diqqətini tarixi abidələri cəzb edə bilər. 

Azərbaycan xalqının qədim tarixini daha yaxşı öyrənmək və bunu dünyaya çatdırmaq üçün qazıntılar aparılmalıdır.

Qeyd edək ki, orada olduğumuz zaman əraziyə İmişli Rayon icra başçısı Elçin Rzayev də baxış keçirdi. 

Arxeoloq Mikayıl Mustafayevin fikirləri dinlənildi və müəyyən tapşırıqlar verildi.

.

İradə Cəlil, dikGAZETE.com

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka ve dini değerlere aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk, yorum sahibine ya da içeriği gönderen Üye/Üyeler’e aittir.


sanalbasin.com üyesidir